“Azərbaycan”. 2013. 17 aprel. N 80. S



Yüklə 63,22 Kb.

tarix14.04.2018
ölçüsü63,22 Kb.


“Azərbaycan”.-2013.-17 aprel.-N 80.-S.10. 

 

Vətəndaşlıq mədəniyyəti Azərbaycanın güclü dövlətə çevrilməsinin həlledici resursudur

 

 

Vətəndaş olmaq - vətənin güclü dövlətə çevrilməsinə töhfə verməkdir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 

2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı"nın  icrasının  dördüncü  ilinin 

yekunlarına  həsr  olunmuş  konfransdakı  çıxışında  dövlət-vətəndaş  münasibətlərinin  ana  xəttini 

təşkil  edən  başlıca  prinsip  bir  daha  vurğulanmışdır:  "Dövlət  siyasətinin  mərkəzində  Azərbaycan 

vətəndaşı dayanır, hər şey Azərbaycan vətəndaşı üçün edilir". 

 

Azərbaycanın  güclü  dövlət  olması  üçün  bütün  fəaliyyət  ilk  növbədə  Azərbaycan  vətəndaşının 

hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlmişdir və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan 

edir. Təbii olaraq sual  yaranır: vətəndaş olaraq dövlətimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı 

cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı? 

Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir 

sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu 

illərdə  olduğu  kimi,  yenə  də  öz  dövlətinin  yanındadır.  İkinci  qənaət  isə  onu  deməyə  imkan  verir  ki, 

cəmiyyətdə,  xüsusilə  gənclər  sırasında  milli  təəssübkeşliyin  və  tarixi  yaddaşın  möhkəmləndirilməsi, 

vətənpərvərliyin  tərbiyəsi  səhəsində  səylərimiz  daha  intensiv  olmalı,  sistemli  şəkildə  həyata 

keçirilməlidir.  Ehtimal  olunan  hər cür  cəhdlərə  qarşı sarsılmaz  mənəvi  müqavimət  formalaşmalıdır.  Bu 

istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə "vətəndaş olmaq nə deməkdir" 

sualına dair aydın təsəvvürlərin formalaşmasıdır. 

Dövlət və vətən vahid tam təşkil edən anlayışlardır. Vətəndaş olmaq böyük hüquq və nemətdir! Vətəni 

sevmək - birmənalı olaraq dövləti sevmək deməkdir! Vətənini sevən vətəndaş  - güclü dövlətin hər şeyə 

qadir olan qüvvəsidir. 

Tarixdən məlum olan həqiqətdir ki, vətəni, məmləkəti "dövlət" zirvəsinə ucalda bilmək vətənini sevən 

insanların - vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli 

ölkəyə çevirənlər həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu, həmişə belə olub 

və  belə olacaq! 

Vətəndaş da, vətəndaşlıq mədəniyyəti də olduqca dinamik məzmunlu anlayışdır. Bu sahədə hər hansı 

problemlərin mövcudluğunun səbəblərini təhlil etmək istəsək,  "obyektiv, yoxsa  subyektiv səbəblərdir" 

sualına cavabı görəcəyik. Hesab edirik ki, başlıca məsələ subyektiv müstəvidədir. Dövlət obyektiv olaraq 

vətəndaşını  bütün  siyasətinin  mərkəzində  yerləşdirib.  Onun  maraqlarına,   yaşadığı  vətənin  mənafeyinə 

xidmətdədir. Bəs vətəndaş necə, öz öhdəliklərini dərk edə bilirmi? Bu torpağın üzərində gəzmək, mənəvi 

haqqı qazanmaq üçün nə edir? 

Vətəndaşlıq mədəniyyəti və vətənpərvərlik tərbiyəsi əvvəllər necə idi, indi nə vəziyyətdədir və gələcək 

perspektivləri  necə olacaq? 

Vətənpərvərlik  tərbiyəsi  hər  zaman  konkret-tarixi  xarakter  daşıyır  və  olduqca  dinamik  anlayışdır. 

Vətəndaşlıq tərbiyəsi müasir dövrdə xüsusilə vacib əhəmiyyət kəsb edir. Belə ki, gənclərin dünyagörüşü 

hazırda  bir  tərəfdən  manipulyasiya  obyektinə  çevrilmişdir.  Digər  tərəfdən  isə  qloballaşan  və  liberal 

dəyərlərin üstünlük təşkil etdiyi dünyada maddiyyat amilinin önə çıxması da  reallıqda müşahidə edilən 

meyillərdən biridir. 

Müasir  elmə  görə,  "vətənpərvərlik"  -  vətənin  tarixinə,  keçmişinə  və  gələcəyinə  rəğbət  və  bağlılıqda 

ifadə  olunan  hissdir.  "Vətənpərvərlik"  hər  bir  dövlətin  milli  ideyasının  mahiyyətidir.  Əgər  bu  sahədə 

müəyyən problemlər olarsa, bu o  deməkdir ki, milli ideyanın mühüm bir tərkibinin reallaşması ləngiyə 

bilər. 

"Müqəddəs yer boş qalmır" deyimini yada salsaq, bu sahədə hər gün, hər saat tədbirlərin ardıcıl olaraq 



görülməsi  zəruridir.  Bu  istiqamətli  tədbirlərin  həyata  keçirilməsi  zamanı  kəmiyyət  deyil,  keyfiyyət  

meyarları üstünlük təşkil etməlidir. 

Vətəndaşlıq  mədəniyyətinin,  tərbiyəsinin  dövlətçiliyin   qorunması  üçün  həyati  vacib  resursa 

çevrilməsini  istəyiriksə,  onun  mənası  və  mahiyyətinə  dair  təsəvvürlər  aydın  olmalıdır.  Həm  də  hədəf 

yalnız  gənclər  deyil,  bütün  cəmiyyət,  sosial  təbəqələr  olmalıdır.  Dünyadakı  kimi!  Tutduğu  mövqe  və 

statusdan asılı olmayaraq! 




Bəzən  "vətən"  və  "dövlət"  anlayışlarını  ayırmaq  cəhdlərini  görürük.  Gerçəklikdə  isə  bu  anlayışların 

bir-birindən  təcrid  edilməsi  mümkün  deyil,  yaxud  da  söz  oyunudur!  Üstəlik  də  əgər  əməllərdə  təzahür 

edirsə, onun adı vətənə xəyanətdir! 

Ümumən qəbul edilmiş elmi qənaətə görə, "vətəndaşlıq" - insan və dövlətin qarşılıqlı öhdəliklərində 

ifadə  olunan  davamlı  siyasi-hüquqi  münasibətləri,  bağlılığı  deməkdir.  "Vətəndaşlıq"  bu  cür  imkanları 

olmayan  digər   insanlarla  müqayisədə   müəyyən  hüquqlara  və  vəzifələrə  malik  olmaq  deməkdir.  Buna 

görədir ki, hüquqi  statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və 

ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. 

Vətəndaş-dövlət  münasibətlərinin  tarixi  qədimdir.  Maraqlıdır  ki,   müasir  sivilizasiyanın  yarandığı 

qədim Romada əhalinin yalnız 10 faizi vətəndaşlar hesab edilirdi. Afina demokratiyasında vətəndaşlığa 

qəbul  etmək  təntənəli  mərasimlə  müşayiət  olunduğu  kimi,  "şəhər-dövlət"  (polis)  əleyhinə  törədilən 

əməllərə görə vətəndaşlıqdan ömürlük məhrum da edilirdilər. 

Bu  baxımdan  dövlət-vətəndaş  münasibətlərində  də  tarixən  fədakarlıq  və  qəhrəmanlıqla  yanaşı,  eyni 

zamanda qarşılıqlı irad və tənqidlər də olub və olacaq. Ən başlıcası odur ki, vətənin qüdrətli dövlət olması 

naminə edilən təşəbbüslər qarşılıqlı olaraq onun möhkəmlənməsinə xidmət edib 

Bu istiqamətdə fəaliyyət göstərən və göstərmək istəyən istənilən fərd olsun, ya da təsisat  - onlara hər 

cür  dəstək  göstərilməlidir.  Belə  bir  durumda  vətəndaşlıq  mədəniyyətinin  tərbiyəsi  xüsusilə  dövlətin 

prioritet sahələrindən birinə çevrilir. Mövzunun müzakirəsi mövcud vəziyyətə nəzər salmağı tələb edir.  

  

Ən böyük azərbaycanlı - ulu öndərin həyatı vətəndaşlıq örnəyi idi 



  

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın milli qəhrəmanları və vətənimizin azadlığı 

uğrunda  şəhidlərin  ailə  üzvləri  ilə  görüşdəki  çıxışında  demişdir:  "Vətəndaş"  sözü  böyük  sözdür, 

müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq, vəfalı  olmalıdır, 

onun   müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır".  

Bu  vətəni  bizə  Tanrı  bəxş  edib,  əcdadlarımız,  tarixi  şəxsiyyətlərimiz  onu  qoruyub,   saxlayıb.  Bu 

dövləti  -  suveren  Azərbaycanı  isə  ötən  əsrin  90-cı  illərinin  əzab-əziyyəti  ilə  xalqla  çiyin-çiyinə  dahi 

siyasət  öndəri  -  ümummilli  lider  Heydər  Əliyev  yaradıb.  Taleyin  möcüzəsi  kimi  ulu  öndərin  memarı 

olduğu  müstəqil  dövlətçiliyimiz  qurulub  və  tarixdə  ilk  dəfə  özünü  "müstəqil  Azərbaycan  vətəndaşı" 

adlandıra biləcək yeni nəsil yaranıb. 

18 oktyabr 1993-cü il tarixdə   Azərbaycanın Müstəqillik Gününun ikinci ildönümü münasibətilə xalqa 

təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözlərimiz önündə canlanır. 

O  zaman  müstəqillik  o  qədər  kövrək,  dövlətin  taleyi  o  qədər  qeyri-müəyyən  idi  ki,  ümummilli  lider 

Heydər  Əliyev  öz  təbrikini  müraciət  üstündə  -  müstəqil  olmaq  istəyən  vətəndaşlara  xitab  üzərində 

qurmuşdu:  "Hörmətli  həmvətənlər!  Bu  gün  Azərbaycanın  həyatında  əlamətdar  gündür  -  dövlət 

müstəqilliyinin  ikinci  ildönümüdür.   Mən  bu  əlamətdar  gündə  respublikamızın  bütün  vətəndaşlarına 

müraciət  edirəm.  Bu  müstəqilliyi  daimi  etmək  üçün  fədakar  əməyə  dəvət  edirəm.  Mən  bu  gün 

Azərbaycan Silahlı Qüvvələrinə, vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Biz 

taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi 

etmək  qarşımızda  duran  əsas  vəzifələrdir.  Bir  dövlət  başçısı  kimi  mən  bu  vəzifələri  özümün  ümdə 

vəzifələrim hesab edirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər 

bir  sakini  bunları  özünün  şəxsi  vəzifələri  hesab  edəcəkdir.  Bu  ümidlərlə  sizə  həyatınızın  bütün 

sahələrində uğurlar diləyirəm". 

  

Vətəndaş cəmiyyəti. Vətəndaşlıq  mə 



dəniyyəti - müqayisə nəyi göstərir? 

  

Vətəndaşlıq, vətənpərvərlik - ilk növbədə mədəniyyətdir. Ancaq heç bir qanun özlüyündə cəmiyyətə 



hazır vətəndaş bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir. 

Müstəqilliyin   əldə  edilməsi  ilə  eyni  vaxtda  Azərbaycanda  demokratik-hüquqi  dövlət  və  vətəndaş 

cəmiyyəti  quruculuğuna  başlanmışdır.  Bu  illər   həm  də  vətəndaş  cəmiyyəti  təsisatlarının  intibah  dövrü 

olmuşdur.  Müstəqillik  illərində  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  və  inkişafı 

respublikada  baş  verən  demokratikləşmə  proseslərinin  əsas  göstəricilərindən  birinə çevrilmişdir.     Əsas 

nailiyyətlərdən  biri  də  vətəndaş-dövlət  münasibətlərinin  yeni  modelinin,  vətəndaşların  təşəbbüskarlığı 

üçün dialoq məkanının formalaşması olub.  

Vətəndaş cəmiyyətinin təkamülünə tarixi-müqayisəli yanaşma göstərir ki, onun mahiyyətində müxtəlif 

mövqelər  mövcuddur.  Vətəndaş  cəmiyyətinin  tarixi  tiplərinin  tədqiqi  bu  sosial  fenomenin  zaman 



gedişində  dinamik  dəyişikliyə  uğrayan  məzmuna  malik  olduğunu  üzə  çıxarır.  Buradan  belə  bir  nəticə 

çıxır ki, informasiya və biliyə əsaslanan cəmiyyətdə vətəndaş cəmiyyətinin mənası yeniləşməyə bilməz. 

Bütövlükdə  indiyə  qədər  mövcud  olan  tərifləri  birləşdirən  bir  ümumi  xüsusiyyət   isə  mahiyyətcə  belə 

səslənir: vətəndaş müvafiq problemlərin həllinin fövqünə qalxarsa, o zaman "vətəndaş" adlana bilməz və 

siyasiləşən   institutlara  çevrilər.  İnformasiya  və  biliyə  əsaslanan  cəmiyyət   dövründə  bu  institut  sosial 

sifarişlərə  çevik  cavab  verə  bilən  təşəbbüslərin,  kreativ  vətəndaşlıq  funksiyasının  əsas  daşıyıcıları  kimi 

çıxış edir və fəaliyyətlərini də buna müvafiq olaraq qurmalıdır. 

Hazırda  ölkədə  4000-ə  yaxın  qeyri-hökumət  təşkilatı  (QHT),  20-yə  yaxın   QHT  koalisiyası,  Qeyri-

Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurası  fəaliyyət  göstərir.  Bütün  bunlar  alqışlanmalı  olan  çox 

böyük nailiyyətlərdir. 

Eyni zamanda, hüquq və öhdəliklər bir-biri ilə bağlı anlayışlardır. Sözünün kökündə "vətəndaş" sözü 

olan  bu  təsisatlarda  çoxsaylı  "vətəndaş  hüquqları  cəmiyyətləri"  olduğu  kimi,  vətəndaş  öhdəlikləri 

cəmiyyətlərinin də olması gözləniləndir. Vətəndaş cəmiyyətinin 5 minə yaxın təsisatı arasında bu ideyaya 

xidmət  edənlər  çoxdur.  İstər  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  Azərbaycan  həqiqətlərinin  dünyaya 

çatdırılması yönündə, istər milli qəhrəmanlarımızın cəmiyyətə tanıdılması yönündə gərəkli işlər görülür. 

Bu da çox təbiidir. Belə ki, sözünün kökündə vətəndaş olan bir cəmiyyəti məhz vətəndaşlıq mədəniyyəti 

olan  insanlarla  qurmaq  mümkündür.  Çünki  vətəndaşsız,  dövlətini  sevməyən  fərdlərdən  "vətəndaş 

cəmiyyəti" qurmaq mümkünsüzdür! 

Qeyd edilən  məsələdə vətəndaş cəmiyyəti və onun tərəfdaşları olduqca geniş anlayışdır və çoxsaylı 

subyektlərə  malikdir.  Həmin  subyektlərin  bir  neçəsinə   ardıcıl  olaraq  nəzər  salaq.  Məsələn,  siyasi 

partiyaların, hərəkatların, gənclər təşkilatlarının proqramlarında bu mövzuya - vətəndaşlıq mədəniyyətinin 

formalaşmasına  münasibət necədir? 

"Yeni  Azərbaycan  Partiyasının  Proqramı"na  nəzər  salsaq,  burada  əsas  ideoloji  prinsiplərdən  biri 

azərbaycançılıq, vətənçilik prinsipidir. Bu prinsipə görə, "Yeni Azərbaycan Partiyası dilindən, dinindən, 

etnik  və  sosial  mənşəyindən  asılı  olmayaraq  Azərbaycan  dövlətinə  və  onun  qanunlarına  tabe  olan, 

ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, 

Azərbaycanı  isə  onların  ümumi,  bölünməz  vətəni,  doğma  yurdu  hesab  edir.  Partiyamız  Azərbaycan 

xalqının  milli-mənəvi  dəyərlərinin,  adət-ənənələrinin,  milli  əxlaqi  mentalitetinin,  dilinin,  dininin 

qorunmasını  hamı  üçün  ümumi  vətən  hesab  olunan  və  xalqımızın  dövlətçilik  hisslərini,  dövlət  rəmzini 

yaşadan vahid Azərbaycan dövləti  ilə bağlayır. 

Azərbaycan  dövləti  bizim  milli  varlığımızın,  birliyimizin,  dinc  və  firavan  həyatımızın  təmin 

edilməsinin,  hər  kəsin  hüquq  və  azadlıqlarının  qorunmasının  yeganə,  etibarlı  vasitəsidir!  Odur  ki, 

partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən azərbaycançılıq 

və vətənçilikdir". Partiya gənclərlə sıx, birgə fəaliyyət göstərir. 

Digər  partiyaların  nizamnamələrində,  gənclər təşkilatlarında  da,  bir  qayda  olaraq,  "azərbaycançılıq", 

"dövlətçilik"  ifadələri  vurğulansa  da,  bunlar  formal  xarakter  daşıyır.  Çünki  reallıqda  əksər  partiyaların 

fəaliyyəti bu sözlərin həqiqi məna və mahiyyətindən uzaq olan fəaliyyəti nümayiş etdirməklə məşğuldur.  

Vətəndaşlıq duyğusu olmayan "vətəndaşlar"... 

  

Dünyada elə dəyərlər var ki, onları seçmirlər. Bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq 



olar.  Bu,  doğulduğun  vətən,  vətəndaşı  olduğun  dövlət,  mənsub  olduğun  millət,  mənəvi  prinsiplərindir! 

Yəni  onları  seçim  etmək  mümkün  deyil.  İnsanları  vətən  amili  birləşdirir!  Başqa  çox  şeylərin  ayırdığı 

cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir! Lakin təbii ki, bu, həmin mənəvi birlik 

formasını - dövlətin dəyərini  anlayanlar üçündür. 

Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarını dəbdən düşmüş mövzu 

hesab  edənlər  də  var.  Xüsusilə  də  bu  insanlar  kateqoriyasına  mənsub  olanların  istinad  etdiyi,  daha 

doğrusu,  təzim  etdikləri  Qərb  məkanında.  Qərbə  təzim  edənlər  üçün  burada  "vətən"  və  "dövlət" 

anlamlarına  verilən  dəyərə  də  bələd  olmaq  pis  olmazdı.  Həmin  dövlətlərin  vətəndaşları  öz  vətəninə 

xidməti hər şeydən öndə qoyur.      

Lakin  qeyd  etdiyimiz  kimi,  seçimi  mümkün  olmayan  dövlətçilik  dəyərlərini   seçmək  istəyənlər 

mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların "vətənsiz və bayraqsız", dövlətini 

və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və 

mənfi  informasiyanın  toplanmasını,  milli  mənəviyyata  və  qanuna  zidd  olaraq  tirajlanmasını  özlərinə 

"missiya" seçirlər. 

Onlar   özlərinin  xəyal  etdiyi  kimi,  nə  demokratik  düşüncə,  nə  də  peşəkarlığına  görə  deyil,  yalnız  

Azərbaycan  əleyhinə  olduqları  üçün   maliyyə  mənbələri  tapırlar.  Demokratiya  barədə  anlayışları  isə 




belədir  ki,  hansı  ölkədə  "dövlətçilik  dəyərlərinin  inkarı"  yoxdursa,  deməli,  orada  demokratiya,  azadlıq 

yoxdur, yəni bu qədər bəsit düşünənlər var. 

Onlar  Azərbaycanın  suveren,  beynəlxalq  münasibətlərin  bərabərhüquqlu  subyekti,  regionda  bütün 

sahələrdə  lider  ölkə  kimi  özünü  tanıdan  müstəqil  dövlət  olduğunu  dərk  etmək  səviyyəsində  deyillər. 

"Dünyanın paytaxtı" kimi etalon hesab  etdikləri xarici dairələrin buyuruqlarını yerinə yetirmək üçün bu  

"əyalət  düşüncəsi"nin  sahibləri  dəridən-qabıqdan  çıxırlar.  Müstəqil  dövlətinə  deyil,  təzim  etdikləri, 

maliyyə  bosları  ilə  təmasda  olmaqla  "demokratik"  hesab  edənlərin  əslində  "əyalət  düşüncəsi"  ilə 

yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətlərinə xidmət edirlər. Başqa 

məsələdir  ki,  ona  öz  dövlətinə  xidmət  etməsi  üçün  "xidmətçilər",  onun  ölkəsini  dünyanın  paytaxtı, 

özlərini  isə  asılı  hiss  edən  əyalət  təfəkkürlü  buyuruq  qulları  lazımdır.  Bu  məqsədlə  istifadə  etdiyi 

Azərbaycandakı  yalnız   ad  və  soyadlarından  azərbaycanlı  olduqları,  mənəviyyatca  xəyanətə, erməniliyə 

xidmət edənlər tapmaq çətin deyil!  

Məsələ burasındadır ki, kiminçünsə "vətən", "dövlət", "vətəndaşlıq" anlayışları ayrılmaz vəhdət təşkil 

edir, kiminçünsə bunlar başqa-başqa şeylərdir.  

Reallıqda aramızda bu illərdə özünü "vətəndaş" adlandıran, eyni zamanda dövlətçiliyə qarşı çıxmağı 

peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişigözəl 

sözlər söyləyir, onun adından sui-istifadə edərək vətənə xəyanət sayılan addımlar atırlar. 

Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında "vətəndaş" sözündən gen-

bol istifadə etməyə üstünlük verirlər (Bu yaxınlarda dövlətçilik əleyhinə əməllərdə ittiham edilən "Nida" 

Vətəndaş Hərəkatı kimi). Lakin bu sözün mahiyyətini dərk edirlərmi? 

Gecə-gündüz dövlətin onlar üçün etməli olduqlarına dair iddialar səsləndirən  bu adamlar bir dəfə də 

olsun özlərinə sual vermirlər: onlar vətən üçün nə isə ediblərmi? 

Belə insanların sayı xoşbəxtlikdən az olsa da, bu, cəmiyyəti və ziyalıları düşündürməlidir. Çünki məhz 

bu  kateqoriyadan  olanlar  Azərbaycan  dövlətinin  xaricdə  və  daxildə  güclənməsini  istəməyən,  onun 

əleyhinə çalışanların başlıca hədəfini təşkil edirlər. Həmin qüvvələr onlarla həm ideoloji, həm də praktiki 

olaraq ciddi şəkildə işləyirlər. 

Bilərəkdən və bilməyərəkdən "dövlət və xalq", "vətən və  vətəndaşlıq" anlayışlarını süni şəkildə bir-

birindən ayıraraq düşmənçilik mövqeyində dururlar. Hələ sadalanan anlayışların mahiyyətini və mənasını 

tam  dərk  etməyən  neçə-neçə  gənci  yanlış  yola  salaraq  onların  arxasında  gizlənmək  -  bundan  böyük 

rəzalət  ola  bilməz!  Bəlkə  də  o  gənclər  öz  həyatlarında  böyük  işlər  görə  bilərdilər.  Lakin  nə  təhsil,  nə 

karyera imkanlarını sınamağa fürsət verməyərək cinayətkarlığa, xəyanətə sövq edirlər. Ən dəhşətlisi odur 

ki, taleyindən xətt çəkilən bu insanların düşdükləri  vəziyyətə görə heç bir məsuliyyət daşımırlar. 

Bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü pozulub, vətənimizim bir parçası işğal edilib. Pafosdan 

çox uzaq olaraq demək istərdik ki, vətən təəssübkeşi olan, onun ağrısını hiss edən hər bir azərbaycanlı 

üçün bu ümummilli problem hər şeydən öndədir. Müharibə şəraitində yaşayırıq. Xain düşmən gülləsinə 

tuş gələn, atəşkəsin pozulması nəticəsində həlak olan əsgərlərimiz də, Milli Qəhrəman zirvəsinə yüksələn 

Mübariz kimi oğullarımız da var!  

  

Hüquqi baxımdan şəxsiyyət vəsiqəsinin olması avtomatik olaraq vətəndaş olmaq deyil   



  

Bu  gün  demokratik  dövlətdə  yaşayırıq  və  şəxsiyyət  vəsiqəsi  alan  hər  kəs  ən  azı   de-yure  olaraq 

Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı, vətəndaş olmaq missiyasının dərk edilməsi barədə 

düşünülmür. 

Yəqin xatırlatmağa dəyər ki, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda 

ən  yüksək   xüsusiyyət  kimi  "vətəndaş"  sözünü  vurğulayır,  işlədirik.  Məsələn,  xalqına  xidmət  edən 

görkəmli  insanlardan  söz  açanda  "həm  ziyalı,  həm  də  vətəndaş,  alim-vətəndaş,  siyasi  xadim-vətəndaş" 

deyimlərinə rast gəlirik. Bu, hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla 

yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. 

Vətəndaşlıq - yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu, bütöv bir anlayışdır və 

sözün kökündəki "vətən" kimi mənəvi anlayışla bağlıdır. 

Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən vətəndaş 

sayıla bilməz! Vətəndaş - mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını 

itirmiş olur. 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  görə:  "Maddə  26.  İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının müdafiəsi. I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və 

azadlıqlarını müdafiə etmək hüququ vardır". Reallıqda gördüyümüz cəhdlər bunun əksini deməyə imkan 

verir. 



Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  qanuna  görə  isə:  "Maddə1.  Vətəndaşlıq  hüququ. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  52-ci  maddəsinə  görə,  Azərbaycan  dövlətinə  mənsub  olan, 

onunla  siyasi  və  hüquqi  bağlılığı,  habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs  Azərbaycan 

Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının 

vətəndaşlarından  doğulmuş  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır.  Valideynlərindən  biri 

Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır". 

Təbii ki, vətəndaşlıq haqda qanun demokratik cəmiyyətdə bütün məqamları təfərrüatı ilə əhatə etmək 

imkanında  deyil.  Vətəndaşlıq  yalnız  milliyyət  də  demək  deyil.  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda 

canından  keçən  və  Şəhidlər  xiyabanında  uyuyan  qardaş  xalqların  neçə-neçə  nümayəndəsi  ən  şərəfli 

vətəndaşlarımızdır.  



  

  

Rəbiyyət ASLANOVA, 



Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,  

professor  

 

: docs -> QAZET
QAZET -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
QAZET -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
QAZET -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
QAZET -> •œAzÉŽrbaycanâ•š
QAZET -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
QAZET -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
QAZET -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
QAZET -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
QAZET -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə