94
PA-da fəaliyyət göstərən xüsusi komissiyaya məlumat verəcəyəm ki, bu əraziyə
baxıĢ keçirsinlər”, - deyə Luis Mariya de Puç vurğulayıb.
Milli Məclisin deputatı Yevda Abramov isə Qubada yəhudilərin qətlə
yetirilməsi ilə bağlı faktların Ġsrail Knessetinin gündəliyinə salınması üçün israilli
deputatlarla müzakirələrin aparıldığını bildirib. Qanlı dərə döyüĢündə yəhudilərin
ermənilər tərəfindən qətlə yetirilməsi barədə sənədləri artıq ABġ Senatına təqdim
etdiyini bildirən Yevda Abramov onlarla yəhudi ailəsinin ermənilər tərəfindən
soyqırımına məruz qaldığını vurğulayıb. Onun sözlərinə görə, tarixi sənədlər
ümumilikdə 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən 101 yəhudi ailəsinin
qətliama məruz qaldığını təsdiq edir.
Erməni faĢizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Quba
soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhĢətli hadisələrdəndir. 90
il öncə belə amansız cinayətə rəvac vermiĢ ermənilər dünyanın ən əzazil, qəddar və
qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha
təsdiqləmiĢlər.
“Azərbaycan” qəzeti
AZƏRBAYCANIN APARDIĞI MÜBARĠZƏ
HAQQ-ƏDALƏT MÜBARĠZƏSĠDĠR
KeçmiĢini unudanı gələcəyini topa-tüfəngə tutar, - deyiblər. Tarix boyu
unutqanlığımız bizə baha baĢa gəlib. Zaman-zaman itirmiĢik, itkilərimizə yansaq
da, onu yenidən təkrarlamıĢıq, yenidən həmin səhvləri təkrar etmiĢik. Vaxtilə
Göyçəni də, Zəngəzur mahalını da beləcə bağıĢlamıĢıq. Vətən, torpaq niskili bizi
için-için göynətsə də, Sovet rejiminin “bir ailənin üzvüyük” prinsipindən kənara
çıxa bilməmiĢik. Dəfələrlə, təkcə bir əsrdə dörd dəfə, soydaĢlarımız öz doğma,
dədə-baba ocaqlarından, ev-eĢiklərindən deportasiyaya məruz qalıblar.
Ġrəvanda soydaĢlarımıza divan tutublarsa, biz isə onlara “gözün üstə qaĢın
var” - deməmiĢik. Bir balaca xətirlərinə dəyən olubsa, həmin andaca havadarları
tapılıb. Vaxtı ilə Azərbaycan KP MK-da iĢləyən bir nəfərin müsahibəsində
deyilirdi ki, Mircəfər Bağırov birinci katib olanda bir erməni qadınını (MK-nın adı
iĢçisi olub) iĢdən çıxarmıĢdı. Moskvadan Mikoyan Bağırova zəng vuraraq: “Sən
orada milli ayrı-seçkilik edirsən”, - deyə etirazını bildirmiĢdi. HəmiĢə belə olub və
Qarabağın erməniləĢməsi siyasətini də, necə deyərlər, burnumuzun ucunu da
görməmiĢik. Gevorkov kimilər uzun müddət Qarabağa rəhbərlik edib, sözün əsl
mənasında, Ģovinist siyasəti aparıb, azərbaycanlıları daim gözümçıxdıya salıb...
95
Zaman göstərdi ki, erməniləĢmə siyasəti bizə çox baha baĢa gəldi. Ayılanda
bircə onun Ģahidi olduq ki, evimizin yuxarı baĢında əyləĢdirdiyimiz “qonaq”
evimizi əlimizdən almaq istəyir. Elə də oldu. Azərbaycanın cənnət guĢəsi sayılan
Qarabağ əldən getdi.
1993-cü ildə xalqın yekdil tələbi, təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan
Heydər Əliyev, Qarabağ məsələsinin həllində, yaranmıĢ qarıĢılıqda çətinliklərlə
üzləĢdi.
Azərbaycan hərbi bir
“poliqon”u xatırladırdı. ÖzbaĢınalıq,
hakimiyyət
sizlik
son
həddə
çatmıĢdı. Əli silahlı dəstələr, belə
demək mümkünsə, qardaĢ qardaĢla
üz-üzə dayanmıĢdı. Nəhayət, böyük
həyat təcrübəsinə, zəngin biliyə
malik olan ümummilli liderimiz bu
özbaĢınalığa son nöqtə qoya bildi.
Həmin zaman on vacib addım hesab
olunan atəĢkəsə nail oldu, heç nədən
hərbi təlim görməyən, silahla davranmağın nə olduğunu bilməyən gənclərimizi
ölümün pəncəsindən qurtardı. Heydər Əliyev gözəl baĢa düĢürdü ki, Azərbaycan
təkcə erməni əsgərləri ilə yox, rus hərbi birləĢmələri ilə də müharibə aparır.
Biləcəridən o yana səsi çatmayan Azərbaycan dünya qarĢısında aciz
qalmıĢdı. Bütün dünyaya “qanqal” kimi səpələnən ermənilər isə öz lobbilərinin
gücü hesabına böyük ustalıq və bicliklə dünya ictimaiyyətini çox böyük məharətlə
aldada bilirdi. Heç kəsə, heç yana səsimiz çatmırdı, əslində bu səsi eĢidən də yox
idi. Heydər Əliyev Azərbaycan xəritəsini özü ilə birlikdə bütün dünyanı dolaĢdı,
əlində çubuq bütün dünyaya baĢa saldı ki, bizim dərdlərimz nədir. Hər yerdə də
erməni lobbisinin gücünü görən dahi Ģəxsiyyət bütün dünyaya səpələnən 50
milyonluq azərbaycanlılara üz tutdu, onları sınaq hədəfinə çəkdi. Bakıda Dünya
Azərbaycanlılarının I Qurultayı çağırıldı. Bu, Azərbaycan üçün çox böyük tarixi
hadisə idi.
Ümummilli liderimiz dünyada Azərbaycan diasporunun yaranmasını
qarĢıya vacib bir məsələ kimi qoydu. Az bir zaman ərzində Azərbaycanı dünyaya,
dünyanı Azərbaycana tanıtdı. Və sübut etdi ki, iĢimiz haqq-ədalət iĢidir. Bizim heç
kəsin torpağında gözümüz yoxdur. Dünyanı buna inandırdı. Amma nə etmək
olardı, dünyanın özündə də bir haqsızlıq kabusu dolaĢmaqdadır, dünya özü də
həqiqəti eĢitməkdə və görməkdə aciz və gücsüzdür.
96
Çox təəssüf ki, torpaqlarımız azad olunacağı günü ümumilli liderimiz görə
bilmədi, necə deyərlər, baĢlanan iĢi sona çatdıra bilmədi.
Prezident Ġlham Əliyev 2003-cü ilin seçki kampaniyası dövründə elan
etmiĢdi ki, əgər Azərbaycan xalqı ona etibar edərsə, ona səs verərsə, prezident kimi
fəaliyyətinin əsas istiqamətlərindən biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqiĢəsinin sülh yolu ilə həlli məsələsi, qaçqınların, məcburi köçkünlərin öz
doğma yurd-yuvalarına qaytarılması olacaqdır. Öz sözünə, verdiyi vədinə əməl
edən prezident Qarabağ məsələsinin həllini daim diqqət mərkəzində saxlamıĢ,
bütün xarici səfərlərində, görüĢlərində, dünya diplomatları ilə apardığı danıĢıqlarda
həmiĢə Qarabağ münaqiĢəsini, qaçqın-köçkün problemini önə çəkmiĢdi.
“Dağlıq Qarabağ torpağı Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında
ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Mən çox
Ģadam ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı heç bir fikir ayrılığı
yoxdur. Bəzi hallarda opponentlərimiz istəyirlər bizi tənqid etsinlər ki, Qarabağ
məsələsi niyə həll olunmur. Ona görə həll olunmur ki, bizi qane etməyən
razılaĢmaya heç vaxt getməyəcəyik. Ona görə həll olunmur ki, bütün təzyiqlərə
baxmayaraq, prezident kimi mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına sərf
etməyən razılaĢmalara getməyəcəyəm”. Bu fikirlərin müəllifi olan cənab Ġlham
Əliyev prezident səlahiyyətlərini icra etdiyi dövr ərzində bütün istiqamətlər üzrə
xalqa verdiyi vədləri yerinə yetirir, sözü ilə əməlinin düz olduğunu öz əməli iĢi ilə
sübut etmiĢdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin
Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi
əsasında diplomatik vasitələrin həlli, demək olar ki, cənab Ġlham Əliyevin xarici
siyasətinin prioritetidir.
Azərbaycan Prezidenti bütün siyasi və diplomatik vasitələrdən istifadə
edərək, problemin konstruktiv həllinə çalıĢdığını aydın və birmənalı Ģəkildə dünya
ictimaiyyətinə nümayiĢ etdirir. “Nə vaxt Azərbaycanın iĢğal olunmuĢ torpaqları
düĢmən tapdağından qurtaracaq, məcburi köçkünlərimiz öz isti ocaqlarına
qayıdacaq, bax onda Dağlıq Qarabağın statusuna baxılacaq”, - söyləyən ölkə
baĢçısı həmiĢə Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına
əsaslandığını, apardığımız mübarizənin haqq və ədalətli olduğunu söyləmiĢdir.
Ermənistanın isə konstruktiv danıĢıqlardan boyun qaçırması, iĢğalçılıq siyasətini
durmadan davam etdirməsi beynəlxalq təĢkilatların, bir sözlə bütün dünyanın
diqqətindən yayınmır. MünaqiĢə ilə bağlı məsələnin BirləĢmiĢ Millətlər
TəĢkilatının BaĢ Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması,
Avropa ġurasının 2005-ci il yanvar sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq
Dostları ilə paylaş: |