Qeydl
ər, şərhlər və monoqrafik məlumat
468
tamamlayıb başa çatdırmışdır. Kitabda əsərin 779 hicri (=1378 miladi)
tarixind
ə İranın Müzəffərilər sülaləsinə mənsub Fars, Kirman və Kürdüstan
hakimi Şah Şücayə həsr olunduğu haqqındca köçürücünün xüsusi bir qeydi
var. (B
əzi tarixi mənbələrdən anlaşıldığına görə əsəri elm və incəsənətə
böyük hamilik göst
ərən hakim şah Şücayə təqdim edən əl-Cürcaninin özü
olmamışdır. Həmin kitabı fars hakimi Mübarizəddin Məhəmmədin (1354-
1359) varisi Şah Şücayə (1359-1384) təqdim edən Orta Asiya filoloqu və
ensiklopedisti
ət-Təftəzanidir (1322-1389 ya da 1394)).
Urm
əvi bu kitabını da Orta əsr Şərq klassik ədəbiyyatına xas olan
ənənəvi müqəddimə sözlərindən sonra musiqi sənətinin təyin və tərifi ilə
başlayır. O qeyd edir ki, musiqi – yunan sözüdür; - incə və müxtəlif
yüks
əklikdə olan, həm də məntiqi qaydaya əsaslanan ölçü üzrə tərtib edilmiş
s
əslərdən ibarət melodiya (əlhan) – musiqinin bünyəsini təşkil edir. Kitabın
bu f
əslində müəllif yenə də “möhtərəm şeyx, ustad-əzəm” adlandırdığı Əbu
N
əsr Farabinin musiqi sənəti haqqındakı mülahizəsini sitat tərzində qeyd
edib bu m
əsələni daha geniş tərzdə şərh edir.
“Kitab-
əl ədvar” əslində on beş fəsildən ibarətdir.
Birinci f
əsildə musiqi səsinin keyfiyyəti, şiddəti, kəskinlik və ağırlıq
gücü m
əsələlərindən bəhs edilir. Burada müəllif Farabi ilə yanaşı “şeyx-ər-
r
əis” deyə böyüdüb, yüksəltdiyi İbn-Sinanın da səs, sövt, səda haqqındakı
t
ərif və təyinlərndən sitatlar gətirir və bu xüsusda öz mülahizələrini də
ətraflı surətdə bəyan edir.
İkinci fəsildə musiqi pərdələrinin əbcəd hesabı üzrə kəmiyyət
xüsusiyy
əti və pərdələrin bölüm qaydaları müəyyən edilir.
Üçüncü f
əsildə intervallar arasındakı nisbət məsələləri
aydınlaşdırılır. Urməvi bu kitabında intervallar bəhsi üzrə özünün
“Şərəfiyyə” kitabında irəli sürdüyü elmi müddəalarını daha da dəqiqləşdirir.
Dem
ək olar ki, müəllif bu fəsildə intervalların keyfiyyət və kəmiyyət
c
əhətlərini (konsonansların birinci və ikinci siniflərə ayrılmaq əlaməti və s.)
d
ərindən izah etməklə, kitabının dördüncü, beşinci və hətta altıncı
f
əsillərində geniş və ətraflı surətdə şərh edəcəyi konsonans və dissonanslar
b
əhsi üçün sanballı bir başlanğıc (mədxəl) tərtib etmiş kimi görünür.
Burada, kitabın xüsusilə beşinci fəslində müəllifin kvarta və kvinta
intervalları tərkibində olan müxtəlif növlər haqqında irəli sürdüyü
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
469
mülahiz
ələr ümumən musiqi nəzəriyyəsi üzrə əsil elmi fenomen sayıla bilər.
Çünki Urm
əvinin bu iki əsas interval daxilində olan müxtəliflik haqqında
elmi müdd
əaları özündən sonra istər Yaxın və Orta Şərq, istərsə də bütün
Q
ərb musiqi nəzəriyyəçiləri üçün yönəldici bir hökm vəzifəsini daşımışdır.
Kitabın yeddinci fəsli nisbətən ən qısa hissəsidir. Burada müəllif iki
simli musiqi al
ətlərində (Xorasan tənburu və Bağdad tənburu) çalğı
qaydalarından danışır.
S
əkkizinci fəsildə əsas etibarı ilə ud
musiqi aləti ilə əlaqədar
m
əsələlərdən bəhs olunur. Bu xüsusda, yeri gəlmişkən, bir vacib cəhəti qeyd
etm
ək lazımdır, o da Urməvinin özünün bir ifaçı kimi çox gözəl sənətkar, ud
musiqi al
ətində əsil virtuoz olmasıdır. Onun ud çalmaqda məharəti haqqında
Erlanje bel
ə yazır: “Onun (Urməvi – Ə.B.) bir instrumentalist kimi
virtuozçuluğunu təsdiq edən Taqribardi
93
demişdir: “İshaq əl-Mausilidən
94
sonra heç k
əs çalğıçılıq sənətində Səfiəddinə çata bilməmişdir”.
S
əfiəddin nəinki ud musiqi alətində çox gözəl çalır (onun məhz bu
m
əharəti sayəsində 1258-ci ildə Hülaku qoşunu talanından özünün və
ail
əsinin başını salamat qurtara bildiyini yuxarıda göstərmişdik), eyni
zamanda bu al
ətin pərdə düzümü və bununla əlaqədar olaraq ümumiyyətlə
oktava daxilind
ə pillələr intizamı və qamma tərtibi məsələsində də eyni söz
demişdir. Məsələ burasındadır ki, Urməviyə qədər Zəlzəl 355 senti ilə 853-
l
ük altılığın eyni pərdədə bərqərar olması musiqi nəzəriyyəsində müəyyən
bir “vüzuhsuzluq”, anlaşılmazlıq meydana gətirmişdi. Fizika və musiqi
akustikası qanunlarına yaxşı bələd olan Urməvi bu uyğunsuzluğu aradan
qaldırdı. O, Farabi zamanında udun 355 sent verən Zəlzəl pərdəsini 384
sent
ə qədər zilləşdirdi, daha doğrusu tamamilə yeni bir səsdüzümü
n
əzəriyyəsini yaratdı. Həmin bu müddəaya görə, bir oktava daxilindəki
s
əsdüzümü limma, limma və komma düzümünə görə 17 pərdəyə bölündü.
Bu is
ə 882 və 994 sentlər verən pərdələri bir-birinə yaxınlaşdırmaq
n
əticəsində 355 və 853 sentlik zil Zəlzəl notlarını da içinə almaq imkanını
yaratdı. Məşhur ingilis bəstəkarı və musiqişünası Perri
95
Urm
əvinin
tərtib
93
Yusif ibn Taqribardi (Əbu-l-Məhasin) – misirli tariхçi (1411-1465 ya da 1469).
94
İshaq əl-Mausili – məşhur ərəb nəğməkarı, musiqiçisi və şairi (767-849).
95
Pеrri Çarlz Hubеrt Hеystinqs (1848-1918) – 1891-ci ildən Lоndоnda İngiltərə dövlət
musiqi kоllеcinin və 1900-1908-ci illərdə еyni zamanda Oksfоrd univеrsitеtinin prоfеssоru.