Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
475
Urm
əvi göstərir ki, vəzn əslində iki cür olur: 1) İqa-mousul (müttəsil,
y
əni qovuşuq, birləşik vəzn) və 2) İqa – müfəssəl (münfəsil, yəni ayrılıqlı,
fasil
əli vəzn).
Burada n
əzər-diqqəti cəlb edən maraqlı cəhətlərdən biri vəzn növlərini
b
əlliləşdirmək işində şeir vəznlərinə (əruz) aid bəhr adlarından (rəməl, həzəc
v
ə s.) istifadə edilməsidir.
Z
ərbləri bərabər olmayan qovuşuq vəznin dörd növü göstərilir: 1)
h
əzəc-səri, 2) həzəc-xəfif, 3) həzəc xəfif-səqil və 4) həzəc-səqil. Eləcə də
r
əməl-xəfif, rəməl-səqir kimi terminlərə tez-tez təsadüf edilir. Yeri
g
əlmişkən bunu da qeyd etmək lazım gəlir ki, “Kitab-əl ədvar”ın bəzi
nüsx
ələrində Məmmədşah adlı bir azərbaycanlının rübab musiqi alətində
az
əri xalq musiqisi üslubuna müvafiq olan orijinal bir vəzn ixtira etdiyi də
göst
ərilir.
Kitabın öz həcmi etibarı ilə başqa fəsillərə nisbətən kiçik olan on
dördüncü f
əslində ayrı-ayrı məqamların insan zehniyyətinə estetik psixoloji
v
ə bədii təsiri məsələlərindən danışılır.
Axırıncı (on altıncı) fəsildə isə musiqinin ifaçılıq sənəti ilə əlaqədar
m
əsələləri təhlil edilir. Eyni zamanda bu fəsil əvvəlki fəsillərin bir növ
yekunu kimi görünür. Lakin on
altıncı fəslin əsas bəhslərindən ən maraqlısı
musiqi s
əslərinin kağız üzərində qeydə alınması üzrə (tabulatura tərtibi)
mü
əllifin göstərdiyi elmi təşəbbüsdür.
Tarix göst
ərir ki, Qərbi Avropada olduğu kimi, eynilə Şərqdə də hələ
ən qədim zamanlarda musiqinin yazılışı (notasiya) üçün müxtəlif qrafik
işarətlərdən (hərflər, rəqəmlər, cizgilər, üfqi ya da dairəvi xətlər və s.)
istifad
ə edilmişdir. Məlumdur ki, Qərbi Avropada diatonik qammanın ayrı-
ayrı səslərini qeyd almaq üçün hələ latın əlifbası hərflərindən istifadə
edilm
əzdən əvvəl (yəni X əsrdən qabaq) qədim yunan hürufatından ibarət
not
işarələri tədavüldə olmuşdur). Eləcə də Yaxın və Orta Şərqdə də əbcəd
h
ərfləri ilə musiqinin ayrı-ayrı səslərinin qeyd alındığı məlumdur.
M
əşhur ərəb filosofu və musiqi alimi əl-Kindi (Yəqub ibn İshaq,
ölm.874)
əsərlərində musiqi “əsvat”ının (səslərinin) qeydə alınması məsələ-
Qeydl
ər, şərhlər və monoqrafik məlumat
476
l
ərindən danışır.
103
Ehtimal edilir ki,
əl-Kindi risaləsində qədim yunan
priyaziyyatçısı Evklidin Sectio canonis (“Kanon fəsli”) əsərində irəli sürülən
ayrı-ayrı müddəaları şərh və təvil edir. İngilis alimi H.C.Farmer isə yazır ki,
əl-Kindinin əbcəd əlifbası ilə tərtib etdiyi bir oktava diapazonu həcmindəki
notlama üsulu
yunanlılarınkına nisbətən müəyyən bir irəliləmə sayılmalıdır.
104
Əl-Kindidən sonra musiqi səslərini qeydə almaq yolunda səy göstərən
Farabi
olmuşdur. Bilindiyinə görə, Farabinin üsulu tamamilə başqa tərzdə
idi. O, bir-birinin daxilind
ə yerləşdirilən müxtəlif rəngli 9 dairəvi xətdən
ibar
ət cizgilər vasitəsi ilə musiqi ləhnlərini kağız üzərində qeyd etmişdir.
Lakin mu
ğamlar və mahnılar üçün bu və ya başqa bir tərzdə tabulatura
– c
ədvəl düzəltməkdə Şərq musiqi alimlərinin müxtəlif sınayış və təcrübi
f
əaliyyəti intişar tapmayıb səmərəsiz qalmaqda idi. Daha doğrusu, bu və ya
başqa bir alimin tərtib və təklif etdiyi cədvəl musiqiçilər tərəfindən küll
halında qavranıla bilmirdi. Çünki bu cədvəllərdə olan həddindən artıq
şərtiliklər və qeyri-dəqiq qaydalar ifaçılar üçün olduqca mürəkkəb və
anlaşılmaz görünür və bu səbəbdən də mənimsənilə bilmirdi. Nəticədə
aliml
ərdən hər birinin düzəltdiyi not yazısı, olsa-olsa, ancaq onun şəxsən
özü üçün az-çox praktiki
əhəmiyyət kəsb edir, başqa musiqarlar isə ona
laqeyd v
ə etinasız münasibət saxlayırdılar.
Bel
ə bir şəraitdə
105
Urm
əvinin tərtib etdiyi tabulatura – cədvəl onun
s
ələflərinin düzəltdiyi notasiyaya nisbətən, ehtimal ki, xeyli təkmilləşmiş
hesab edilm
əlidir.
103
Əl-Kindinin bu risaləsində irəli sürdüyü еlmi müddəalar haqqında: 1) ən-Nədim
(Əbülfərəc Məhəmməd ibn İshaq ən-Nədim əl-Vərraq əl-Bağdadi, ölm.995), “Əl-Fеhrist”
kitabında musiqi risalələrinə aid məqalələr. “Kitab al-Fihrist”. Mit Anmеrkyngеn hrsg. vоn
G.Flügеl, nach dеsеn Tоdе bеsоrgt vоn J.Rоеdigеr, und A.Müllеr. Bd. I: dеn Tехt
еnthaltеnd, vоn J.Rоеdigеr, Lеirziq, 1871; Bd II: diе Anmеrkyngеn und Indicеs еnthaltеn,
v
оn. A.Mullеr, Lеipzig, 1872; 2) İbn-əl-Qifti (Əli ibn Yusif, 1172-1248) musiqi sənətinə
m
əхsus bəzi təliflər vermişdir, kitabın iхtisar еdilmiş nəşri: İbn-al-Qifti’s “Ta’rih al-
Hukama”,
Auf Grund dеr Vоrarbеitеn Aug. Müllеr’s hrsg, vоn J.Lippеrt, Lеipziq, 1903-cü
il n
əşri; 3) həkimlər və təbiblərin tərcümеyi-halı haqqında lüğətin müəllifi İbn-Üsеybianın
(Əhməd-bin-əl Qasim, 1203-1270) kitabında əl-Kindiyə həsr оlunmuş sətirlər vardır: İbn
Abi Usеibia, hrsg A.Müllеr, Königsbеrg, 1884.
104
Enzyklopädie
dеs Islam, Liеfеrung 49, 1933, səh.811
105
Vaхtı ilə Qərbi Avrоpa musiqisində işlənən “nеvma” adlanan nоt yazısındakı qarışıqlıq,
anla
şılmazlıq və hərc-mərclik haqqında müasir nоtasiyanın banisi sayılan Arеtsоlu Qvidо