90
bugünün özündə də qabarıq görünür. Məzarlıqda bütöv insan skeletinə rast
gəlinməməsi isə deməyə əsas verir ki, soyqırımı zamanı qətlə yetirilən insanların
cəsədləri müxtəlif hissələrə parçalanıb. Quba qəzası əhalisinin qətliamı zamanı
əsasən soyuq silahlardan - kəsici, deĢici və küt alətlərdən istifadə edildiyindən
arxeoloji qazıntı iĢləri zamanı güllə gilizləri tapılmayıb.
Məzarlıqdakı insan sümüklərini yaxından izləyərkən məlum olur ki, erməni
cəlladları qətliam zamanı əsasən balta və mismarlardan istifadə ediblər. 1918-ci
ilin mayında erməni general Hamazaspin rəhbərliyi altında Qubanı iĢğal etmiĢ
daĢnak-erməni dəstələri bir neçə gün ərzində dinc əhalini öldürmək üçün xüsusi
zorakılıqlara, iĢgəncə metodlarına əl atıblar. O dövrün Ģahidlərinin sözlərinə görə,
azğınlaĢmıĢ silahlı dəstələr hətta ahıllara, qadınlara və qocalara də rəhm etməmiĢ,
onları olmazın iĢgəncələrlə öldürməkdən həzz almıĢlar. Arxeoloq alimin
bildirdiyinə görə, ermənilər çoxlu sayda dinc sakini vaxtı ilə Qudyalçaya yaxın
ərazidə yerləĢmiĢ hamamda buxarla boğaraq cəsədlərini arabalarda çay sahilinə
gətirmiĢlər. Quyulardakı insan kəllələrinin əza sümüklərinin büzüĢməsi insanların
məhz boğularaq öldürülüyünün əlamətidir. Eyni zamanda, Quba sakinlərinin böyük
qismi məhz Qudyalçayın kənarına gətirilərək xüsusi amansızlıqla öldürülüb. Bu
zaman onların alın hissəsinin sağ tərəfinə balta ilə zərbələr vurulub. Daha dəhĢətli
iĢgəncə forması isə mismarla insanların gicgah və beyin hissələrinin deĢilməsi
olub. Qazıntı iĢlər zamanı onlarla kəllə sümüyünü dəlib deĢmiĢ, kustar formada
hazırlamıĢ mismarlar aĢkar edilib.
Həmin dövrdə erməni vandalizminin qurbanları təkcə dinc azərbaycanlılar
deyil, həm də digər millətlərin nümayəndələri də olmuĢlar. AparılmıĢ arxeoloji
qazıntılar zamanı onlarla kəllə sümüyünün digər millətlərə məxsus olması üzə
çıxıb. Bu sırada yəhudi və ləzgilər üstünlük təĢkil edirlər.
Tarixi faktlar göstərir ki, daĢnak-bolĢevik silahlı birləĢmələrinin 1918-ci ilin
martından etibarən azərbaycanlılara qarĢı həyata keçirdikləri dəhĢətli soyqırımı
aktının qurbanları sırasında Quba qəzasının sakinləri də olmuĢlar. Həmin vaxt Xalq
Komissarları Sovetinin sədri Stepan ġaumyan və hərbi komissar Korqanovun
tapĢırığı əsasında erməni generallar Hamazasp Azərbaycanın Ģimalında, Lalayan
isə mərkəzi və cənub rayonlarında “sovet hakimiyyəti qurmaq” adı altında
insanlara qarĢı misli görünməmiĢ vəhĢiliklər törətmiĢlər. Amansız üsullarla kütləvi
qırğın törətmiĢ erməni general Hamazasp ġaumyana ünvanladığı məktubda təkcə
Quba qəzasında 10 mindən artıq müsəlmanı qətlə yetirdiyini fəxrlə yazır. Müxtəlif
tarixi mənbələrə əsasən, Hamazaspin baĢçılıq etdiyi hərbi dəstə Quba qəzasında
ümumilikdə 40 minə yaxın dinc əhaliyə divan tutub. Təkcə Quba Ģəhərində 1800
91
uĢaq, 2000-ə yaxın qoca və yaĢlı qadın qətlə yetirilib. Həmin insanlardan 3 mini
Qubanın Ģimal hissəsindəki Qudyalçay sahilində basdırılıb.
BDU-nun professoru, tarix elmləri doktoru Anar Ġsgəndərov tədqiqatlarında
yazır ki, daĢnak-bolĢevik qoĢunları ġamaxını iĢğal etdikdən sonra mayın
əvvəllərində Quba qəzasına daxil olmuĢlar. Xaçmazda yaĢayan ermənilər
əvvəlcədən bu barədə xəbərdar edilmiĢ, onlara xeyli əlavə silah və sursat
göndərilmiĢdi. Quba faciəsi sırf siyasi məqsəd daĢımıĢ, qırğınlarda erməni daĢnak
qüvvələri ilə yanaĢı, bolĢevik əsgərləri də iĢtirak etmiĢlər. Bu qırğınlarda əsas
məqsəd Azərbaycanda müsəlman əhalini məhv edərək sovet rejimi qırmaq idi.
Buna rəhbərlik edən ġaumyan isə Cənubi Qafqazda, “böyük Ermənistan” dövləti
yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.
AraĢdırmalar göstərir ki, Quba qəzasında qırğınlar əvvəlcədən düĢünülüb və
buna geniĢ hazırlıq iĢləri görülüb. Həmin dövrdə qırğına baĢlamaq üçün bəhanə
yalnız milli münaqiĢə ola bilərdi. Erməni daĢnak qüvvələri dünyanın hər yerinə
ermənilərin guya müsəlmanlar tərəfindən sıxıĢdırıldığı barədə teleqramlar
göndərirdilər. Hamazasp ġaumyandan Quba qəzasında bütün müsəlmanları qırıb
məhv etmək, yaĢayıĢ məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və Ģiə
məzhəbləri arasında toqquĢma kimi qələmə vermək tapĢırığını almıĢdı. Qubada
yaĢayan M.Kasparov, H.Hayrapetov, A.Mikoyan və A.Boqdanov tərəfindən
göndərilmiĢ teleqramda iddia olunurdu ki, müsəlmanlar guya milli ədavət, milli
qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən
varlı ermənilərdən bunun səbəbini soruĢduqda onlar demiĢdilər ki, “sizinlə bizim
aramıza nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır”.
Ermənilər bolĢeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın
törətmiĢlər. Qubaya hücum edənlər içərisində özünü bolĢevik kimi qələmə verən
və 2 min əsgərə baĢçılıq edən David Gelovanidən baĢqa, bolĢevik Srurua da var
idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba
qəzasında qırğın törətmiĢdi. Həmin dəstə Birinci dünya müharibəsində özünü rus
çarizminin ən yaxın müttəfiqi kimi qələmə venııiĢ “DaĢnaksütyun” partiyasının
əsgərlərindən ibarət idi.
D.Gelovani Qubaya gələndə buradakı həbsxanada saxlanılan 200-dək
erməni hərbi əsirini azadlığa buraxmıĢdı. Fövqəladə Təhqiqat Komissiyasının
sənədlərindən və Ģahid ifadələrindən aydın olur ki, həbsxanadakılar ilin əvvəlində
bölgədə vəhĢiliklər törətmiĢ erməni əsgərlərinin bir hissəsi idi. O vaxt qusarın
Kuzun kəndinin sakini, Türkiyədə təhsil almıĢ nüfuzlu din xadimi Möhübəli
Dostları ilə paylaş: |