89
Mən çox sonralar, sovet dövründə doğulmuĢam. Rəhmətlik atam Yusif kiĢi
isə 1911-ci ildə anadan olub. 1918-ci ildə mart qırğını günlərində onun cəmi 7 yaĢı
olub və təbii ki, bu hadisələrin mahiyyətini həmin dövrdə o dərk edə bilməzdi.
Sonralar isə kommunist rejimi bu mövzuda söhbət edənləri, milli ayrı-seçkilik
təbliğatı aparan “xalq düĢməni” kimi bərk cəzalandırır və gedər-gəlməzə
göndərirdi. Ona görə bizim dövrdə yaĢayan nəsillər arasındakı təbii xalq yaddaĢı
zədələndi, arada böyük bir boĢluq, manqurtluq dövrü yarandı. XX əsrin
əvvəllərində inqilabi situasiyadan istifadə edib Azərbaycanda yaĢayan xalqlara
qarĢı amansız zorakılıq etmiĢ millətçi erməni daĢnakları sovet dönəmində əlüstü
dəyiĢib “beynəlmiləlçi” oldular və öz günahlarını arxivlərdə ört-basdır etdilər.
Lakin Quba məzarlığı hər Ģeyi açıb üzə çıxartdı. Bu məzarlıq tarixin böyük ittiham
məhkəməsidir və ondan hamı
ibrət götürməli, nəticə çıxarmalıdır.
Qırmızı qəsəbə bələdiyyəsinin sədri Nisim Nisimov deyir ki, mənim atam
Hilil Nisimov qəsəbənin “canlı ensiklopediyası” idi. O deyirdi ki, yəhudilər neçə
əsrdir azərbaycanlılarla bir yerdə yaĢayır. Biz dağ yəhudiləri 280 ildir burada,
Qubanın gündoğanında məskən salmıĢıq. Birgə yaĢayır, birgə kədərlənirik. Təbii
fəlakətlərə də birgə sinə gəririk ictimai fəlakətlərə də. Sel gələndə, zəlzələ olanda,
dolu düĢəndə təbii fəlakət heç birimizə fərq qoymur. O cümlədən yağı düĢmən də
bizi fərqləndirmir. Təbiətimiz, suyumuz, havamız eyni olduğu kimi, dostlarımız,
düĢmənlərimiz də birdir. Odur ki, Quba kütləvi soyqırımı məzarlığı da bizim
Ģərikli dərdimizdir. Yəqin ki, gələcək elmi tədqiqatlar da bunu bir daha sübut
edəcək. Qətlə yetirilənlər arasında kimin çox, kimin az olması isə mahiyyəti
dəyiĢmir.
Quba məzarlığının azərbaycanlıların soyqırımı aktının nəticəsi olduğu tam
elmi təsdiqini tapmıĢdır. Məzarlıq aĢkar ediləndən 3 gün sonra - 2007-ci il aprelin
4-də AMEA-nın Arxeologiya və Etnoqrafiya Ġnstitutunun əməkdaĢları bölgəyə
ezam olunmuĢlar. Aparılan arxeoloji qazıntı iĢləri nəticəsində məzarlıqda 1918-ci
ilin Quba soyqırımı qurbanlarının basdırıldığı birmənalı təsdiqini tapmıĢdır. Ötən il
iyul ayının 13-dən isə ərazidə geniĢ arxeoloji qazıntı iĢlərinə baĢlanılmıĢdır.
Quba soyqırımı ekspedisiyasının rəhbəri, AMEA-nın Arxeologiya və
Etnoqrafiya Ġnstitutunun aparıcı elmi iĢçisi, tarix elmləri namizədi Qəhrəman
Ağayevin verdiyi məlumata görə amansızlıqla qətlə yetirilərək dərin quyulara
basdırılmıĢ dinc insanların torpaqdan təmizlənmiĢ, üzərində iĢgəncə izi bugünədək
qalmıĢ müxtəlif bədən sümükləri Quba soyqırımının miqyası və mahiyyəti barədə
bir çox qaranlıq mətləblərdən xəbər verir. Qətliam zamanı insanların kəllə
sümüklərinə müxtəlif küt və kəsici alətlərlə yetirilmiĢ ağır xəsarətlərin izləri