ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə31/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   27   28   29   30   31   32   33   34   ...   455
AzBookResaleTozih

ġəriət risaləsi 
22 
Məsələ
61
: Ġt və donuz kimi murdar heyvanların içdiyi suyun artığı 
murdardır. Amma piĢik və baĢqa yırtıcı heyvanlar kimi əti haram 
heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu 
iĢi görməmək daha yaxĢıdır. 
Məsələ
62
: Ġçiləcək suyun tam təmiz olması müstəhəbdir, bəyənilir. 
Xəstəlik törədəcək sulardan içmək haramdır. Ġnsanın yuyunduğu suların da 
təmiz olması daha yaxĢıdır. Üfunətli və bulaĢıq sulardan imkan həddində 
çəkinmək lazımdır. 
Məsələ_63'>Ayaqyoluna getməyin (təxəllinin) hökmləri 
Məsələ
63
: Ġstər ayaqyolunda, istərsə də baĢqa vaxtlar, istər məhrəm 
(bacı və qardaĢ kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ 
həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxĢını pisdən 
seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini 
örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.
Məsələ_66'>Məsələ
64
: Ayıb yeri örtmək üçün hər Ģeydən, hətta əl və qeyri-Ģəffaf 
əĢyalardan istifadə etmək olar. 
Məsələ
65
: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə 
və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayat 
etmir. Amma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib 
ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir. 
Məsələ
66
: Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya 
arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının Ģəriət 
qaydasında təmizlənməsi) zamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya 
arxası qibləyə oturmaq olmaz. 
Məsələ
67
: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və 
ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. 
Amma uĢaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyil. Amma 
bu iĢ görülsə daha yaxĢıdır. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə