Dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi


Tapşırıqların elmi-metodiki uyğunluğu



Yüklə 179,93 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.10.2017
ölçüsü179,93 Kb.
#4642
növüDərs
1   2   3   4   5   6   7

Tapşırıqların elmi-metodiki uyğunluğu 

baxımından

Səhifə

15.

11-ci


çalışma

(mürəkkəb

adların

müəyyənləşdirilməsi, yazılışına diqqət yetirilməsi) dərsdə



reallaşdırılması nəzərdə tutulmuş heç bir alt standarta uyğun

deyil.


Yenə həmin səhifədə “Sizcə, təqdimatımızda lüğətə

məxsus hansı prinsip pozulmuşdur?” sualı və bununla bağlı

görülən işlər dərs üçün seçilmiş heç bir alt standarta uyğun

deyil.

Səhifə 17. 6-cı sual (“Şair ana dilini necə

qiymətləndirir?”) 2-ci sualla (“Şeirdəki əsas fikri müəyyən

edin”) mahiyyətcə təxminən eynidir.



Səhifə 18-də və dərslik boyu sözlərin düzgün tələffüz

qaydalarının göstərilməsi tələb olunur. Nəzərə almaq lazımdır ki, 8-

ci sinif Azərbaycan dili kurikulumunda belə bir alt standart nəzərdə

tutulmayıb. Tələffüz qaydalarını gözləməklə oxumaq bacarığının

formalaşdırılması ibtidai təhsil səviyyəsi və 5-ci sinif üçün 2.2.1.

(Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur) nəzərdə

tutulmuşdur. Eyni alt standartın tələbi 6-cı sinifdə mətndəki əsas

fikri


nəzərə

çatdırmaq

məqsədi

ilə


mühüm

məqamların

vurğulanması ilə, 7-ci sinifdə səs tonu, temp və fasiləni

gözləməklə, 8-ci sinifdə isə söz sırasını, cümlələr və abzaslar

arasında əlaqəni gözləməklə mətnin oxunması bacarıqlarının

formalaşdırılmasıdır.



Tapşırıqların elmi-metodiki uyğunluğu 

baxımından


Tapşırıqların elmi-metodiki uyğunluğu 

baxımından

Səhifə 32. 17-ci tapşırıqda 8-ci sinif proqramına uyğun

olmayan, alt standartlarda nəzərdə tutulmayan kiçik məqalə

yazmaq tapşırılır.

Səhifə

34.

8-ci


tapşırıq

(“Mətndəki

müraciət

etiketlərini seçib məna növünü müəyyənləşdirin”) dərsin

təlim nəticələrinə uyğun deyil.



Səhifə 38. Yaradıcı tətbiqetmə kimi nəzərdə tutulmuş 5-

ci tapşırığın 1-ci sualı (“Yaşadığınız ərazinin adıyla bağlı



əfsanə mövcuddurmu? Onlar haqqında yoldaşlarınızla

müzakirələr

aparın”)

məqsədəuyğun

deyil,

belə


ki,

“mövcuddurmu?” sualına sadəcə “mövcud deyil” kimi cavab

verilə bilər. Bu zaman tapşırığın 2-ci hissəsi icra olunmamış qala

bilər.



Tapşırıqların elmi-metodiki uyğunluğu 

baxımından

Səhifə 115. Sonuncu mətndaxili sual didaktik baxımdan

qüsurludur,

şagirdin yaş səviyyəsinə uyğun deyil: “Siz necə

düşünürsünüz, hansı daha şərəflidir?” (Söhbət “Olum, ya ölüm?”

ifadəsindən gedir).



Səhifə 143. Mətnə aid sonuncu suala (“Sizcə, Ərtoğrula hansı

sənəd verilməli idi?”) cavab tapmaq şagird üçün çox çətindir, belə ki,

arayış haqqında şagirddə ilkin təsəvvür yaradılmamışdır.



Səhifə 144. “Xəyalən Qarabağ bölgəsini səyahətə çıxın. ...

İnşa və esselər yazın, təqdimatlar hazırlayın. Münasib günlərdə

hazırladığınız təqdimatlarla çıxış edin” kimi tövsiyənin dərsliyin

sonunda və ümumi şəkildə verilməsi metodik baxımdan məqsədəuyğun

deyil.



“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodik vəsait 160 səhifədən ibarətdir. MMV-də



“Giriş”, “Azərbaycan dili fənni üzrə məzmun standartları”, “Təlim

formaları”, “Azərbaycan dili dərslərində istifadə olunan metod və

üsullar”, “Azərbaycan dili fənni üzrə illik planlaşdırma”, “Şagird

fəaliyyəti və nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr”, “Cari

planlaşdırmaya nümunələr”, “Ümumiləşdirici təkrarlara nümunələr”,

“Ədəbiyyat siyahısı”, “Mündəricat”, “KSQ nümunələri”, “Şagirdlərin

öyrənmə tərzi” öz əksini tapmışdır.

MMV-də dərslikdə öz əksini tapmış çalışma və tapşırıqların konkret

olaraq, hansı alt standartla bağlı olduğu göstərilməmiş, tapşırıq və çalışmalar

ümumi şəkildə verilmişdir. Bəzi çalışmaların isə hansı alt standartla bağlı

olduğunu müəyyənləşdirmək çətindir. MMV bəzi hallarda müəllimə yardımçı

olmur. Xüsusən 2.1.1. (Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq



qarşılığını tapmaqla şərh edir) və 2.1.2. (Həqiqi və məcazi mənalı söz və

ifadələrin

mənasını

nümunələrlə

şərh

edir)

alt


standartlarının

reallaşdırılmasında MMV müəllimə, demək olar ki, heç bir yol göstərmir.




“Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından

Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli

kurikulumu) sənədində tələbyönlülük, nəticəyönlülük, şəxsiyyətyönlülük

prinsipləri ilə yanaşı, inteqrativlik prinsipi xüsusi qeyd edilir. Həm

perespektiv planlaşdırma cədvəlində, həm də təlim materialları ilə iş

texnologiyalarının şərhində inteqrasiyaya dair, demək olar ki, heç bir

göstəriş verilməmişdir.

Təlim materiallarının tədrisi ilə bağlı verilən metodik tövsiyələr

ümumi xarakterlidir, az qala bütün dərs boyu təkrarlanır və şablon

xarakter daşıyır.

MMV-də təlim məqsədinin reallaşdırılması ilə bağlı hansı

məsələlərə daha çox diqqət yetirməyin vacibliyi açıqlanmır.

Fəal dərsin bəzi mərhələləri dərs icmallarında əksər hallarda öz

əksini tapmır və ya aydın ifadə edilmir, yaxud da qüsurlu olur (səh.34,

36, 50, 64, 65, 67 və s.).



Yüklə 179,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə