Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə41/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   37   38   39   40   41   42   43   44   ...   172

www.vivo-book.com 

 

241 



QaĢlarımı  çatıram.  О  danıĢmaq  istəmir.  Omleti 

boĢqablara  çəkib  Kristianla  yanaĢı  otururam  və  xəbərsiz 

qalacağımla barıĢıram. 

–  Dadlıdır,  –  bir  tikə  dadaraq  tərifləyir.  –  ġərab 

istəyirsən? 

– Yox, minnətdaram. 

 

Mənə  aydın  baĢ  lazımdır,  səninlə  yanaĢı  olarkən, 



Qrey… 

Omlet  əla  alınıb,  düzdür,  elə  də  acmamıĢam,  amma 

yeyirəm,  bilirəm  ki,  əks  halda  Kristian  donquldanacaq. 

Sonra  Kristian  naqolay  susqunluğumuza  son  qoyur  və 

klassik musiqini  qoĢur, bu melodiyanı artıq eĢitmiĢəm. 

– Bu nə musiqidi? – soruĢuram. 

– Jozef Kantelub, ―Overnini mahnıları‖. Bu, ―Baylero‖ 

adlanır. 

– Əla musiqidi. Hansı dildədi? 

– Köhnə fransız, daha doğrusu, oksitan. 




www.vivo-book.com 

 

242 



–  Yanılmıramsa,  fransızca  danıĢa  bilirsən.  Mahnının 

sözlərini  baĢa  düĢürsən?  –  Kristianın  qüsursuz  danıĢığını 

xatırlayıram, valideynlərinin evindəki ziyafətdə. 

–  Yalnız  bəzi  sözləri,  –  Kristian  gülümsəyir,  aydın 

görünür  ki,  sakitləĢib.  –  Anamın  mantrası  vardı:  ―musiqi 

aləti,  xarici  dil,  döyüĢ  sənəti‖.  Eliot  ispanca  danıĢır,  Mia 

fransızca.  Eliot  gitara  çalır,  mən  fortopianoda,  Mia  isə 

violonçeldə. 

– Oho! Bəs döyüĢ sənəti? 

–  Eliot  cüdoçudur.  Mia  on  iki  yaĢında  etiraz  etdi  və 

daha məĢqlərə getmədi. – О bunu xatırlayarkən gülümsədi. 

– Heyf ki, anam mənimlə məĢğul olmayıb. 

–  Söhbət  uĢaqların  təlim-tərbiyəsindən  gedirsə,  bu 

zaman doktor Qreys amansız kabusa çevrilir. 

– Çox güman ki, anan səninlə fəxr edir. Onun yerində 

olsaydım, məhz belə edərdim. 

Kristianın  üzündən  kölgə  keçib  getdi  və  o,  ani  olaraq 

kədərləndi.  О,  ehtiyatla  mənə  baxır,  sanki  kəĢf  edilməmiĢ 

əraziyə qədəm basıb. 



www.vivo-book.com 

 

243 



–  Sən  artıq  qərara  gəlmisən  ki,  axĢam  əyninə  nə 

geyəcəksən?  Yoxsa  mən  səninçün  nəsə  seçim?  –  qəfildən 

kəskin Ģəkildə dedi. 

Aha! Deyəsən, o hirslənir. Niyə?.. Nə dedim ki?.. 

–  Hmm,  hələ  yox.  Bu  geyimlərin  hamısını  özün 

seçmisən? 

–  Yox,  AnasteyĢa,  mən  seçməmiĢəm.  Sadəcə,  lazımi 

əĢyaların  siyahısı  və  sənin  ölçünü  ―Neyman  Markus‖dan 

olan satıcı qıza verdim. Paltarlar düz əyninə oturmalıdır. Bir 

də  ki,  bu  axĢam  və  bir  neçə  sonrakı  gün  üçün  əlavə 

cangüdən  tutmuĢam.  Məncə,  bu  ehtiyat  tədbirləri 

məntiqlidir,  çünki  Leyla  hardasa  yaxınlıqda    dolaĢır. 

Ġstəmirəm ki, evdən mühafizəsiz çıxasan. RazılaĢdıq? 

Təəccüblə ona baxıram. 

– RazılaĢdıq, –  qərarlı Qreyə noolub? 

– YaxĢı. Onları təlimatlandıracam. Bu, çox çəkməz. 

– Onlar burdadı? 

– Hə. 


Harda? 


www.vivo-book.com 

 

244 



Kristian  öz  boĢqabını  götürür  və  çanağa  qoyur.  Sonra 

çıxır.  Burda  nə  baĢ  verir,  lənət  Ģeytana?  Elə  bil  onun 

bədəninə  bir  neçə  adam  sığıĢıb.  Bu,  Ģizofreniya  simptomu 

deyilmi? Google-a baxmaq lazımdır. 

Öz  boĢqabımı  təmizləyib  tez  yuyuram  və  AnasteyĢa 

Rouz  Stilin  qovluğunu  götürüb  yataq  otağına  qayıdıram. 

ġkaf-kupeyə baĢ vururam və üç uzun ziyafət donu seçirəm. 

Onlardan hansını bəyənim? 

 

Çarpayıda  yanakı  uzanıram,  öz  ―mak‖ıma,  aypedimə 



və ―blekberi‖yə baxıram və texnologiya möcüzələrinə valeh 

oluram. Kristianın pley-listini aypeddən ―mak‖a köçürürəm, 

sonra Google-a girib netdə eĢələnirəm. 

Kristian içəri daxil olur. 

– Nəylə məĢğulsan? – nəvaziĢlə soruĢur. 

Bir az təlaĢla düĢünürəm ki, görəsən, açdığım saytı ona 

göstərə  bilərəmmi:  ―Ġdentikliyin  dissosiativ  pozuntusu: 

Simptomlar‖. 

О mənimlə yanaĢı uzanır və  təbəssümlə sayta baxır. 

– Bura niyə girmisən ki? 




www.vivo-book.com 

 

245 



Deyingən  Kristian  yoxa  çıxıb,  Ģən  Kristian  yerinə 

qayıdıb. Buna necə alıĢım? 

– Maraqlanıram. Mürəkkəb Ģəxsiyyətlə. 

Sakitliyimi var gücümlə qoruyuram. 

Onun dodaqları xəfif təbəssümlə əyilir. 

– Mürəkkəb Ģəxsiyyətlə? 

– Bu mənim Ģəxsi sevimli layihəmdi. 

– Ġndi də layihən mənə Ģamil olunub? Törəmə istiqamət 

kimi.  Nəsə  eksperimentə  bənzər.  Amma  mən  layihənin 

mərkəzində  olacağımı  düĢünürdüm.  Miss  Stil,  xətrimə 

dəyirsiniz. 

– Niyə bu fikrə gəlmisən ki, bu sənə aiddi? 

– Təsadüfən ağlıma gəldi. 

–  Düzdü,  sən  yeganə  baĢıxarab  tipsən  ki,  daim 

dəyiĢirsən  və  diktatorluğa  yoluxmusan  və  bu  məziyyətlər 

mənə yaxĢı tanıĢdır. 

–  Mənsə  fikirləĢirdim  ki,  sənin  çox  yaxĢı  tanıdığın 

yeganə adamam. 

Yenə pörtdüm. 

– Hə. Düzdü. 




www.vivo-book.com 

 

246 



– Hansısa nəticələrə gəlib çıxmısan? 

Çevrilib ona baxıram. Kristian böyrüüstə uzanıb, baĢını 

dirsəyinin üstünə qoyub; üzündə nəvaziĢ və təəccüb cizgiləri 

var. 


– Məncə, sənə intensiv terapiya lazımdı. 

О,  əlini  uzadır  və  nəvaziĢlə  bir  ovuc  telimdən  tutaraq 

qulağımın arxasına keçirir. 

–  Mənə  görə  isə,  ancaq  sən  lazımsan.  Budur  götür,  – 

mənə dodaq pomadası tübikini uzadır. 

Qüssəylə  pomadaya  göz  gəzdirirəm.  Tünd  qırmızı 

rəngdədir, əsla bəyənmədiyim rəng. 

– Ġstəyirsən ki, dodaqlarımı parlaq rəngləyim? 

О gülür. 

–  Yox,  АnasteyĢa,  istəmirəm.  Əmin  deyiləm  ki,  bu 

rəng sənə düĢə bilər, – quru tərzdə əlavə edir. 

О,  bardaĢ  qurub  oturur  və  köynəyi  baĢı  üzərindən 

çıxarır. Aman Tanrım… 

– Sənin yol xəritəsi ideyan xoĢuma gəlir, – deyir. 

Kirpiklərimi  döyürəm,  heç  nə  anlamadığımdan.  Hansı 

yol xəritəsi? 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə