93
...Mən neçə-neçə qanlı döyüĢlərin iĢtirakçısı olmuĢam. Rus-türk
müharibələrində, Fin cəbhələrində, Birinci cahan müharibəsində çoxlu qanlı
döyüĢlər görmüĢəm. 1917-ci ildə ömrümün son illərini sakit və rahat yaĢamaq üçün
doğulduğum Quba Ģəhərinə qayıtmıĢam. Əlimdə əsa, çar ordusunun istefa vermiĢ
polkovniki libasında doğma vətənim məni yenidən öz qoynuna almıĢdır. Ancaq
buradakı rahat həyatım uzun çəkmədi. KaĢ mən baĢqa ölkəyə gedəydim. Vətənə
qayıtmayaydım. KaĢ mənim gözlərim erməni bıçağı ilə soyulmuĢ vətən
övladlarının baĢlarını, kürəyindən soyulub saman təpilmiĢ cəsədlərini, ana və
bacılarımızın kəsilmiĢ döĢlərini, hamilə gəlinlərimizin yırtılmıĢ qarnından çıxıb
qalmıĢ, hələ də nəfəsi üstündə olan körpələrimizin bu acı taleyini görməyəydim.
Dünyanın heç bir məmləkətində, heç bir cahan savaĢında belə qəddar
əməllər görünməyib və tarix belə qəddarlıqlarla hələ rastlaĢmamıĢdır. Qubadakı bu
qanlı qırğını kifayət
qədər təsdiqləyən faktlar, sənədlər və canlı Ģahidlər var.
Təcili olaraq Qubaya istintaq komissiyası göndərməyinizi, bu qətllərin
təĢkilatçısı və icraçısı olan ġaumyanın, Caparidzenin, hərbi komissar Korqanovun,
qatil D.A.Selovanın, cəllad Hamazasp Ağacanyanın, onun köməkçisi Nikolayın və
baĢqalarınının qanlı əməllərinə görə həbs olunub hərbi tribunalara verilməsini
təmin etməyi sizdən xahiĢ edirik. Bu müraciət Quba qəzasında nahaq yerə qanına
qəltan edilən, ev-eĢiyi xarabazara çevrilən on minlərlə qubalının fikrini ifadə edir.
Sizdən təcili tədbirlərin həyata keçirilməsini tələb edirik”.
Quba məzarlığı aĢkar olunandan sonra Azərbaycanın dövlət rəsmiləri, Milli
Məclisin deputatları, ayrı-ayrı ictimai-siyasi xadimlər, nüfuzlu ziyalılar buranı
ziyarət ediblər. Milli Məclisin Sədri Oqtay Əsədovun Aġ PA prezidenti Luis
Mariya de Ruçla birgə Quba məzarlığında olması isə daha mühüm və yadda qalan
oldu. ġübhəsiz, Avropa ġurası kimi mötəbər təĢkilatın Parlament Assambleyası
sədrinin Quba məzarlığına baĢ çəkməsi və tarixi həqiqətləri öz gözü ilə görməsi
təbliğatı baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Səfər zamanı
Milli Məclisin sədri Oqtay Əsədov burada tədqiqat iĢlərinin geniĢləndirilməsi üçün
beynəlxalq arxeoloqlar qrupunun cəlb edilməsi vacibliyini bildirib. “Qubada
aĢkarlanan məzarlıq dünyada tanıdılmalı olan soyqırımdır. Lakin təəssüflər olsun
ki, indiyə qədər bu məsələnin araĢdırılması ilə yalnız yerli tarixçilər və arxeoloqlar
məĢğul olublar. Məzarlığın araĢdırılmasına beynəlxalq arxeoloqlar cəlb
olunmalıdır”, - deyə Milli Məclisin Sədri vurğulayıb. Aġ PA prezidenti isə Quba
məzarlığında Ģahidi olduğu hadisələrdən bərk sarsıldığını deyib. “Mən bunun kim
tərəfindən törədildiyini deyə bilmərəm. Amma bu, dəhĢətli soyqırımdır və
insanların vəhĢicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm. Bununla bağlı Aġ