ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə45/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   41   42   43   44   45   46   47   48   ...   455
AzBookResaleTozih

ġəriət risaləsi 
32 
Məsələ
162
: Qur’an vərəqi, dua və ya Allahın, Peyğəmbərin (s) və 
mə’sum imamların adı yazılmıĢ vərəq murdar yerə düĢərsə, onu dərhal 
götürmək və suya çəkmək lazımdır. Bu iĢin xərci ağır olarsa və ya həmin iĢ 
mümkünsüz olarsa, vacib ehtiyata əsasən, həmin yazı ayaqyoluna düĢdükdə 
onun çürüyüb aradan getməsinə əmin olanadək, həmin ayaqyolundan 
istifadə edilməməlidir. 
Məsələ
163
: Qur’anın vərəqini paklamaq yalnız onu murdarlayanın 
vəzifəsi deyil. Qur’an vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu 
paklamağa vəzifəlidir. Bu vəzifəni biri yerinə yetirdikdə o birilərin 
öhdəsindən götürülür. Amma Qur’an baĢqasına məxsus olduqda 
paklanarkən korlanarsa, onu murdarlayan Ģəxs zərəri ödəməlidir. 
Məsələ_164'>Məsələ
164
: Ġmam Hüseynin türbətini murdarlamaq haramdır. 
MurdarlanmıĢ türbəti paklamaq vacibdir. Türbət murdar yerə düĢdükdə 162-
ci məsələdə göstərilmiĢ qaydada hərəkət etmək lazımdır. 
Məsələ
165
: Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmıĢ 
məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz 
qılanın yeri haqqında danıĢılarkən ətraflı Ģərh olunacaq. 
Məsələ
166
: BeĢincisi, namaz qılan Ģəxsin bədəni, libası və səcdə yeri 
pak olmalıdır. Bu Məsələ namaz qılanın libası və məkanı bəhsində Ģərh 
ediləcək. 
Məsələ
167
: Bir Ģəxs öz ixtiyarında olan malın murdar və ya pak 
olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-
olmaması Ģərt deyil. Sadəcə, həmin Ģəxs büluğ həddində olmalıdır və büluğ 
həddinə çatmayan birinin sözləri qəbul deyil. Amma bir Ģəxsin 
dediklərindən əminlik yaranarsa, büluğ həddi Ģərt sayılmaz. 
Pakedicilər (“Mutəhhirat”) 
Məsələ
168
: Murdarı paklayan Ģeylər pakedici adlanır. On iki Ģey 
pakedicidir: su, torpaq, günəĢ, əslinin dəyiĢilməsi (“istihalə”), növün 
dəyiĢməsi (“inqilab”), üçdə birin qalması, köçürmə (“intiqal”), Ġslamın 
qəbulu, tə’sirlənmə (“təbəiyyət), murdarın əslinin təmizlənməsi, murdar 
yemiĢ heyvanın istibrası, murdardan təmizlənməsi, müsəlmanın qeyb 
olması. Bu pak edicilərin hökmləri növbəti Məsələlərdə açıqlanacaq. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə