VI FƏSİL
TORPAĞIN EROZİYASI
6.I. Torpaq eroziyası və onun tipləri
Torpağın üst qatının müxtəlif təbii və antropogen
amillərin təsiri nəticəsində dağılmasına eroziya deyilir
(latınca Erosio – yeyilmə, yuyulma demekdir).
Eroziyanın iki tipi vardır: 1) su eroziyası, 2) külək
eroziyası. Torpağın suyun təsiri nəticəsində dağılmasına
su eroziyası deyilir. Su eroziyası özlüyündə səthi və
yarğan (xətti) eroziyalarına bölünür. Külək eroziyası baş
vermə şəraitindən asılı olaraq 2 yarım tipə - a) toz yaxud
qara tufan və b) məhəlli külək eroziyalarına ayrılır.
Su eroziyası eroziya tipləri içərisində ən geniş
yayılanıdır. Bu tipə hər bir təbii zonada rast gəlinir (şəkil
6.1).
Şəkil 6.1. Su eroziyası
Səthi eroziya prosesi nəticəsində torpağın üst qatı
(səthi) yuyulduğu halda, xətti (qobu, yarğan) eroziya
84
ərazinin yarğanlar tərəfindən dərininə parçalanmasına
gətirib çıxarır. Səthi eroziya torpaq sahəsinin zəif, orta və
şiddətli dərəcədə yuyulmasına, nəhayət münbit qatın
məhv olmasına gətirib çıxarır.
Xətti eroziya – kiçik şırımlardan başlayıb iri yarğan
qobu və dərin dərələrə kimi inkişaf edir. Təbii halda torpaq
səthi bitki ilə örtülü olduğu üçün eroziya zəif gedir, hətta
onu müşühidə etmək çətin olur. Belə prosesə normal
eroziya deyilir. Bu və ya digər sahənin bitki örtüyü məhv
edilərkən və ya maili sahələrin torpağı şumlanarkən
eroziyanın sürətlənməsinə şərait yaranır. İnsanın
təsərrüfat fəaliyyəti ilə əlaqədar eroziya proseslərinin
şiddətlənməsinə və ya sürətlənməsinə antropogen
eroziya deyilir.
Suvarılan əkinçilik rayonlarında suvarma
normasına düzgün riayət edilmədikdə irriqasiya
eroziyası baş verir. Münbit əkin qatı tədricən yuyulur,
qalınlığı azalır, mexaniki tərkib lilsizləşir (yüngülləşir), qida
maddələrini itirir, relyefin nisbətən çökək (yaxşı planirovka
olmamış) sahələrində su – fiziki xassələri pisləşir,
qaysaqlaşma hətta takırabənzər proses əmələ gələrək
bitkilərin inkişafını pozur.
Külək eroziyası yaxud defliyasiya quru iqlimə
malik olan arid ərazilərdə, xüsusilə bitki örtüyü seyrək
olan qumluqlarda, dənizlərin sahil hissələrində baş verir.
Külək eroziyası su eroziyasında olduğu kimi,
torpağın üst hissəsinə təsir edib, onu sovurur və bir
yerdən başqa yerə aparıb çökdürərək eol relyefi
(yunanca Aiolos – külək allahı deməkdir) əmələ gətirir
(şəkil 6.2).
85
Şəkil 6.2. Külək eroziyası
Külək eroziyası torpağın narın hissəciklərini (0,1
mm-dən kiçik) supsenziya şəklində havanın yuxarı
qatlarına (5 km-ə qədər) qaldırıb hava axınları vasitəsi ilə
çox uzaq məsafələrə (3 – 3,5 min km) aparır.
Qumluqlarda külək eroziya fəaliyyəti 3 formada gedir. 1)
qum hissəciklərinin səthlə diyirlənmsəi, 2) sıçrayışlarla
(30 sm - ə qədər) sürüklənmə, 3) havada asılı
vəziyyətdə.
Muasir külək eroziyasının normal (təbii yaxud
geolji eroziya), və sürətli (əsasən insan fəaliyyətli)
formaları fərqləndirilir.
Respublikamızın ərazisində külək eroziyası əsasən
mexaniki tərkibi yüngül olan (qumlu, qumsal) Xəzərsahili
hissələrdə, Qobustanda, III dövr yaylasında,
Ceyrançöldə, Naxçıvan MR və s. ərazi torpaqlarında
fəaliyət göstərir. Respublikamızın ərazisində belə
torpaqların sahəsi 117 min hektar təşkil edir.
Eroziya prosesində dağlıq ərazilərdə, xüsusilə
otlaq və biçənək kimi istifadə olunan sahələrdə də çox
təsadüf olunur. Otarılma normalarına (yem vahidinə) əməl
olunmayan yaylaqlarda baş verən eroziya prosesinə
yaylaq eroziyası deyilir (şəkil 6.3).
86
Şəkil 6.3. Yaylaq eroziyası
Dağ rayonlarında baş verən eroziya prosesi
təsərrüfatlara daha çox ziyan vurur. Belə ki, yamaclarda
əkinləri məhv edir, otlaqları sıradan çıxarır, dərin yarğan
və qobular əmələ gətirir, sürüşmə hadisələri və uçqunlara
səbəb olur. Bu rayonlarda ən dəhşətlisi eroziya təsirindən
çay hövzələrində baş verən və böyük dağıntıya səbəb
olan sel hadisələridir. Sellər vasitəsilə 10 tona qədər
ağırlığa malik olan daşlar hərəkətə gəlir. Nəticədə
tikintilərə, hidromeliorativ qurğulara, körpülərə, dəmir və
şosse yollarına böyük zərər vurur.
Eroziyanın inkişafını müəyyən edən şəraitlər.
Eroziyanın inkişafına səbəb olan ən başlıca amil eroziya
hadisələri baş verəcək sahələrdə torpağın insanlar
tərəfindən düzgün istifadə edilməməsidir. Elə buna görə
də eroziyanın inkişafında sosial-iqtisadi və təbii şərait
amilləri fərqləndirilir.
Sosial-iqtisadi inkişaf səviyyəsində eroziya insanın
bitki və torpaq örtüyünə təsir etdiyi andan, yəni kənd
təsərrüfat bitkilərinin becərilməsi, meşələrin istismarı,
qoyunçuluq və mal–qaranın otarılması və s. meydana
gəldiyi andan başlayır.
87
Dostları ilə paylaş: |