Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə36/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   32   33   34   35   36   37   38   39   ...   172

www.vivo-book.com 

 

212 



– YaxĢı. 

Tələsik ―Audi‖yə atılıram. Sözün düzü, ürpənirəm. Ola 

bilsin,  o  da  özündə  deyil.  Dəli  bir  varlıq  izimizə  düĢüb  – 

solğun simalı qarasaç, ala göz, mənə bir almanın yarısı kimi 

bənzəyən və ola bilsin ki, özünə odlu silah ala bilmiĢ bir qız. 

 

Kristian maĢın karvanında özünə yer edir. 



– Sənin bütün kölələrin qarayanız idi? 

Üzünü turĢudur. 

–  Hə,  –  inamsız  səslənir.  Yüzə-yüz  Kristian 

təəccüblənir ki, bunu bilmək nəyimə gərəkdir. 

– Mənə, sadəcə, maraqlıdır. 

–  Axı  sənə  demiĢəm  ki,  qarayanız  qızlara  üstünlük 

verirəm. 

– Missis Robinson qarayanızdı. 

– Bəli, məhz .... deyil,  – donquldanır o.  –  Elə məhz o 

məni qarayanızlardan çəkindirdi. 

– Zarafat eləyirsən, – təəccüblənirəm. 

– Hə, zarafat eləyirəm, – o, məyus halda cavab verir. 




www.vivo-book.com 

 

213 



Biganə 

simayla 


küçədən 

keçən 


qarayanızları 

pəncərədən  seyr  edirəm,  amma  Leyla  onların  arasında 

yoxdur. 

Deməli, o, qarayanız  qızları  xoĢlayır. Maraqlıdır niyə? 

Yoxsa    missis  Qeyri-adi  Qlamur  artıq  Qoca  Qarı  Robinson 

olsa  da,  onu  qarayanız  qızlardan  çəkindirib?  BaĢımı 

yelləyirəm: Kristian Qrey məni barmağına dolayır. 

– Onun haqqında danıĢ görək. 

–  Nəyi  bilmək  istəyirsən?  –  Kristianın  alnı  qarmon 

pərdələri  kimi  yığılır,  səsinin  ahəngi  isə  məni  qorxutmağa 

çalıĢır. 

– ĠĢ sövdələĢməniz haqda danıĢ. 

О,  iĢ  barədə  söhbət  imkanına  açıq  Ģəkildə  sevinir  və 

sakitləĢir. 

– Mən daha çox kölgədə qalmıĢ  tərəfdaĢıyam. Gözəllik 

salonları  ilə  bağlı  biznes  məni  az  maraqlandırır,  amma  o, 

salonları digər firmaların Ģəbəkəsinə uğurla qoĢa bilib. Mən 

yalnız baĢlanğıc üçün ona investisiya ilə kömək eləmiĢəm. 

– Niyə? 

– Minnət borcum vardı. 




www.vivo-book.com 

 

214 



– Hə? 

–  Mən  Harvarddan  qovulanda  o  xanım  mənə  yüz  min 

dollar borc vermiĢdi ki, öz biznesimi qura bilim. 

ĠĢə bax ha! Missis Robinson onda zəngin qadındır… 

– Səni qovublar? 

– Bu, dolaĢıq məsələdi, АnasteyĢa. Ġki il əzab çəkdim. 

Təəssüf ki, valideynlərim bunu anlamırdı. 

QaĢlarımı  çatıram.  Mister  Qrey  və  Qreys  Trevelyan 

onun  davranıĢını  bəyənməyiblər.  Bunu  təsəvvür  eləmək 

mənimçün çətindir. 

–  Məncə,  Harvarddan  qovulmaqla  uduzmamısan. 

Ġxtisasın nəydi? 

– Siyasət və iqtisadiyyat. 

Hmm… rəqəmlər. 

– Deməli, o, zəngin qadındı? – donquldanıram. 

–  O  darıxırdı.  О,  çox  zəngin  bir  taxta  tacirinin  bahalı 

gəlinciyi  idi,  –  Kristian  üzünü  mənə  çevirdi  və  əyri 

təbəssümlə  gülümsədi.  –  О,  xanıma  iĢləmək  izni  vermirdi. 

BaĢa düĢürsən, о, hər Ģeyi nəzarətində saxlamağı xoĢlayırdı. 



www.vivo-book.com 

 

215 



Belə  bir  qəribəliyi  vardı.  –  Kristianın  üzündə  yenidən 

təbəssüm peyda olur. 

–  Doğrudan?  Məgər  belə  diktatorlar  da  olur?  Məncə, 

danıĢdığın əfsanədi… – Replikama bacardığım qədər bütün 

kinayəmi əlavə edirəm. 

Kristianın təbəssümü geniĢlənir. 

– О səni ərinin pulları ilə təmin eləyirdi? 

О, dəcəl təbəssümlə təsdiqləyir. 

– DəhĢət! 

– Özününkünü qaytardı, – Kristian seyrək halda etiraz 

eləyir, ―Eskala‖dakı yeraltı qaraja daxil oluruq. 

Yetər?.. 

– Necə yəni? 

Kristian baĢını yelləyir, sanki bunu xatırlamaq onunçün 

xoĢagəlməzdir  və  maĢını  ―Аudi  Quattro  SUV‖-un  yanında 

saxlayır. 

– Gedək, tezliklə Franko gələcək. 

 

Liftdə Kristian üzümü diqqətlə seyr edir. 




www.vivo-book.com 

 

216 



–  Sən  hələ  də  hirslənirsən?  –  o,  sıradan  bir  ahənglə 

soruĢur. 

– DəhĢətli dərəcədə hirsliyəm. 

– Həəə, – baĢını tərpədir və divara baxır. 

Teylor  liftin  ağzında  bizi  gözləyir  və  mənim 

çamadanımı  götürür.  Görəsən  o  bunu  həmiĢə  edir:  lazım 

olan məqamda lazımi yerdə olmağı? 

– Uelç zəng eləyib? – Kristian soruĢur. 

– Bəli, ser. 

– Və? 


– Hər Ģey yoluna qoyulub. 

– Əla. Qızınız necədir? 

– Hər Ģey qaydasındadır, minnətdaram, ser. 

– YaxĢı. Saat birdə bərbər gələcək, Franko de Luka. 

– Miss Stil, – Teylor nəzakətlə təzim eləyir. 

– Salam, Teylor. Qızınız var? 

– Hə, mem. 

– Neçə yaĢı var? 

– Yeddi. 

Kristian səbirsiz halda mənə baxır. 




www.vivo-book.com 

 

217 



– O, anasıyla yaĢayır, – Teylor izah verir. 

– Оо, aydındı. 

Teylor  gülümsəyir.  Mənimçün  bu  gözlənilməzdir. 

Teylor  –  ata?  Kristianın  ardınca  böyük  zala  gedirəm,  bu 

informasiyadan təsirlənmiĢəm. 

Ətrafa  göz  gəzdirirəm.  O  ağrılı  andan  bəri  burda 

olmamıĢam. 

– Ac deyilsən? 

 

BaĢımı  yelləyirəm,  yəni  yox.  Kristian  diqətlə  mənə 



baxır, amma bəhsə girmir. 

– Bir neçə yerə zəng etməliyəm. Özünü evindəki kimi 

his elə. 

– YaxĢı. 

Kristian  öz  kabinetinin  qapısı  arxasında  gözdən  itir, 

məni  tək  qoyur.  GeniĢ  rəsm  qalereyasının  ortasında 

dayanmıĢam, – o, buranı mənzil adlandırır, – və düĢünürəm 

ki, baĢımı nəylə qatım. 

Paltar!  Arxa  çantasından  yapıĢaraq  pilləkənlə  yuxarı, 

öz  yataq  otağıma  qalxıram,  böyük  Ģkaf-kupeyə  göz 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə