ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə46/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   42   43   44   45   46   47   48   49   ...   455
AzBookResaleTozih

1. Su 
Məsələ
169
: Pak və saf su bütün murdarları paklayır. Bir Ģərtlə ki, 
murdar Ģey yuyulduqda su bulaĢmasın, onun qoxusu, rəngi və ya dadı 
murdardan tə’sirlənməsin. Pak və saf su murdar Ģeyi o zaman təmizləyir ki, 
suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir Ģeydə qan varsa, 
o qədər yuyulmalıdır ki, qan təmizlənsin. Az su ilə yuyarkən baĢqa Ģərtlər 
də qoyulur. Bu barədə sonra danıĢılacaq. 


ġəriət risaləsi 
33 
Məsələ
170
: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr 
və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha 
yaxĢıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.) 
Məsələ
171
: Əgər it bir qabı yalamıĢsa və ya ondan su, baĢqa bir maye 
içmiĢsə, öncə həmin qabı bir qədər su ilə qatıĢmıĢ torpaqla sürtmək, sonra 
ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. 
Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən
yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin baĢqa 
bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib 
deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs 
edir. 
Məsələ
172
: Ġtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla 
sürtmək imkanı olmasa, imkan olan Ģəraitdə bir çubuğa parça sarıyıb yaĢ 
torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iĢ mümkün 
olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. 
Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur. 
Məsələ
173
: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab 
yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz 
yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin 
qab yeddi dəfə yuyulmalıdır. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə