Ərbaycan Respublikası Prezidentinin



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə5/161
tarix31.12.2021
ölçüsü2,9 Mb.
#82188
1   2   3   4   5   6   7   8   9   ...   161
Turizm sənayesinin inkişafına dair strateji yol xeritesi

 ............................................................ 80

 

9.

 

İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

 ................................................. 81

 

10.

 

TƏDBİRLƏR PLANI

 ............................................................................................. 83

 

 



 

 





1. 

QISA XÜLASƏ 

“Milli  iqtisadiyyat və iqtisadiyyatın  əsas sektorları üzrə strateji  yol xəritəsinin 

başlıca  istiqamətləri”nin  təsdiqi  və  bundan  irəli  gələn  məsələlər  haqqında” 

Az

ərbaycan  Respublikası  Prezidentinin  2016-cı  il  16  mart  tarixli  1897  nömrəli 



S

ərəncamına  əsasən  8  əsas  və  3  yardımçı  olmaqla,  11  sektor  üzrə  Azərbaycan 

iqtisadiyyatının  təfsilatlı  inkişaf  planlarının  işlənilməsi  məqsədi  ilə  işçi  qrup 

yaradılaraq, 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-

ci  il

ədək  olan  dövr  üçün  uzunmüddətli  baxışın  və  2025-ci  ildən  sonrakı  dövr  üçün 



h

ədəf baxışın hazırlanmasına dair müvafiq tapşırıqlar verilmişdir. Milli iqtisadiyyatın 

inkişaf  strategiyasında  prioritet  istiqamətlərdən  biri  kimi  ixtisaslaşmış  turizmin 

əyyənləşdirilməsi  turizmin  inkişafı  istiqamətində  görülən  işlərin  davamlılığına 



xidm

ət  etməklə  yanaşı,  Azərbaycan  Respublikasının  cəlbedici  turizm  məkanı  kimi 

qabaqcıl mövqe tutmasına imkan yaradacaq, eyni zamanda, qarşılıqlı əlaqələrdən və 

mövcud  turizm  potensialından  səmərəli  istifadə  edilməklə  turizm  sektorunun 

iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə 

keyfiyy


ətin  yüksəldilməsinə  gətirib  çıxaracaqdır.  Strateji  Yol  Xəritəsi  nəzərdə 

tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq 

v

ə yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin 



edilm

əsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və 

innovasiyalara 

əsaslanan  yeni  investisiya  layihələrinin  cəlb  edilməsi  və  turizmin 

inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə 

ehtiva edir. 

Son ill

ərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən 

sektorlardan  biri  olmuşdur.  Belə  ki,  son  5  ildə  Azərbaycanda  turizm  sektorunda 

xidm


ət  göstərən  sahibkarlıq  subyektlərinin  və  turizm  məqsədilə  gələn  xarici  ölkə 

v

ətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz



1

 

ortaillik sabit artım müşahidə 



edilmişdir.  Hazırda  turizm  sənayesinin  ölkə  üzrə  ÜDM-də  və  məşğulluqda  birbaşa 

payı  müvafiq  olaraq  4,5  və  3,3  faiz

2

  t


əşkil  edir.  Bakı  şəhəri  beynəlxalq  miqyasda 

tanınan  turizm  məkanları  ilə  biznes  və  istirahəti  üstün  tutan  turistləri  cəlb  etmək 

baxımından daim turizm sektorunun inkişafının  əsas təkanverici qüvvəsi olmuşdur. 

Çoxsaylı turizm altsektorlarının inkişafı isə, əlavə olaraq, regional turizmin inkişafına 

da  t

əkan  vermişdir.  Təhlillər  göstərir  ki,  qonşu  ölkələrdən  daha  çox  turist  cəlb 



etm

əklə,  həmçinin  qlobal  miqyasda  daha  çox  tələbatın  olduğu  ölkələr  üçün 

ixtisaslaşmış turizm məkanına çevrilməklə Azərbaycanın hər iki sahə üzrə üstünlüyü 

daha 


da artırıla bilər.  

Mövcud imkan v

ə potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci 

il

ədək  həm  regionda,  həm  də  digər  dünya  ölkələri  arasında  cəlbedici  turizm 



m

əkanlarından  birinə  çevriləcəkdir.  2025-ci  ildən  sonrakı  dövr  üzrə  perspektiv  isə 

Az

ərbaycanı  dünyada  turistlərin  ən  çox  üstünlük  verdikləri  20  turizm  məkanından 



birin

ə  çevirmək,  mövcud  turizm  ehtiyatlarından  səmərəli  istifadə  göstəricilərinin

 

maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd olunan məqsədlərə nail olmaq üçün 



hava 

əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri üzrə fiziki və sosial 

infrastrukturun  v

ə  s.  təkmilləşdirilməsi,  yerli  dəyərlərin  beynəlxalq  aləmdə  uğurlu 

t

əbliği mühüm əhəmiyyət kəsb edir. 



Birbaşa xarici investisiyaların dəstəyi ilə turizm sektorunda fəaliyyət göstərən 

kiçik  v


ə  orta  sahibkarlıq  subyektləri  bu  artımın  əsas  təkanverici  qüvvəsi  olacaqdır. 

İnkişaf  prosesləri  ekoloji  dayanıqlılıq  prinsiplərinə  əsaslanaraq,  Azərbaycanda 

k

əndlərin və bütövlükdə, regionların inkişafının mühüm komponentinə çevriləcəkdir. 



                                                             

1

 M



ənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

2

 M



ənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 


Bu sektor üzr

ə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək 

olan dövr üçün ölk

ə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir. 

Birinci h

ədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri 

d

aha  yaxşı  inkişaf  etmiş  infrastruktura  malik  olmaqla,  çoxsaylı  xarici  turistlərin 



marağını  cəlb  etməkdədir.  Bu  istiqamətdə  müəyyənləşdirilmiş  dörd  prioritet 

Az

ərbaycanın  bu  perspektivə  nail  olmasına  imkan  verəcəkdir.  Potensialdan  daha 



s

əmərəli  istifadə  məqsədilə  xüsusi  idarəetmə  mexanizminin  yaradılması, 

m

əlumatlılığın  daha  da  artırılması,  turist  xidməti  paketlərinin  yenilənməsi,  müxtəlif 



turizm f

əaliyyət növlərinin səmərəli təbliği və turizm infrastrukturunun məqsədyönlü 

inkişafı nəzərdə tutulur. İkinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, 

turizm v


ə rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün 

regional 

s

əviyyədə  turizm  infrastrukturunun  inkişafı,  hava 



əlaqələrinin 

yaxşılaşdırılması,  viza  prosedurlarının  sadələşdirilməsi  də  daxil  olmaqla,  turizm 

sektorunun  inkişafı  üçün  ölkə  üzrə  əlverişli  mühitin  formalaşdırılmasıdır.  Üçüncü 

h

ədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf 



etdirm

əkdir.  Belə  ki,  daha  yaxşı  inteqrasiya  olunmuş  turizm  sektoruna  nail  olmaq 

üçün  sağlamlıq,  qış  və  ekoturizm  kimi  turizm  növlərinin  inkişafına  investisiya 

qoyuluşları  həyata  keçiriləcəkdir.  Dördüncü  hədəf  turizm  sahəsində  təhsil 

proqramlarına  investisiya  qoyuluşunu  həyata  keçirməkdən  və  turistlərin 

m

əmnunluğunu  artırmaq  üçün  standartlaşdırma  və  sertifikatlaşdırma  sistemini 



t

əkmilləşdirməkdən ibarətdir.  

2020-ci  il

ədək  olan  dövr  üçün  müəyyən  edilmiş  hədəflərin  reallaşması 

n

əticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 293 milyon və dolayı 172 



milyon manatad

ək artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min 

iş  yerinin  yaradılacağı  proqnozlaşdırılır.  Təsirin  gerçəkləşdirilməsi  dövlət-özəl 

resursları hesabına 350  milyon manat həcmində investisiya qoyuluşunu tələb edir. 

Turizm  sektorunda  göst

ərilən  əsas  təşəbbüslər  Azərbaycan  Respublikasının 

M

ədəniyyət və Turizm Nazirliyi tərəfindən əlaqələndiriləcəkdir. 




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə