Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

nəzərə alaraq ölü su ehtiyatı da deyilir. Soluxma əmsalı

sabit və ya dəyişməz kəmiyyət deyildir.



Pərdə suya  gəldikdə bu hiqroskopik suyun əmələ

gətirdiyi su pərdəsinin üstünə bir neçə molekulyar təbəqə

şəklində   yığılır   və   həmin   təbəqə   torpaq   hissəciklərinin

cazibə qüvvəsi vasitəsi ilə saxlanılır. Son məlumata görə

pərdə sudan bitkilər qismən istifadə edə bilirlər.

Torpağın   rütubəti   artıb   pərdə   rütubət   həddini

keçəndə   -   Menisk   suyu   adlanan   rütubət   əmələ   gəlir.

Bitkilərin   mənimsəyə   biləcəyi   şəkildə   olduğundan

(xüsusilə   vegetasiya   dövründə)   bu   suyun   çox   böyük

praktiki əhəmiyyəti vardır.



4) Kapillyar su (latınca – tükvari deməkdir)

Torpağın   ən   incə   məsamə   və   kapillyarlarını

dolduran kapillyar qüvvələrinin təsiri ilə hərəkət edən suya

kapillyar su deyilir. Kapillyar su damcı – maye şəklində

olur və menisk qüvvəsinin təsiri ilə torpaqda ən müxtəlif

istiqamətlərdə hərəkət edir.

Kapilyarlarla   yuxarı   qalxan   su,   eyni   zamanda

ağırlıq   qüvvəsinə   tabe   olduğu   üçün   bu   qalxmanın   öz

həddi vardır və boru şəkilli kanalcıqlarla yuxarıya qalxan

su   sütuncuqlarının   ağırlığı   kapilyar   divarlarının   islanma

qüvvələri   ilə   tarazlaşıncaya   qədər   davam   edir.

Ümumiyyətlə,   qalxma   yüksəkliyi   torpağın   struktur

xüsusiyyətlərindən,   onun   qranulometrik   tərkibindən,

dənələrin formasından, onların mineroloji tərkibi və s-dən

asılıdır.   Hesablamalar   göstərir   ki,   müxtəlif   torpaqlarda

suyun   kapilyarlarla   qalxması   bərabər   deyildir.  Məsələn,

qumsal   torpaqlarda   kapillyar   qalxma   30–60sm,

lössəbənzər gillicələrdə 3–4m, ağır gillicəli torpaqlarda 6–

7m - ə, qalxma yüksəkliyi 15m-ə çata bilir.

Kapilyar   sudan   bitkilər   tamamilə   istifadə   edə

bilirlər.

72



5) Qravitasion su (gravts – latınca ağır deməkdir).

Bütün   kapillyar   və   qeyri–kapillyar   aralıqları   dolduran,

torpaqda sərbəst hərəkət edən və öz hərəkətindən yalnız

ağırlıq qüvvəsinə tabe olan bu rütubətə qravitasiya suyu

deyilir.

Qravitasiya rütubəti, ağırlıq qüvvəsinin təsiri altında

olduğu   üçün   torpağın   daxilində   yalnız   yuxarı   qatlardan

aşağıya doğru hərəkət edə bilir. Bu səbəbə görə rütubətin

həmin  növü  torpağın üst  qatından əsasən  yağış  yağan

dövrdə   və   ya   suvarma   zamanı   ola   bilər;   sonra   isə   alt

qatlara gedir, yaxud torpaq tərəfindən sorularaq kapilyar

və   ya   pərdə   -   mensk   rütubətə   çevrilir,   oranı   doyurur.

Bütün   qeyri–kapillyar   aralıqların   qravitasiya   rütubəti   ilə

doyması rütubətlənmənin son dərəcəsini və ya torpağın

maksimal rütubət tutumunu xarakterizə edir.

Qravitasiya suyundan bitkilər tamamilə istifadə edə

bilir. Lakin onun uzun müddət torpaqda qalması bitkilər

üçün   ziyanlıdır.   Çünki   bu   zaman   bitkilər   hava   və   qida

çatışmamazlığından əziyyət çəkirlər.

5.3. Torpağın istilik xassəsi və istilik rejimi

Torpağın   istilik   rejimi   orada   gedən   mexaniki,

geokimyəvi və bioloji proseslərin intensivliyini əhəmiyyətli

dərəcədə təyin edir. İstilik rejimi bitkilərin cücərməsində,

böyümə və inkişaf şəraitində, xüsusilə onların yerüstü və

yeraltı hissələrinin inkişafında, torpaqda müntəzəm olaraq

cərəyan edən biokimyəvi proseslərdə mühüm rol oynayır.

Torpaq   tərəfindən   udulan   və   qəbul   edilən   bütün   istilik

cəmi torpağın istilik rejimini təşkil edir. Bütün bu mənbələr

aşağıdakılardan   ibarətdir:   1)   günəşin   şüa   enerjisi;   2)

atmosfer radiasiyası; 3) yer kürəsinin daxili istiliyi; 4) üzvi

qalıqların biokimyəvi proseslər nəticəsində çürüməsindən

73



yaranan  enerji;   5)  radioaktiv  parçalanmalardan yaranan

enerji.


Qeyd edək ki, son iki mənbə xeyli cüzi olduğundan

balans hesablanmalarında adətən onlar nəzərə alınmırlar.

Yerin daxili istiliyi də, aktiv vulkan fəaliyyəti olan rayonlar

müstəsna deyilsə, xeyli cüzidir.

Torpaqda istiliyin əsas mənbəyi günəş şüalarından

alınan enerjidir. Müəyyən olunub ki, 1 dəqiqədə, günəş

şüalarına normal vəziyyətdə olan 1 sm

2

   sahəyə 1,946



kalori günəş enerjisi düşür ki, buna  günəş sabiti  deyilir.

Müxtəlif   torpaqlarda   temperaturun   artması   və   onun   nə

qədər   dərinliyi   isitməsi   müxtəlif   olur.   Onlardan   bəziləri

istiliyi yaxşı udur və yaxşı saxlayır, digərləri isə əksinə,

bunun   nəticəsində   həm   isti,   həm   də   soyuq   torpaqlara

təsadüf edilir.

Torpağın  istilik rejimini  təyin  edən  istilik  xassələri

aşağıdakılardan   ibarətdir:   1)   istilikudma   qabiliyyəti;   2)

istilik tutumu; 3)  istilikkeçirmə qabiliyyəti.

            1.İstilikudma qabiliyyəti. Günəşdən gələn şüa

enerjisinin   torpaq   tərəfindən   udulmasına   istilikudma

qabiliyyəti deyilir və Albedo (A) kəmiyyəti ilə xarakterizə

olunur.


Albedo  (A)   torpağa   düşən   ümumi   günəş

radiasiyasından   əks   olunan   qısa   dalğalı   günəş

radiasiyasının   faizlərlə   miqdarıdır.   Albedo   kiçik   olduqca

torpaq günəş radiasiyasını çox udur. Albedo, yəni günəş

radiasiyasının   əks   olunması,   torpağın   rəngindən,

rütubətliyindən,   struktur   vəziyyətindən,   səthin

hamarlığından və bitki örtüyündən asılıdır (cədvəl 5.1).

Cədvəldən   göründüyü   kimi,   torpaq   səthinin   şüa

enerjisini əks etdirmək diapazonu xeyli dəyişkən olub, 8-

10–dan 40%-ə kimi tərəddüd edir.



2.Torpağın istilik tutumu. Çəkisi 1qr və ya həcmi

1   sm


3

  torpağı   1˚C   qızdırmaq   üçün   sərf   olunan   istiliyin

74



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə