Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə151/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   147   148   149   150   151   152   153   154   ...   172

www.vivo-book.com 

 

863 



– Hə, əlbəttə, hər Ģey bu qədər sadədir. 

– Niyə? – Doktor Flinn mehribanlıqla çiyinlərini çəkir. 

– Hə… bunu elədiyi səbəblər. 

–  Аnа,  hər  Ģey  də  elə  buna  görədir.  Həllə  yönəlik 

terapiya  nöqteyi-nəzərindən  bu  sadədir.  Kristian  səninlə 

olmaq  istəyir.  Bunu  həyata  keçirtməkdən  ötrü  o,  seksual 

münasibətlərin  daha  ekstremal  aspektlərindən  imtina 

eləməlidir.  Nəhayət,  sənin  suallarını  səfeh  adlandırmaq 

olmaz, düzdü? 

Qızardım. Yox, səfeh suallar adlandırmaq olmaz. 

–  Mən  bunları  ağıllı  suallar  sayıram.  Amma  bunların 

dəyərləndirilməsində əmin deyiləm. 

–  Kristian  sənin  haqlı  olduğunu  qəbul  edir  və  özünü 

müvafiq tərzdə aparır. О, ağılsız deyil, – Doktor Flinn köks 

ötürür.  –  Özünün  daxili  mahiyyətinə  görə  o,  sadist  sayıla 

bilməz,  Аnа.  О,  istedadlı  gəncdir,  amma  həm  də 

qəzəblənmiĢ,  qorxmuĢ  individdir,  doğulduğu  gündən  bəxti 

gətirməmiĢ  individ.  Biz  ömrümüzün  sonunadək  döĢümüzə 

döyə  və  güman  edə  bilərik  ki,  kim  və  niyə  bunda 

təqsirkardır, ya da sadəcə, Kristiana irəliləməkdə kömək edə 




www.vivo-book.com 

 

864 



bilərik,  istədiyi  kimi  yaĢamasında  yardımçı  ola  bilərik.  О, 

az-çox bir neçə il ona yaĢamaqda kömək edən bir Ģey tapıb, 

amma səninlə qarĢılaĢdıqdan sonra bu artıq iĢləmir. Nəticədə 

o  öz  ―modus  operandi‖sini,  fəaliyyət  obrazını  dəyiĢib.  Biz 

səninlə  onun  seçiminə  ehtiramla  yanaĢmalı  və  onu 

dəstəkləməliyik. 

Ağzı açıla halda acgözlüklə doktor Flinnə baxıram. 

– Mən buna ümid edə bilərəm? 

– Bu nə dərəcədə mümkündü, Аnа. Bu həyatda heç bir 

zəmanət  yoxdu,  –  o  gülümsəyir.  –  Bu  mənim  peĢəkar 

əqidəmdi. 

Mən  də  turĢ  bir  təbəssümlə  gülümsəyirəm.  Doktor 

zarafat eləyir… Ġlahi. 

– O özünü sağalmaqda olan əyyaĢa oxĢadır. 

–  Kristian  həmiĢə  özü  haqda  pis  fikirdədi.  Dediyim 

kimi,  bu  özünə  olan  patoloji  ikrahdan  irəli  gəlir.  Onun 

təbiəti  bu  cürdü.  Təbii  ki,  о,  həyatındakı  yeniliklərdən 

qorxur. О, potensial olaraq özünü nəhəng emosional əzablar 

dünyasına  açır.  Bu  əzabları  yeri  gəlmiĢkən,  о  dadıb,  sən 

çıxıb  gedərkən.  Təbii  ki,  о,  ürkmələrlə  doludur.  –  Doktor 




www.vivo-book.com 

 

865 



Flinn susur. – Mən sənin bu iĢdəki rolunu qeyd etməyəcəm. 

Amma 


rolun 

çox 


böyükdür. 

Kristian 

səninlə 

qarĢılaĢmasaydı,  bu  qədər  güclü  dəyiĢə  bilməzdi.  ġəxsən 

mən  hesab  eləmirəm  ki,  sağalmaqda  olan  əyyaĢ  uğurlu 

analogiyadı,  amma  indi  o  iĢləmir.  Sonra məncə,  Ģübhələrin 

faydasını ona göstərərik. 

Kristiana  Ģübhənin  faydasını  göstərərik?  Bu  haqda 

düĢünərkən üzümü turĢuduram. 

–  Аnа,  emosianal  planda  Kristian  yeniyetmədir.  O, 

həyatının  bu  mərhələsini  yaĢamayıb.  Bütün  enerjisini 

biznesdə  uğurun  qazanılmasına  yönəldib  və  bu  iĢdə  böyük 

yüksəliĢlərə  nail  olub.  Amma  emosional  planda  o,  hələ 

gizlən-qaç oynamalıdır. 

– Mən nəylə kömək edə bilərəm? 

Doktor Flinn gülümsəyir. 

–  Sadəcə,  indi  elədiyini  davam  elə.  Kristian 

qulaqlarının  dibinədək  sənə  aĢiqdir.  Bunu  məftunluqla 

görürəm. 



www.vivo-book.com 

 

866 



Mən  içdən  odlanıram,  daxili  ilahəm  çiyinlərimdən 

tutaraq  məni  qucaqlayıb  və  xoĢbəxtlikdən  iĢıq  saçır;  amma 

nəsə məni narahat eləyir. 

– Daha bir sual vermək olar? 

– Əlbəttə. 

Dərindən köks ötürürəm. 

–  Bu  fikir  heç  cür  baĢımdan  çıxmır.  Əgər  o  bu  cür 

olmasaydı… sınmıĢ, o, mənimlə birgə olmaq istərdimi? 

Diktor Flinn heyrətlə qaĢlarını çatır. 

–  Аnа,  özün  haqda  yetərindən  artıq  pis  fikirdəsən.  Və 

düzünü  bilmək  istəsən,  burda  problem  daha  çox  səndədir, 

nəinki  Kristianda.  Əlbəttə,  bu,  Kristianın  özünə  olan  ikrah 

hissi 

ilə 


müqayisə 

oluna 


bilməz, 

amma 


mən 

heyrətlənmiĢəm. 

– Hə, əgər ona... və mənə baxsaq. 

Doktor Flinn üzünü turĢudur. 

–  Mən  baxmıĢam.  Mən  yaraĢıqlı  cavan  oğlanı  və 

cazibədar gənc xanımı görürəm. Аnа, niyə özünü cazibədar 

saymırsan? 



www.vivo-book.com 

 

867 



ĠĢə  düĢdük  də.  Özüm  haqda  danıĢmaq  istəmirəm. 

BaxıĢlarımı  aĢağı,  barmaqlarıma  doğru  endirirəm.  Qapının 

qəfil  döyülməsi  məni  diksindirir.  Kristian  kabinetə  girir  və 

Ģübhəli  nəzərlərlə  bizə  baxır.  Mən  qızarıb  dərhal  Flinnə 

baxıram; о dostcasına Kristiana sarı boylanıb gülümsəyir. 

– Gəl, gəl. 

– Con, deyəsən, vaxtımız bitdi. 

– Heç də yox, Kristian. Bizə qoĢul. 

Kristian  əyləĢir,  bu  dəfə  yanımda  və  nümayiĢkaranə 

tərzdə əlini dizimə qoyur. Bu jest doktor Flinnin nəzərindən 

qaçmır. 

– Аnа, yenə sualların varmı? – doktor Flinn soruĢur və 

onun  qayğılandığını  görürəm.  Lənət  Ģeytana…  bu  sualı 

nahaq yerə verdim. BaĢımı yelləyirəm. 

– Kristian? 

– Bu gün yox, Con. 

Flin baĢıyla təsdiqləyir. 

–  Ola  bilsin  ki,  yanıma  yenidən  gəlməyinizdə  fayda 

olsun. Əminəm ki, Ananın yeni sualları olacaq. 

Kristian həvəssiz baĢını tərpədir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə