Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
  1   2   3   4   5   6   7


Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və 

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif 

“Azərbaycan dili” 

dərslik komplektində verilmiş 

materiallara dair 

İLKİN RƏY


Respublikanın ümumtəhsil məktəblərinin 

8-сi sinifləri üçün “Azərbaycan dili” dərslik 

komplekti

Müəlliflər:

Tofiq Hacıyev

Samirə Bektaşi

Mehriban Vəliyeva

Yeganə Hüseynova

Bakı: Şərq-Qərb - 2015.


Məzmun xətləri:

1. Dinləyib-anlama və danışma

2. Oxu

3. Yazı

4. Dil qaydaları

məzmun xətləri üzrə 

6

əsas və 

19

alt standartın 

reallaşdırılmasına yönəlmişdir.


Məzmun xətləri üzrə əsas və alt

standartlar

1. Dinləyib-anlama və danışma

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir 

və mülahizələrini dəqiqləşdirir.

1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.



1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.

1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.

1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.

1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri 

ümumiləşdirir.




Məzmun xətləri üzrə əsas və alt

standartlar

2. Oxu

2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını

tapmaqla şərh edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə

şərh edir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə

mətni oxuyur.

2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.

2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və

əlaqələndirir.




Məzmun xətləri üzrə əsas və alt

standartlar

3. Yazı

3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, 

mühakimə) mətnlər yazır.

3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini 

qüvvətləndirir.

3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni 

gözləməklə yazıya düzəlişlər edir.

3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.




Məzmun xətləri üzrə əsas və alt

standartlar

4. Dil qaydaları

4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.

4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.

4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu 

işarələrindən istifadə edir.

4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.




Ümumi təhsili həyata keçirən bütün təhsil 

müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti 

və digər tədris vasitələrinin elmi-metodiki 

monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun 

işlənməsi baxımından


Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu

1.2. Materialların elmiliyi və müasir elmi baxışlara 

uyğunluğu

1.3. Materialların elmi-metodiki baxımdan mübahisə  

doğurmaması

1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın 

reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin 

mümkünlüyü

1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin 

gözlənilməsi


Parametrlər üzrə monitorinq meyarları

1. Məzmunun işlənməsi baxımından

1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə 

nail olmağa imkan verməsi

1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi

1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf 

etdirən fəaliyyət xətləri arasında mütənasibliyin      

gözlənilməsi

1.9. Fəndaxili və fənlərarası inteqrasiya

1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiq-

yönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə     

alınması


Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə