158
can MEA Fİ, akad. H.B.Abdullayev), f.‐r.e.n., dos. N.Ə.Məm‐
mədov (Leninqrad, SSRI EA SCİ, prof. L.A.Sena), f.‐r.e.n.,
dos. D.B.Davudov (Belarusiya EA, Fİ akad. M.A.Yelşayeviç),
f.‐r.e.n., dos. K.M.Daşdəmirov (BDU, prof. Q.I.Əfəndiyev), f.‐
r.e.n., dos. Q.İ.Qəribov (BDU, prof. Q.İ.Əfəndiyev), f.‐r.e.n.,
dos. V.H.Səfərov (BDU, dos. R.F.Mehdiyev), f.‐r.e.n., dos.
Sadıxzadə (SSRİ EA, Yüksək Temperaturlar Fizikası, Atom
Enerjisi İnstitutu prof.A.V.Nedaspasov), f.‐r.e.n., dos. T.X.Hü‐
seynov (BDU, prof. Ə.X.Muradov), f.‐r.e.n., dos. H.M.Məm‐
mədov (BDU, prof. Ə.Ş.Abdinov), f.‐r.e.n. M.N.Ağayev (BDU,
prof. Q.İ.Əfəndiyev), f.‐r.e.n. İ.G.Paşayev (BDU, prof.
Ş.Q.Əsgərov), f.‐r.e.n. N.Ə.Rəhimova (BDU, prof. Ə.Ş.Ab‐
dinov), S.İ.Əmirova (BDU, prof. Ə.Ş.Abdinov) tərəfindən
həyata keçirilir.
Görülən və aparılan işlərin uğurları Azərbaycan Res‐
publikasında çox yaxın gələcəkdə fiziki elektronikanın
güclü elmi‐pedaqoji və mühəndis potensialı, maddi‐texniki
bazası ilə yanaşı, həm də kifayət qədər yüksək əhəmiyyətə
malik praktiki tətbiq sahələrinin də yaranacağını vəd edir.
İndi də Azərbaycan MEA‐nın Fizika və Radiasiya Prob‐
lemləri İnstitutlarında, Bakı Dövlət Universitetinin fizika
fakültəsinin kafedralarında və Fizika Problemləri Elmi‐Təd‐
qiqat İnstitutunda, Azərbaycan Texniki Universitetində,
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Univer‐
sitetində, Azərbaycan Pedaqoji Universitetində, Sumqayıt
Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində bu
sahələrdə həm fundamental, həm də praktiki əhəmiyyət və
maraq kəsb edən kompleks tədqiqatlar aparılır. Son illər
Azərbaycan MEA‐nın Fizika İnstitutunda və Bakı Dövlət
Universitetində nanotexnologiya sahəsində də işlər aparılır.
159
§6.2. Əsas istiqamətlər
1959‐cu ildə Azərbaycan EA‐nın Fizika və Riyaziyyat
institutunun bazasında müstəqil Fizika İnstitutunun
yaradılması, respublikada fiziki elektronikanın inkişafına
güclü təkan vermişdir. Qısa müddətdə institutda fizikanın
digər sahələri ilə yanaşı, yarımkeçirici çeviricilərin fizikası,
bərk cisim elektronikası, bərk cisim fizikası, güclü ani‐
zotrop kristalların fizikası, yüksəkgərginliklər fizikası və
texnikası, yarımkeçiricilərdə diffuziya hadisələrini kom‐
pleks tədqiq edən laboratoriya və sahələr formalaşdı‐
rılmışdır. İnstitutun Selen Elm‐Istehsalat Birliyi, Reqistr Xü‐
susi Konstruktor Bürosu
yaradılmışdır. Həm Fizika İnstitu‐
tunda, həm də bu tabe qurumlarda yarımkeçiricilər və
dielektriklər fizikası, kompozisiyalı bərk cisimlərin fizikası,
elektrofizika və energetikanın problemləri, yarımkeçirici
materialların texnologiyası sahələrində tədqiqatlar aparıl‐
mışdır. Həmin tədqiqatlar ifratqəfəslər, kvant çuxurlar, kvant
nöqtələr
haqqında dəyərli elmi fikirlər söyləməyə imkan
verməklə yanaşı, həm də geniş diapazonda istifadə oluna
bilən şüaqəbuledicilərinin, yarımkeçirici işıq diodlarının və
lazerlərin yaradılması üçün stimul olmuşdur. Eyni
zamanda laylı kristal quruluşlu yeni yarımkeçirici mate‐
riallar alınmış, onların elektron və rəqsi hərəkət spektrləri
öyrənilmişdir. Həmin materiallarda stimullaşdırılmış şüa‐
lanma müşahidə olunmuş, bərk cisim fizikasında yeni ob‐
yekt – elektron‐deşik mayesi aşkar edilmişdir. Tədqiq olu‐
nan laylı kristallarda elektron‐deşik mayesinin kritik
temperaturunun yüksək qiymətinin alınması mümkün
olmuşdur. Laylı kristallarda həmçinin daha bir maraqlı
160
hadisə – Holl müqavimətinin kvantlanması müşahidə edil‐
mişdir ki, bu da həmin kristallarda ikiölçülü elektron
qazının mövcud olmasına sübutdur.
Məhz Azərbaycan Respublikasında aparılan tədqiqatlar
sayəsində üçqat laylı birləşmələr əsasında yeni seqnetoelek‐
trik yarımkeçirici materiallar sinfi kəşf edilmiş, neytrono‐
qrafik tədqiqatlarla qeyri‐mütənasib fazaların mövcudluğu
aşkar olunmuşdur. Həmçinin daha çox minüatür mik‐
roelektron cihazların yaradılması, çoxkomponentli yarım‐
keçirici heterostrukturların və metal‐yarımkeçirici kon‐
taktının, yarımkeçiricilərdə diffuziya və elektrodiffuziya
hadisələrinin tədqiqi sahəsində fundamental işlər həyata
keçirilmiş, halkogenid yarımkeçiricilərdə bir sıra aşqarların
miqrasiya mexanizmi aydınlaşdırılmışdır.
Nadir torpaq və qələvi torpaq elementləri ilə
aktivləşdirilmiş üçqat halkogenid yarımkeçiricilərin fizikası
və texnologiyasına dair aparılan fundamental tədqiqatlar
sayəsində spektrin görünən oblastında müxtəlif xarici
amillərin (elektrik sahəsi, sürətləndirilmiş elektron dəstəsi,
ultrabənövşəyi və rentgen şüaları) təsiri altında şüalanan
effektiv lüminessent materiallar alınmışdır.
Kompozisiyalı materialların xassələrinin formalaşması
aydınlaşdırılmış, yeni kompozit materiallar kompleksi
işlənilmişdir.
§6.3. Qeydedicilər
1968‐ci ildə Azərbaycan EA Fizika İnstitutunda və Tel‐
lur Xüsusi Konstruktor Bürosunda
alınan yarımkeçirici mate‐
rialların, yaradılan cihaz və qurğuların kiçik seriyalarda
161
buraxılmasını təşkil etmək üçün Selen Təcrübə Zavodu yara‐
dılmışdır.
Zavoda ilk illərdən başlayaraq dünya təcrübəsində ana‐
loqu olmayan yüksək tələblərə cavab verən nadir cihaz və
qurğular ixtira edilmişdir. Bunlara fotoelektron çoxaldıcı‐
larında tətbiq olunan Fototerm və təbabətdə istifadə olunan
Hipoterm
soyuducu cihazlarını misal göstərmək olar. Hər iki
cihaz 1972‐ci ildə Almaniyada Leypsik Beynəlxalq Yarmar‐
kasında «Qızıl Medala» layiq görülmüşdür. Əlavə olaraq
fiziki təcrübələrin avtomatlaşdırılması üçün bir sıra nadir
qurğular yaradılmışdır.
Azərbaycan EA Fizika İnstitutunun 1981‐ci ildə yara‐
dılmış təcrübi‐istehsalat Reqistr Xüsusi Kostruktor Bürosu
tərəfindən texnologiyası işlənmiş kompozit materiallar əsa‐
sında bir sıra yeni qeydedici və çevirici cihazların
nümunələri yaradılmış, elektroakustik (mikrofon, telefon,
çağırıcı qurğular), akusto‐elektron (filtr, faza çeviriciləri,
gücləndiricilər), elektromexaniki (larınqoton, seysmik qeyd‐
edici, akselerometr, hidrofon, hidrolokator, şüalanma piro‐
detektorları, temperaturqeydediciləri), akustooptik və opto‐
akustik çeviricilər üçün yüksək effektli aktiv kompozit
materiallar alınmışdır.
Elektron hesablama maşınlarından alınan rəngli təsvir‐
lərin surətini çıxarmaq üçün xüsusi çapedici qurğular ixtira
edilmişdir. Bu qurğulardan Venera‐Qalley Beynəlxalq Eksperi‐
mentlərində
istifadə olunmuşdur. İnformasiyanın optik
işlənməsi və ötürülməsi üçün uzunmüddətli yaddaşa malik,
elektrik gərginliyi ilə idarə olunan maye kristal elementlər
əsasında proyeksiya ekranı hazırlanmışdır.
162
§6.4. İnfraqırmızı və aşağı temperaturlar
elektronikası
1972‐ci ildən 2003‐cü ilədək müstəqil Elmi‐Tədqiqat
İnstitutu kimi fəaliyyət göstərmiş, sonra isə Azərbaycan EA
Fizika İnstitutunun tərkibinə daxil edilmiş Fotoelektronika
İnstitutunda daha böyük uğurlar əldə edilmişdir. Əsas elmi
istiqaməti kvant və bərk cisim elektronikası olan bu
institutda spektrin ultrabənövşəyi, görünən, yaxın, orta və
uzaq infraqırmızı oblastlarda işləyən fotoqəbuledici
qurğular, elektron‐optik çeviricilər, onlar üçün elektron
soyuducularının və yüksək effektivliyə malik yarımkeçirici
materialların, habelə yüksək həssaslıqlı qeyri‐standart ölçü
cihazlarının yaradılması, tədqiqi və tətbiqi üzrə işlər
aparılmışdır.
Tədqiqatlar darzolaqlı yarımkeçiricilərdə aşqar və səth
hallarının nəzəriyyəsini yaratmağa, termoelementlərin
metal‐yarımkeçirici sərhədində gedən fiziki‐kimyəvi hadi‐
sələrin mexanizmlərini aydınlaşdırmağa, yeni elektrooptika
effektlər aşkar edib öyrənməyə və termoelektrik çeviricilə‐
rində bir sıra elektron proseslərinin təbiətini aydınlaşdır‐
mağa imkan vermişdir.
Bu institutda alınan elmi nəticələr əsasında keçmiş
Sovet İttifaqında ilk dəfə olaraq xüsusi təyinatlı elektron
soyuducusu və fotoqəbuledicilər ixtira olunmuş, onların
seriya ilə istehsalı təşkil edilmiş, təsir tezliyi və həssaslığına
görə yeganə olan Dunay fotoqəbuledicisi ixtira olunmuş, bu
cihaz SSRİ Atom Enerjisi İnstitutunda idarə olunan
termonüvə sintez qurğusunda yüksəktemperaturlu plaz‐
manın sıxlıq fluktasiyasına nəzarət edən qurğuda, lazer
163
nişanlanması və məsafəölçməsində, Planeta‐SF və Arktur
fotoqəbulediciləri əsasında yerin təbii sərvətlərini tədqiq
edən Kosmos və Resurs tipli kosmik aparatlarında, Mars
planeti və birinci dəfə olaraq onun Fobos peykinin şəklini
çəkmək və tədqiq etmək üçün buraxılan Fobos avtomatik
stansiyada istifadə edilmişdir. RO‐F fotoqəbuledicisi
vasitəsi ilə birinci dəfə olaraq Marsın əks tərəfinin istilik
xəritəsi çıxarılmış, bu planetdə həyat ehtimallı zonalar
müəyyən edilmişdir. BF‐31U, BF‐32U‐tipli fotoqəbul‐
ediciləri uçan pilotsuz aparatlarda yerləşdirilərək, yerdə
olan qurğuları, mina sahələrini və s. aşkar etməkdə, habelə
1984‐cü ildə ilk dəfə Moskva şəhərinin istilik xəritəsini
çıxarmaqda istifadə edilmişdir. Fotoelektronika İnstitu‐
tunda hazırlanan texnologiya əsasında və bu institutun
əməkdaşları bilavasitə iştirakı ilə ilk dəfə olaraq kosmik
aparatda çəkisizlik şəraitində bir sıra yarımkeçirici bərk
məhlulların monokristalları göyərdilmişdir.
Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərə‐
findən ionlaşdırıcı şüaların enerjisinin universal enerji
daşıyıcısı olan hidrogenə çevrilməsinin heterogen radiasiya
və termoradiasiya üsulları təkmilləşdirilmişdir.
Hidroenergetika və fotoelektrokimyəvi texnologiyalar‐
dan, eləcə də günəş enerjisindən istifadə etməklə sudan
hidrogen alınmasının effektiv qurğuları yaradılmışdır.
164
ƏDƏBİYYAT
Гапонов В.И. Электроника. I и II том. М.: Физматгиз, 1961
Дулин В.Н. Электронные и квантовые приборы СВЧ. М.:
Энергия, 1972
Talibi M.Ə., Qəribov M.A., Hacıyev M.C. Mikroelektronika.
Bakı, Elm, 1976
Интегральные микросхемы. Справочник под ред. Терабрина,
М.: Радио и связь, 1983
Полупроводниковые приборы. Справочник под ред. Горюнова
Н.Н. М.: Энерготомиздат, 1984
Вестник Дальневосточного отделения РАН, 1993, №1
Гершунский Б.С. Основы электроники и микроэлектроники.
Киев, Вища школа, 1989.
Жеребцов И.П. Основы электроники. Санкт‐Петербург,
Энергоатомиздат, 1989.
Davudov B.B., Daşdəmirov K.M. Radioelektronikanın əsasları.
Bakı, Maarif, 2002
Hümbətov R.T. Elektronika, I və II hissə, Bakı, Maarif, 2002
Под ред. Федоров Н.Д. Электронные, квантовые приборы и
микроэлектроника. Россия, “МО и ПО Россия” 2002, 560с.
Савиных
В.Л.
Физические
основы
электроники.
Новосибирск, Россия, 2003.
Pənahov M.M., Kərəməliyev R.Ə. Kvant elektronikasının əsas‐
ları. Bakı, Kür, 2003
Щука А.А. Электроника. Москва, Россия, “BHV‐СПб”, 2004.
Abdinov Ə.Ş., Məmmədov H.M. Bərk cisim elektronikası. Bakı,
Təhsil, 2004
Abdinov Ə.Ş., Məmmədov H.M. Optoelektronika. Bakı, Maarif,
2005
Филачев А.М., Таубкин И.И., Тришенков М.А. Твердотельная
фотоэлектроника, Москва, Физмат книги, 2005.
165
ABDİNOV Əhməd Şahvələd oğlu –
professor, fizika‐riyaziyyat elmləri doktoru;
MEHDİYEV Rəşid Fərzəli oğlu –
dosent, fizika‐riyaziyyat elmləri namizədi;
HÜSEYNOV Tərlan Xanbaba oğlu –
dosent, fizika‐riyaziyyat elmləri namizədi
FİZİKİ ELEKTRONİKANIN
TARİXİ VƏ METODOLOGİYASI
(dərs vəsaiti)
166
Əhməd Şahvələd oğlu Abdinov (1945) – Bakı
Dövlət Universitetinin fizika fakültəsini (1968), SSRİ
EA Fizika və Texnika İnstitutunun aspiranturasını
(1971) bitirmişdir. Fizika‐riyaziyyat elmləri doktoru
(1979), professor (1981), Nyu‐York EA həqiqi üzvü
(1995),
Bakı
Dövlət
Universitetinin
“Fiziki
elektronika” kafedrasının müdiri (1992‐ci ildən), 30‐
dan çox namizədlik və doktorluq dissertasiyalarının
elmi rəhbəri, 300‐dan çox elmi məqalənin və
ixtiranın, ali məktəb tələbələri üçün 3 dərsliyin
müəllifidir. Bərk cisimlərdə tarazlıqda olmayan
elektron prosesləri və Bərk cisim elektronikası
sahəsində tanınmış tədqiqatçı alimdir.
Rəşid Fərzalı oğlu Mehdiyev (1935) – Bakı Dövlət
Universitetinin fizika fakültəsini (1959) və SSRİ EA
Fizika və Texnika İnstitutunun aspiranturasını
(1962) bitirmişdir. Fizika‐riyaziyyat elmləri nami‐
zədidir (1964). Bakı Dövlət Universitetinin Fizika
fakültəsi “Fiziki elektronika” kafedrasının dosen‐
tidir (1972‐ci ildən). 1 namizədlik dissertasiyasının
elmi rəhbəri, ali məktəblər üçün 1 dərsliyin, 100‐dən
çox elmi məqalənin müəllifidir. Bərk cisimlərin
elektronikası sahəsində tədqiqatlar aparır.
Tərlan Xanbaba oğlu Hüseynov (1957) – Bakı
Dövlət Universitetinin fizika fakültəsini (1984) və
aspiranturanı (1993) bitirmişdir. Fizika‐riyaziyyat
elmləri namizədidir (1994). Bakı Dövlət Universiteti
fizika fakültəsinin dekan müavini (2000‐ci ildən) və
“Fiziki elektronika” kafedrasının dosentidir (2006‐ci
ildən). Ali məktəblər üçün 4 dərs vəsaitinin, 30‐dan
çox elmi məqalənin müəllifidir. Qaz boşalması və
plazma elektronikası sahəsində tədqiqatlar aparır.
Dostları ilə paylaş: |