Ərbaycan Respublikası Prezidentinin


Şəkil 2. Turizm sektorunun əlavə dəyər göstəriciləri



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə7/161
tarix31.12.2021
ölçüsü2,9 Mb.
#82188
1   2   3   4   5   6   7   8   9   10   ...   161
Turizm sənayesinin inkişafına dair strateji yol xeritesi

Şəkil 2. Turizm sektorunun əlavə dəyər göstəriciləri

 

(milyard ABŞ dolları, 

2011-ci ilin real qiym

ətləri ilə) 

 

1.  Okeaniya ölk

ələri də daxil olmaqla 

M

ənbə: Dünya Səyahət və Turizm Şurası 



Bu sektorun inkişafı Avropa və Şimali Amerikada mövcud olan ənənəvi turizm 

m

ərkəzləri  ilə  yanaşı,  yeni  turizm  mərkəzlərinin  də  yaranmasına  səbəb  olmuşdur. 



Bel

ə  ki,  2015-ci  ildə  inkişaf  etməkdə  olan  ölkələrdə  yaradılmış  turizm  mərkəzləri 

inkişaf  etmiş  ölkələrlə  müqayisədə  çoxdur.  BMT-nin  Dünya  Turizm  Təşkilatının 

proqnozlarına  əsasən,  beynəlxalq  turizm  sənayesinin  davamlı  inkişafı  nəticəsində 

xarici turistl

ərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 

milyard n

əfərə çatacaqdır. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı 

ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaqdır. 

Statistik  t

əhlillərə  əsaslanan  proqnozlar  turizmin  iqtisadiyyatdakı  çəkisinin 

əhəmiyyətli olduğunu deməyə əsas verir. Belə ki, bu sektor, eyni zamanda, sosial-

iqtisadi  inkişafın  əsas  təkanverici  qüvvəsi  kimi  dünyanın  bir  çox  ölkələrinin  milli 

iqtisadi  prioriteti  hesab  edilir.  Ümumilikd

ə  isə  turizmin  təsiri  üç  əsas  kateqoriyaya 

bölünür. 

Birincisi, hava n

əqliyyatı, mehmanxanalar, avtomobil kirayəsi ilə məşğul olan 

şirkətlər kimi turizm altsektorlarının ÜDM-ə birbaşa təsirindən əlavə, digər sektorların 

da  dolayı  təsiri  turizmin  əhəmiyyətini  daha  da  artırmaqdadır.  Turizm  sektorunun 

birbaşa  və  dolayı  təsirlərindən  başqa,  xidmət,  tikinti,  habelə  istehsal  sektorlarını 

əhatə  edən  və  onlar  vasitəsilə  ÜDM-i  artıran  induksiya  edilmiş  təsirləri 



(“induced 

impact”)

  d


ə  mövcuddur.  Bundan  əlavə,  turizm  sektoru  inkişafda  olan  və  keçid 

dövrünü  yaşayan  ölkələr  üçün  xarici  valyuta  daxilolmalarının  da  əsas  təminatçısı 

qismind

ə çıxış etməkdədir. 

İkincisi, turizm sektorunun inkişafının məşğulluğa və regionların sosial-iqtisadi 

inkişafına təsiridir. Belə ki, bu sektorda istənilən inkişaf yalnız şəhərlərdə deyil, eyni 

zamanda,  ekoturizm,  k

ənd  turizmi,  çimərlik  və  dini  turizm  kimi  çoxsaylı  turizm 

növl

ərinin inkişafı vasitəsilə regionlarda və kənd yerlərində də məşğulluq imkanlarının 



yaradılmasına təkan verir. 

Üçüncüsü,  turizmin  inkişafı  ölkə  üzrə  güclü  infrastrukturun  yaradılması  ilə 

müxt

əlif  regionların,  o  cümlədən  kəndlərin  infrastrukturunun  inkişafına  səbəb  olur. 



Əlavə  olaraq,  uğurlu  turizm  strategiyası  ölkənin  imicinin  beynəlxalq  miqyasda 

yaxşılaşdırılmasına  kömək  etdiyindən  turizm  həm  də  ölkələr  üçün  marketinq  aləti 

rolunu  oynayır.  Nəhayət,  turizm  sektoru  ekoloji  dayanıqlılıq,  mədəni  irs,  yerli 

d

əyərlərin mühafizəsi və inkişafı istiqamətində göstərilən səyləri də dəstəkləyir. 




Ümumiyy


ətlə,  hesab  edilir  ki,  turizm  sektorunda  cəlbedici  münasib  təkliflər 

uyğun olaraq öz tələbatını yaratmaqdadır. Belə ki, hər bir turizm məkanı özünün təbii 

xüsusiyy

ətlərinə, mədəni irsinə və xidmət infrastrukturuna görə müqayisəli üstünlüyə 

malikdir.  M

əqsədyönlü  tədbirlər  bu  aktivləri  digər  sektorlardan  daha  sürətlə  turizm 

sektorunun r

əqabət üstünlüyünə çevirə bilər. Bu cür səylər üç əsas amili əhatə edir: 

əsas vasitələrin təchiz edilməsini (məsələn, hava əlaqəsi, infrastruktur, təhlükəsizlik 

v

ə  s.),  cəlbedici  turizm  təkliflərini  (məsələn,  nəzərdən  keçirilən  turizm  növlərindən 



asılı olaraq, çimərlik istirahəti, əyləncə parkları və s.) və bunların uğurlu marketinqinin 

t

əşkilini.  Bunların  həyata  keçirilməsi  üçün  ölkədə  və  ölkədən  kənarda  turizm 



imkanlarının  geniş  təbliği,  beynəlxalq  səviyyədə  turoperatorlar  ilə  əməkdaşlıq  və 

ölk


ənin imicinin dəstəklənməsi istiqamətində müxtəlif tədbirlərin təşkili mütləqdir. 

Dig


ər tərəfdən turizm sektorunun inkişafı üçün güclü koordinasiya tələb olunur. 

Bu  kontekstd

ə,  turizm  sektoru  ilə  bağlı  inkişaf  strategiyasının  müəyyən  edilməsi, 

maraqlı  tərəflərin  koordinasiyası  və  müxtəlif  turizm  növlərinin  inkişafının  idarə 

edilm

əsi  kimi  məsələləri  əhatə  edən  dövlət  siyasəti  turizm  sektorunun 



r

əqabətqabiliyyətliliyinin  əsas  təkanverici  qüvvəsidir.  Bunun  nəticəsidir  ki,  əksər 

ölk

ələr turizm sektorunda inkişafı təmin etmək üçün turizmlə bağlı mövcud siyasətin 



koordinasiyasını qurmuş və turizmlə bağlı marketinq tədbirlərini həyata keçirmişlər. 

Turizm  sektorunun  inkişafına  nail  olmaq  üçün  turizm  növlərinə  də  xüsusi 

diqq

ət  yetirməklə,  tələb  və  təklifin  məqsədyönlü  şəkildə  uzlaşmasını  təmin  etmək 



t

ələb  olunur.  Təklif  nöqteyi-nəzərindən  hər  bir  turizm  növü  üzrə  rəqabətqabiliyyətli 

sah

ələrin araşdırılmasına və həmin sahələr üzrə rəqabətin təmin edilməsinə ehtiyac 



vardır.  Tələb  faktoru  baxımından  isə  bazarlara  yaxınlıq,  viza  rejimi  və  nəqliyyat 

əlaqələri,  o  cümlədən  birbaşa  uçuşların  mövcudluğu  ən  əsas  hərəkətverici 

mexanizml

ərdir.  Buna  əlavə  olaraq,  sosial,  demoqrafik  və  səyahətlə  bağlı 

davran

ışların öyrənilməsi ən səmərəli proqramların qurulmasına kömək edə bilər. 



Qlobal  miqyasda  işgüzar  turizm  və  şəhər  turizmi  ölçüsünə  görə  ən  böyük 

turizm növü olmaqla, kruiz, dini v

ə idman turizm növlərini də əhatə edir. Daha kiçik 

turizm növl

ərinə isə tibbi turizm, ekoturizm və əyləncə parkları aiddir. ABŞ, Avropa 

İttifaqı ölkələri və ya Yaponiya kimi ənənəvi və kütləvi turizm ölkələrinin yaxınlığında 

yerl

əşən ölkə və şəhərlər davamlı artıma nail olmaq istiqamətində öz turizm təkliflərini 



yaxşılaşdırmaq  məqsədilə  turizm  strategiyalarında  işgüzar  və  şəhər  turizmi  kimi 

geniş  yayılmış  turizm  növlərinə  xüsusi  diqqət  yetirirlər.  Bu  sahəyə  diqqət  regional 

bazarlarda,  xüsusil

ə  Yaxın  Şərq  və  Asiya  kimi  inkişafda  olan  ölkələrdə  də 

artmaqdadır.  Ölkələr,  ümumiyyətlə,  daha  çox  ixtisaslaşmış  turizm  təkliflərini 

artırmağa  çalışırlar,  belə  ki,  müvafiq  turizm  növlərinin  və  strategiyanın  seçilməsi 

ölk

ənin mövcud müqayisəli üstünlüklərindən çox asılıdır. Məsələn, sağlamlıq turizmi 



b

əzi ölkələr üçün uğurlu inkişaf sahəsi olsa da, başqa bir ölkədə səmərə verməyə 

bil

ər.  


Ümumiyy

ətlə,  turizm  sənayesinin  dəyişən  dinamikasına  müvafiq  olaraq  son 

ill

ərdə turizm strategiyasının inkişafı sahəsində beş əsas istiqamət qlobal trend kimi 



əyyənləşdirilmişdir. 

Birincisi,  ölk

ələr  və  turizm  məkanları  turizm  brendinin  hazırlanmasına  və 

t

əbliğinə daha çox diqqət yetirirlər. Dünya miqyasında yeni biznes modelləri, sosial 



şəbəkə  və  güclü  istehlakçı  kütləsinin  formalaşması  qlobal  bazarı  nəzərəçarpacaq 

şəkildə  dəyişmişdir.  Turistlərin  sayının  artmasını  nəzərə  alaraq,  fərqli  maraq 

dair

əsinə  malik  turistlərə  xidmət  məqsədilə  turizm  sektoru  mümkün  olan  bütün 



seçiml

əri və növləri diversifikasiya etmişdir. Turizm məkanlarının geniş seçimini təmin 

etm

əklə  yanaşı,  bu  amillər  yeni  bazar  təmayüllərinə  uyğunlaşmaq  üçün  mövcud 



struktur  v

ə  marketinq  strategiyalarının  yenidən  qiymətləndirilməsi  zərurətini  ortaya 

çıxarmışdır.  Bu  baxımdan,  dövlət  və  özəl  sektorun  nümayəndələri  eksklüziv  və 

innovativ  t

əklifləri  artırmaqla  ixtisaslaşmış  turizmi,  müxtəlif  biznes  modellərini  və 



10 

m

əhsul  brendlərini  hədəfləyərək,  turizm  mərkəzlərini  daha  da  təşviq  etmək  üçün 



t

əşəbbüslər həyata keçirməyə çalışırlar. 

İkincisi,  dünya  ölkələrində  mühüm  amil  kimi  hava  əlaqəsinin  və  əlçatanlığın 

gücl


əndirilməsinə xüsusi diqqət yetirir. Belə ki, qabaqcıl ölkə təcrübələrində iqtisadi 

s

əmərə  üçün  milli  aviadaşıyıcıya  sahib  olmaqla  yanaşı,  həm  də  uyğun  qiymətə 



aviabiletl

ərin  təşkili  məqsədilə  müxtəlif  istiqamətli  tədbirlər  görülür  və  bazarın 

genişləndirilməsi təmin edilir. Bundan əlavə, əksər ölkələr ciddi investisiya qoyuluşu 

h

əyata  keçirmədən  əlçatanlığın  yaxşılaşdırılması  məqsədilə  viza  proseslərini 



asanlaşdıracaq tədbirlər həyata keçirirlər. 

Üçüncüsü,  turizm  m

əkanları  üzrə  flaqman  layihələr  sektor  strategiyasının 

h

əyata keçirilməsi baxımından mühüm element hesab edilir. Flaqman layihələr sektor 



strategiyasını  dəstəkləyən  operativ,  böyükmiqyaslı  və  nəzərəçarpan  investisiya 

layih


ələridir  və  daha  geniş  islahatların  həyata  keçirilməsində  həm  güclü  əlaqə 

vasit


əsi, həm də marketinq aləti rolunu oynaya bilər. Nəhayət, bu cür layihələr coğrafi 

əhatə dairəsini kiçiltmək və islahatların mürəkkəbliyini azaltmaqla, bütövlükdə sektor 

üçün s

əmərəli təsir göstərə bilər. 



Dördüncüsü, master planın inkişafı turizm sektorunun sürətli inkişafı üçün əsas 

al

ət kimi istifadə edilir. Qurumlar bu planların hazırlanmasına və icrasına məsuliyyət 



daşıyır  və  bu  master  plan  proseslərin  sadələşdirilərək  investorlar  üçün  cəlbedici 

edilm


əsi  ilə  yanaşı,  həm  də  inteqrasiya  edilmiş  brend  strategiyasının  tətbiqinə  də 

şərait  yaradır. Dövlət təşkilatları master planda bu  inkişafın ayrılmaz tərkib hissəsi 

kimi n

əzərdən keçirilir, nəqliyyat və ya ətraf mühitin mühafizəsi üzrə fəaliyyətlərinin 



genişləndirilməsi  nümunəsində  tələb  edilən  infrastrukturun  məqsədyönlü 

planlaşdırılması işinə xidmət edirlər. 

Beşincisi,  inkişafda  olan  ölkələr  turizmin  inkişafı  üçün  birbaşa  xarici 

investisiyalara  daha  çox  üstünlük  verir.  Bu, 

əsasən,  bəzi  inkişaf  prosesləri  üzrə 

yüks


ək investisiya qoyuluşlarının tələb edildiyi, xüsusən də infrastruktura investisiya 

qoyuluşlarının  zəruri  olduğu  hallarla  daha  çox  bağlıdır.  Bununla  belə,  dəyər 

z

əncirində ən çox beynəlxalq şirkətlər iştirak etdiyinə görə, investisiyaya tələb zəruri 



olmadığı hallarda belə, beynəlxalq investorlarla əməkdaşlıq səmərəli ola bilər. 

 

 




11 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə