və havanın rütubətliyi artır. Dağ yamaclarının mütləq
yüksəkliyi müxtəlif olan hissələrində iqlimin dəyişməsi
təsiri altında bitki və torpaqda şaquli zonallıq əmələ gəlir.
Relyefin forma və dikliyindən asılı olaraq
yağıntıların mühüm miqdarı düzən formalı suayrıcılara,
nisbətən az miqdar yamac sahələrə, daha az isə sıldırım
yamaclara daxil olur. Ən çox rütubətlənmə relyefin mənfi
elementlərində, xüsusilə bağlı depressiyalarda müşahidə
edilir ki, belə sahələr yağış və qar şəklində düşən
atmosfer çöküntülərindən əlavə, ətraf yüksək
sahələrdən axan yağış və qar sularından da
rütubətlənir.
Torpaq rütubəti müxtəlif relyef elementlərindən
müxtəlif intensivlikdə buxarlanıb itir. Ən çox buxarlanma
relyefin cənubabaxar yamaclarında, ən az isə şimal
rayonlarında müşahidə edilir, çünki birincidə temperatur
həmişə yüksək olduğu halda, ikincidə bunun əksi
nəzərə çarpır.
Relyef şəraiti qrunt sularının səviyyəsinə də
mühüm təsir göstərir. Belə ki, relyefin səthi nə qədər
çox parçalanmış olursa, qobu və yarğanlar nə qədər çox
inkişaf etmişsə, qrunt suyunun səviyyəsi eroziya
bazisindən asılı olaraq bir qədər dərində olur.
Rütubətlənmə və qrunt sularının təsirindən asılı olaraq
relyefin müxtəlif elementlərində bir–birindən fərqli olan
müxtəlif torpaq tipləri, yarımtipləri və növləri əmələ gəlir.
Relyefin torpaq örtüyünün dəyişilməsinə ən
böyük təsiri xüsusilə dağlıq ölkələrdə müşahidə edilir.
Burada bir tərəfdən eroziya və sürüşmə prosesi
nəticəsində torpaq yuyulub aparılarsa və çılpaq
yamaclarda yuxa torpaqlar yaranırsa, digər tərəfdən
həmin materialların yuyulub ətəklərdə toplanması
basdırılmış torpaqların əmələ gəlməsinə, delivüal,
prolüvial və s. çöküntülərin formalaşmasına səbəb olur.
92
Buna görə də dağ yamacları öyrənilərkən ən əvvəl
onların baxarlığı, dikliyi, yəni meyillik dərəcəsi, çay
dərələrinə keçid vəziyyəti (tədrici düşmə, çıxıntılı, kəskin
düşmə və s.) yaxşı müəyyən edilməlidir. Bunlardan
əlavə, relyef üzrə dərə, yarğan və qobuların eni, dərinliyi,
yamacların forması, onların cimləşmə vəziyyəti ətraflı
təsvir olunmalıdır.
Relyefin torpaqəmələgəlmə prosesində rolunu
daha düzgün müəyyən etmək üçün onun formaları və
bir–birindən fərqli tipləri üzərində dayanmaq lazımdır.
Adətən öz formasına görə relyefin aşağıdakı tipləri
fərqləndirilir: a) meqarelyef, b) makrorelyef, c)
mezorelyef, d) mikrorelyef və nanorelyef.
Meqarelyef - ən iri planetar relyef forması olub,
ərazicə yüzlərlə, minlərlə kilometr uzanır və şaquli
istiqamətdə isə yüz və min metrlərlə yüksəlir.
Makrorelyef - ərazicə geniş və yüksəklik etibarı
ilə çox böyük (on və yüzlərlə metr) fərqli hissələri olan
ümumi səth quruluşlu relyef formalarıdır. Buraya
dağlar, düzənliklər, təpələr, yaylalar, dağ silsilələri və s.
aid edilir. Bunlardan əlavə buraya yamaclar, dayaz
dərələr, yallar, düyünlər, yarğanlar və bu kimi relyef
formaları da aid edilir. Bütün bunlar hava kütlələrinin
hərəkətinə, dağlıq ərazilərdə iqlimin, bitki örtüyünün və
torpağın formalaşmasına, eləcə də şaquli zonallıq
qanununun yaranmasına səbəb olur. Relyef şəraiti
mütləq yüksəklikdən asılı olaraq torpağın hidrotermik
rejiminin, bioiqlim zona və yarımzonalarının əmələ
gəlməsinə, onun münbitlik potensialının dəyişməsinə
mühüm təsir göstərir. Bütün bu deyilənlərə Böyük
Qafqaz dağlarını misal göstərmək olar. Məlum olduğu
kimi, burada yüksək dağlar su buxarı ilə doymuş hava
kütləsinin qarşısını asanlıqla kəsə bilir, onun küləkli
hissəsində quraqlıq vilayət yaradır, lakin müxtəlif
93
ekspozisiyalı (buxarlı) yamaclar müxtəlif miqdarda
yağıntı alır. Bunun nəticəsidir ki, qərbdən daxil olan
rütubətli hava kütləsini saxlayan Qafqazın qərb
yamaclarında ildə 2-3 min mm yağıntı düşdüyü halda,
onun şərq yamaclarının döşlərində cəmi 300 mm-ə
yaxın yığıntı düşür.
Belə halı Talış dağları və Kür- Araz ovalığı
timsalında da görmək olar. Bütün belə hallar
torpaqəmələgətirən amillərin birgə təsirindən asılı
olaraq özünü torpaq örtüyünün xarakterində də aydın
göstərir.
Mezorelyef dedikdə burada orta ölçüdə, nisbətən
kiçik sahəli relyef formaları başa düşülür ki, onların
böyüklükləri 10-100 metrlə ölçülür, yüksəklikləri 1-10m
arasında tərəddüd edir. Belə relyef formalarına tirələri,
kurqanları, təpələri, terrasları, çalaları və müxtəlif
meyilliyə malik yamacları göstərmək olar. Mezorelyef
formaları, hər şeydən əvvəl, yer səthində yağıntıları
paylaşdırır, səthlə axan və torpağa hopan suları
nizama salır və torpaqdaxili su axınının istiqamətini də
müəyyən edir.
Burada meyillikləri və ekspozisiyaları müxtəlif olan
səthlər birbaşa şüaudma yolu ilə müxtəlif miqdarda
günəş radiasiyası alırlar.
Mezorelyef formaları ilə, birinci növbədə, torpaq
eroziya proseslərinin inkişafı müəyyən olunur.
Mezorelyefin meydana gəlməsi və formalaşması, əsas
etibarilə, ekzogen geoloji proseslərlə (denudasiya
prosesləri, kontinental çöküntülərin əmələ gəlməsi və s.
ilə) əlaqədardır ki, bu da qurunun ayrı–ayrı hissələrində
yavaş –yavaş qalxıb enməsinə böyük təsir göstərir.
Mikrorelyef dedikdə mezorelyefdən fərqli olaraq,
girinti və çıxıntıları zəif olan, yüksəklik fərqi güclə seçilən
94
Dostları ilə paylaş: |