106
ermənilərinki olması üçün lazım olan hər Ģeyi birlikdə edəcəyik”. Görünür,
qarĢılıqlı əməkdaĢlıq dedikdə pul dilənməyi baĢa düĢmək lazımdır: dünya
ermənilərinin “Hayastan” fondu Ermənistanın və Dağlıq Qarabağın kəndləri üçnü
artıq 1,4 milyon avro vəsait toplanmıĢdır. Avropa fonetonunun (15-18 noyabr)
nəticələrinə görə, 1,1 milyon avro toplanmıĢdır. Argentinada foneton nəticəsində
250 min dollar yığılmıĢdır. Bu da son hədd deyildir. Valyuta toplanması davam
edir. Xatırladaq ki, 2006-cı il noyabrın 23-də keçirilmiĢ telemarafor zamanı 13,7
milyon dollar ianə edilmiĢdir. Bu pulların silah alınması və miskin bir görkəm
alaraq xaricdəki soydaĢlarına əl açan, onların gözlərini yaĢardan, eyni zamanda öz
separatçılıq hərəkətlərinə azərbaycanlılarla birgə yaĢamağın mümkün olmaması ilə
bəraət qazandırmağa çalıĢan dünya miqyaslı dilənçi Bako Saakyanın arzuladığı
“güclü ordu” yaradılmasına sərf edilməyəcəyinə heç bir zəmanət yoxdur.
Ermənistanın baĢ naziri bu məsələdə daha irəli gedərək, Qarabağ
münaqiĢəsinin səbəbini dini amillə izah etmiĢdir.
“Biz uzun müddət bu amili nəzərə almamağa, onun barəsində
danıĢmamağa, çalıĢmıĢıq, özü də təkcə Türkiyə ilə münasibətlərdə deyil, qonĢu
Azərbaycanla münasibətlərdə də. Lakin bizim istəyimizə rəğmən, bu amil
mövcuddur və o, kifayət qədər sanballı amildir. Əgər bu məsələyə minilliklər
kəsiyində baxsaq, bəlkə də, bizim münaqiĢənin yeganə səbəbi dini amildən
ibarətdir”. Bu sözlər Serj Sarkisyanın “Los Angeles Times” qəzetinin redaksiya
Ģurası üzvləri ilə görüĢünün stenoqramından götürülmüĢdür.
Ermənistanın baĢ naziri sonradan özünün bu sözlərindən imtina edərək
bildirmiĢdir ki, onun dediklərini düzgün yazmamıĢlar ki, Qarabağ problemi dini
zəminə malikdir. Lakin onun iddiasına görə, Qarabağ mübarizəsində dini amil də
vardır. Ermənistandakı bütün kütləvi informasiya vasitələri və ABġ-ın bəzi nəĢrləri
onun bu sözlərini sitat gətirmiĢdir. Bununla da xoruzun quyruğu göründü.
“Ġsrail-Azərbaycan” Beynəlxalq Assosiyasının baĢ direktoru Lev Spivak bu
“problem” barədə öz mövqeyini belə səciyyələndirmiĢdir. “Tolerantlıq” -
Azərbaycan xalqının səciyyəvi cəhətdir və bu fikrə yalnız obyektiv informasiyaya
malik olmayan adam etiraz edə bilər. Statistik məlumatlara görə, Azərbaycanda
141 xalqın nümayəndələri yaĢayır, onlardan 22-si yığcam halda məskunlaĢmıĢdır.
Səciyyəvi haldır ki, əsrlər boyu etnik azərbaycanlılarla yanaĢı yaĢayan bu xalqlar
assimilyasiyaya məruz qalmamıĢdır, onların hər biri öz dilini, ənənələrini,
mədəniyyətini qoruyub saxlamıĢdır”.
Ġndi isə Azərbaycan dağ yəhudiləri icmasının sədri Semyon Ġxilovun bu
barədə fikirləri ilə tanıĢ olun: “Bizdə tolerantlıq o qədər yüksəkdir ki, o, bütün
107
dünya üçün nümunədir. Dinlərarası münaqiĢələrə gəldikdə isə, mən bu yaĢımda
Azərbaycanda belə münaqiĢələr olmasını xatırlamıram. Necə demək olar ki,
Azərbaycanda hansısa bir dinə təzyiq göstərilir? Məgər bu həqiqətdir? Hamımızın
yaxĢı yadındar ki, ermənilər burada hamıdan yaxĢı yaĢayırdılar: Onların Bakının ən
yaxĢı rayonlarındakı ən yaxĢı mənzillərdə yaĢayır, idarəetmə orqanlarında,
tikintidə, xidmətlər sahəsində, iri sexlərdə rəhbər vəzifələr tuturdular...”
Noyabrın 16-da Bakıda Beynəlxalq tolerantlıq gününə həsr edilmiĢ konfrans
keçirilmiĢdir.
Qafqaz Müsəlmanları Ġdarəsinin sədri A.PaĢazadə öz çıxıĢında demiĢdir,
“Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə azərbaycanlılarla yanaĢı,
müxtəlif baĢqa millətlərin nümayəndələri də əsrlər boyu yaĢamıĢlar. Son günlər
Ermənistanın rəhbər dairələri Qarabağ probleminin guya din amili ilə bağlı olması
barədə tamamilə cəfəng sərsəm fikirlərə söyləyirlər”. A.PaĢazadə ermənilərin bu
məkrli hərəkətlərinə katolikos I Vazgenin sözləri ilə cavab vermiĢdir: “Qarabağ
münaqiĢəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti
yolverilməzdir və bunu edənlər Yaradan qarĢısında ən ağır günah iĢlətmiĢ olurlar”.
Hədsiz ambisiyaları ucbatından özləri özlərini çıxılmaz vəziyyətə salmıĢ
ermənilər onların fikrincə, sonuncu dəlilə - XXI əsr üçün əsla məqbul olmayan din
amilinə əl atmağı qərara almıĢ və islam ilə xristianlıq arasında qarĢıdurma
yaratmaq həddinə yuvarlanmıĢlar. Görünür ki, onlar dünyada baĢ verən
proseslərdən bixəbərdirlər və inkiĢaf etmiĢ dövlətlərin xüsusi əhəmiyyət verdiyi
prinsiplərdən çox uzaq düĢmüĢlər.
Ġsraildəki “IC rublic relations research” institutunun direktoru, informatika
üzrə professor Lev Spivak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi
problemindən danıĢarkən demiĢdir: “Separatçı və terrorçu təĢkilatların əksəriyyəti
öz hərəkətlərinə bəzən çox bəlağətli və inandırıcı təsir bağıĢlayan tarixi ritorika ilə
bəraət qazandırmağı üstün tutur, bu halda “azadlıq”, “ədalət”, “tapdalanmıĢ milli
ləyaqət” və s. kimi yüksək anlayıĢlardan bacarıqla istifadə edirlər. bizim ulu
babalarımız separatçılarla heç vaxt danıĢıq aparmamıĢlar”.
Məlum olmuĢdur ki, siyasi tədbirlər üzrə Ermənistan-Amerika komissiyası
(ARMENPAC) əsasən ABġ prezidenti vəzifəsinə namizədlərə göndərilməsi
nəzərdə tutulan anketlər hazırlamıĢdır. Həmin namizədlər ermənilər üçün “Həyati
əhəmiyyət” kəsb edən “erməni soyqırımı”, “Dağlıq Qarabağ münaqiĢəsinin
tənzimlənməsi” və bir sıra baĢqa məsələlər barədə özlərinin dəqiq mövqeyini
göstərməlidirlər. Doğrudan da, həyasızlığın həddi olmazmıĢ...
Dostları ilə paylaş: |