Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə131/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   127   128   129   130   131   132   133   134   ...   172

www.vivo-book.com 

 

748 



Fikirlərim  nizamsız  sağa-sola  qaçır.  Kristian  –  sadist. 

Kristian  –  sabmissiv.  Kristian  ona  toxunmağa  izn  vermir. 

Kristianın Edip kompleksi. Kristian Leylanı çimdirir. Astaca 

inləyir  və  gözlərimi  yumuram  –  sonuncu  səhnə  məni  daha 

çox incidir. 

Doğrudanmı bu adama ərə gedə bilərəm? O qədər qəliz 

adamdır  ki.  О  elə  ağır  mürəkkəb  və  ağır  adamdır,  amma 

qəlbimin  dərinliyində  bilirəm  ki,  Kristianı  atıb  getmək 

istəmirəm, bütün nöqsanlarına baxmayaraq. Onu heç zaman 

atıb  gedə  bilmərəm.  Onu  sevirəm.  Kristianı  atıb  getmək  – 

sağ əli itirmək kimi bir Ģeydir. 

Hələ heç vaxt bu cür tamlıqlı həyat yaĢamamıĢam, belə 

həyat  enerjisi  axını  duymamıĢam.  Kristianla  üzləĢdikdən 

sonra  dərin  və  inadkar  hissləri  tanımıĢ,  yeni  təcrübə 

toplamıĢam. Onunla heç vaxt darıxmazsan. 

Mən Kristiana qədərki həyatımı xatırlayıram və o mənə 

Xosenin  fotoĢəkillərindəki  kimi  ağ-qara  görünür.  Ġndi 

dünyam  rəngarəng  və  parlaq  olub.  GözqamaĢdırıcı  iĢıq 

altında  uçuram  və  bu  iĢıq  selinin  mənbəyi  Kristiandır. 

Bununla  belə,  GünəĢə  çox  yaxın  uçan  Ġkara  bənzəyirəm. 




www.vivo-book.com 

 

749 



Astaca  ―hm‖ıldayıram.  Kristianla  uçuĢ  –  uçmaq 

qabiliyyətinə malik kiĢi qarĢısında kim duruĢ gətirə bilər? 

Öz  həyatımı  ona  həsr  etməliyəmmi?  Bunu 

istəyirəmmi? Elə bir hissə qapılmıĢam ki, elə bil o, düyməni 

basıb  və  məni  içəridən  iĢıqlandırıb.  Elə  bil  tədris  kursu 

keçmiĢəm.  Son  həftələrdə  özüm  haqda  o  qədər  yeni  Ģey 

bilmiĢəm  ki.  Əvvəlki  həyatımla  müqayisədə  çox  Ģey.  Öz 

bədənimin  mahiyyətini  dərk  eləmiĢəm,  hədlərimi,  sərt  və 

özümün  çox  da  böyük  olmayan  dözümümü,  mərhəmət 

hissimi və sevmək bacarığımı. 

Və bu an ildırım zərbəsi kimi məni bu fikir diksindirir: 

təmənnasız  eĢq  –  mənə  bu  lazımdır,  o  məndən  bunu 

gözləyir,  onun  buna  haqqı  var.  О  heç  zaman  öz  fahiĢə 

anasından  təmənnasız  sevgi  görməyib,  bu  isə  ona  çox 

lazımdır.  Onu  heç  bir  gizli  niyyət  olmadan  sevə 

biləcəyəmmi?  Onu  elə  bu  cür,  olduğu  kimi  qəbul  edə 

biləcəyəmmi; ötən gecə etdiyi etiraflarına baxmayaraq? 

Bilirəm  ki,  onun  dərin  psixoloji  zədəsi  var,  amma  bu 

mərəzin  sağalmaz  olduğunu  düĢünmürəm.  Teylorun 



www.vivo-book.com 

 

750 



sözlərini  yada  salıb  ah  çəkirəm:  ―O,  yaxĢı  insandır,  miss 

Stil‖. 


Onun  xeyirxahlığının  inandırıcı  sübutlarını  görmüĢəm: 

xeyriyyəçilik  fəaliyyəti, səxavətlilik,  iĢgüzar  etika.  Bununla 

belə,  özündəki  mehribanlığı  görmür.  Özünü  kiminsə  eĢqinə 

layiq  bilmir.  Onun  həyat  hekayəsini  və  meyllərini  bilə-bilə 

bunun  səbəblərini  də  dərk  eləyirəm,  məhz  buna  görə 

kimsəni  qəlbinə  yaxın  buraxmayıb.  Bu  səddi  adlaya 

biləcəyəmmi? 

Bir  dəfə  demiĢdi  ki,  onun  pozğunluğunun  bütün 

dərinliyini  dərk  edə  bilməyəcəm.  Hə,  indi  bu  haqda  mənə 

danıĢıb.  Onun  həyatının  ilk  illərini  xatırlasaq,  bu  məni 

heyrətləndirməz…  hərgah  söylənənlər  məni  Ģoka  saldı.  Hər 

halda  mənə  olanları  danıĢdı  və  məncə,  indi  Kristian 

rahatlanıb. Axı hər Ģeyi bilirəm. 

Bəs  o  məni  etiraflarından  sonra  azmı  sevir?  Yox, 

məncə.  О,  əvvəllər  heç  vaxt  bu  duyğuda  olmayıb,  elə  mən 

də. Hər ikimiz. 




www.vivo-book.com 

 

751 



Gözlərim  yaĢla  dolur,  onun  sonuncu  sədlərini 

dağılmasını  xatırlayıram,  Kristian  ona  toxunmağıma  izn 

verdi. Bu iĢdə bizə öz dəliliyi ilə Leyla kömək elədi. 

Məncə,  o  qıza  minnətdar  olmalıyam.  Kristianın  onu 

çimizdirməsi də artıq məndə acı hisslər oyatmır. Maraqlıdır, 

Leylaya  hansı  paltarımı  verib?  Ümid  edirəm  gavalı  rəngli 

donum deyil. O, çox xoĢuma gəlirdi. 

Problemlərinə  baxmayaraq,  bu  kiĢini  təmənnasız  necə 

sevə  bilərəm?  Axı  o,  miyanaçılığı  sevmir.  Amma  istənilən 

halda  yolverilən  hədləri  əxz  etməli,  mərhəmətlilik  kimi 

xırdalıqları  öyrənməli,  indiki  kimi  diktator  olmamalıdır. 

Kristian deyir ki, daha  mənə ağrı vermək istəmir, ola bilsin 

ki, doktor Flinn bu dəyiĢikliyi mənə izah edə bilər. 

Mahiyyətcə  məni  daha  çox  bu  qayğılandırır  ki,  onun 

buna  ehtiyacı  var  və  həmiĢə  buna  ehtiyacı  olan  qadınlarla 

üzləĢib.  Qüssələnirəm.  Hə,  bu,  bulanıq  fikirlərimə  açardır. 

Mən  bu  kiĢi  üçün  hər  Ģey  olmaq  istəyirəm,  ilk  hərfdən  son 

hərfədək,  bu  hərflər  arasındakı  hər  Ģey,  çünki  o  mənimçün 

hər Ģeydir. 



www.vivo-book.com 

 

752 



Ümid edirəm ki, Flinn suallarımın cavabını verəcək və 

bəlkə o zaman mən Kristianın təklifinə ―hə‖ deyəcəm. Onda 

Kristianla birgə günəĢ altındakı parçamızı tapacağıq. 

Pəncərədən  küçəyə,  nahar  fasiləsinin  doğurduğu 

qələbəliyə baxıram. Missis Qrey, – bu kimin ağlına gələrdi? 

Saata  baxıram.  Lənət  Ģeytana!  Yerimdən  atılır  və  çıxıĢa 

doğru  qaçıram:  düz  bir  saatdır  ki,  burda  oturmuĢam,  vaxt 

necə tez keçib gedir! Cek baĢımı yeyəcək! 

Oğrun-oğrun  masama  doğru  gedirəm.  XoĢbəxtlikdən 

Cek  kabinetində  deyil.  Deyəsən,  bəxtim  gətirdi.  Gözlərimi 

kompüterin  ekranına  zilləmiĢəm,  heç  nə  görmür  və 

düĢüncələrimi iĢ rejiminə uyğunlaĢdırmağa çalıĢıram. 

– Hardaydın? 

Gözlənilməzlikdən  diksinib  yerimdə  atılıram.  Cek 

arxamda durub, əllərini sinəsində çarpazlayıb. 

– Surətçıxarma otağında, yazıları çoxaldırdım,  – yalan 

deyirəm. 

 

Cek narazı halda dodaqlarını kipləĢdirir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə