Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil


Şəkil 8.1. Torpaq profilləri



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

Şəkil 8.1. Torpaq profilləri .

3)   İllüvial   “B”   qatından   altda   torpaqəmələgətirən

qat   –   ana   süxur   yerləşir   ki,   bunu   “C”   indeksi   ilə   işarə

edirlər. ”C” qatı bozqır tipi üzrə əmələ gələn torpaqlarda

ana süxur hesab olunur. Adətən bu qatda çətin həll olan

duzlar   (karbonatlar,   gips)   toplanmış   olur   və   C

k

,   C


g

indeksləri ilə işarələnmiş olur.

4) Döşəmə süxur – “D” indeksi ilə işarə edilir və

topraqəmələgəlmə   prosesinə   məruz   qalmır.   ”D”   qatı

genetik bir qat kimi o zaman ayrılır ki, burada torpağın A,

B və C qatları ümumi bir substrat (süxur) üzərində əmələ

gəlsin və ondan altda yerləşən sal süxur isə öz xassəsinə

görə fərqlənmiş olsun.

99



Qeyd etmək lazımdır ki, “D” qatı üzərində əmələ

gələn torpaqlar bir qayda olaraq qalın olmur və onlarda

genetik qatların hamısına ardıcıllıqla rast gəlinmir.

Torpaqların quruluşu üçün söylədiyimiz bu ardıcıl

sxem qrunt suyu xeyli dərin yerləşmiş avtomorf torpaqlar

üçün   xasdır.   Lakin   qrunt   suları   dayazda   yerləşən

ərazilərdə əmələ gəlmiş torpaqların quruluş sxemləri bir

qədər   başqa   tiplidir.   Belə   halda   torpaqəmələgəlmə

prosesi   qrunt   sularının   təsiri   altında   gedir   və   nəticədə

torpaq   profili   dövrü,   yaxud   daimi   olaraq   kimyəvi

elementlərlə   zənginləşir,   orada   spesifik   geokoimyəvi

vəziyyət   yaranır.   Lakin   enən   axın   hərəkəti   nəticəsində

çətin   həll   olan   birləşmələr   səthdə   yerləşir   (avtomorf

şərait),   əksinə   qrunt   sularının   qalxan   hərəkəti   olduqda

daha   çox   həll   olunan   birləşmələr   səthdə   və   ona   yaxın

yerləşir, hidromorf rejim yaranır.

Lakin   qeyd   edək   ki,   torpağın   genetik   qatları

arasında sərhəd heç də həmişə aydın olmur, bəzən orada

hər iki qonşu qatın əlamətləri nəzərə çarpır. Belə halda

həmin   qat   qoşa   indekslə   (məs.   A

1

B,   B


2

C   və   s.)   ifadə

olunur.   Genetik   qatları   hərfi   işarələr   əvəzinə,   torpağın

məşhur   adları   ilə   də   (məs.   humus   qatı,   podzol   qatı,

şorakət qatı, qley qatı və s.) adlandırırlar.

8.2.Torpağın rəngi

Torpağın   rəngi   onun   ən   mühüm   morfoloji

əlamətlərindən biridir. Torpağın rəngi profil boyu genetik

qatlar   üzrə   xeyli   müxtəlif   olub,   torpaqəmələgətirən

süxurların   tərkibindən,   torpaqəmələgəlmənin   tipindən,

xüsusilə,   torpağın   kimyəvi   və   mineraloji   tərkibindən,   bu

birləşmələrin   kombinasiyasından   asılıdır.   Əksər   torpaq

tipləri öz adlarını rənglərindən almışdır. Məs, qara torpaq,

qırmızı torpaq, sarı torpaq və s.

100



Təcrübəli  torpaqşünas  quru  haldakı   rənginə  görə

torpaqların adını düzgün təyin edə bilir.

Torpağın   və   onun   ayrı-ayrı   genetik   qatlarının

rəngini   müəyyən   etmək   üçün   S.A.Zaxarov   rənglər

üçbucağı   şkalasını   təklif   etmişdir.   Bu   üçbucağın

kəllələrində   qara,   qırmızı   və   ağ   rənglər   yerləşdirilmiş,

həmin   rənglərin   kombinasiyasından   yaranan   başqa

rənglər   göstərilir.   Torpağın   qara,   tünd   boz,   tünd   qonur

rənglərinin   əmələ   gəlməsinə   səbəb   çürüntü   maddələri,

yəni humusdur. Torpaqda humus çox olduqca rəngi bir o

qədər tünd olur (şəkil 8.2).

Şəkil 8.2. Zaxarovun rəng üçbucağı

Torpağın   qırmızı   rəngi   onda   dəmir   üç   hidroksid

Fe

2

O



3

∙nH


2

O   birləşmələrinin   (hematit,   turit,   limonit   və   s.)

olmasından   asılıdır.   Həm   də     torpaqdakı   dəmirin

101



miqdarından asılı olaraq onun rəngi qırmızıdan, qırmızı–

qonur, sarı və ya narıncı rənglərə qədər dəyişir.

Torpağın   ağ,   yaxud   açıq   rənginə   torpaqda   olan

silisium (SiO

2

) və ya kalsium-karbonatın (CaCO



3

), yaxud


kaolin   (H

2

Al



2

Si

2



O

8

∙H



2

O)   və   alüminium   –   hidroksid

birləşmələrinin   xeyli   çox   olması   səbəbdir.   Belə

birləşmələrin   komponentlərinə   kvarsı,   kaoliniti,   əhəngi,

suda həll olan duzları və gipsi misal göstərmək olar.

Təbiətdə   çox   zaman   alabəzək   (göyümtül,

yaşılımtraq, paslı-qonur və s.) rənglərə də təsadüf edilir

ki,   bunlara   ikivalentli   dəmir   birləşmələri   (FeO∙nH

2

O)

səbəb olur. Belə birləşmələr torpaqda izafi rütubətlənmə



şəraitində, yəni anaerob mühit olduqda əmələ gəlir.

Qeyd   etmək   lazımdır   ki,   torpağın   rəngi   onun

rütubətindən   və   aqreqatlaşma   dərəcəsindən     də   xeyli

asılıdır. Adətən eyni torpaq quru halındakına nisbətən yaş

halda   daha   çox   tünd   görünür.   Buna   görə   də   torpağın

rəngi   haqqında   qəti   nəticəyə   onu   havada   quru   hala

saldıqdan sonra gəlmək lazımdır.

8.3.Torpağın qranulometrik (mexaniki) tərkibi 

Torpaq  müxtəlif  dərəcədə  xırdalanmış  mineral  və

qismən   üzvi   hissələrin   qarışığından   ibarətdir.   Müxtəlif

böyüklükdə hissəciklərin faizlə ifadə olunan nisbi miqdarı

torpağın mexaniki tərkibi adlanır (şəkil 8.3).

Mexaniki  tərkibin  torpaq  proseslərinə  və  torpağın

fiziki–kimyəvi   proseslərinə   böyük   təsiri   vardır.  Xüsusilə,

mexaniki   tərkib   torpağın   məsaməliliyi   və   su

keçirməkliyinə,   yaprıxması   və   şişməsinə,   kapilyar

qalxmanın yüksəkliyinə, udma qabiliyyətinin böyüklüyünə,

su, hava və istilik rejimlərinə mühüm təsir göstərir. Bunları

düzgün   tənzim   edə   bilmək   üçün   torpağın   mexaniki

tərkibini   öyrənmək   lazım   gəlir.   Məs:   qumlu   torpaq

102



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə