7.
STRATEJİ HƏDƏFLƏR
7.1.
Strateji h
ədəf 1. Xarici turistləri daha çox cəlb etməklə
Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi
H
əm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında
beyn
əlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm
potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaqdır. Milli Turizm
T
əbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan
Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları və digər təşkilatlarla
birg
ə işləyəcək, mühüm hədəf bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni
zamanda, sahibkarlara h
əm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin
çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm mərkəzlərinin
yaradılmasına dəstək verəcəkdir. Bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər
n
əticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan
artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan
əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcəkdir.
Dostları ilə paylaş: |