süxurların torpağa çevrilməsi prosesində baş verir. Elə
buna görə də onlar yenitörəmə adlanırlar.
Yenitörəmələrin əksər hissəsi müxtəlif kimyəvi
proseslərin nəticəsində, yəni bu və ya digər maddənin
yuyulması və toplanması, məhluldan ayrılması (məs:
amorf silisium), duzların kristallaşması, kolloidlərin
püxtələşməsi (koaqulyasiyası), oksidləşmə, bu və ya
digər birləşmənin bərpa olmasından baş verir. Bəzi
yenitörəmələr canlı bitki və heyvan orqanizmlərinin
torpağa təsiri nəticəsində yaranır. Bütün bunları nəzərə
alaraq S.A. Zaxarov torpaq yenitörəmələrini kimyəvi və
bioloji olmaqla iki böyük qrupa ayırmışdır.
Kimyəvi mənşəli yenitörəmələr aşağıdakı qrup
və formalara bölünür:
I qrup: asan həll olunan duzların birləşmələri –
natrium-xlor (NaCl), nartium – sulfat (Na
2
SO
4
), kalsium-
xlor (CaCl
2
), maqnezium xlor (MgCl
2
) və s. ibarət olub,
quru torpaq profilində ağ rəngli ərp şəklində divarın
səthini örtür, bərkimiş ağ qaysaq əmələ gətirir. Bəzən
bunlara nöqtələr, damarlar, kristallar, qırov və s. şəkildə
də rast gəlinir. Bu duzları suda həll etmək və xlorla
yoxlamaqla asan tanımaq olur.
II qrup: gips ayrılmaları. Bunlar torpaq profilində
ağ ləkələr, nöqtələr, damarlar, çınqıl və çay daşlarının
üzərini ziyil kimi örtən gips duzları və konkresiyaları, iri
kristallar, yarma və kəpəkvari kristal dənələr və s. şəkildə
olur. Gipsi 2-3 %-li HCl məhlulunda həll etmək və SO
4
-ü
yoxlamaqla müəyyən etmək olur.
III qrup: kalsium-karbonat, maqnezium-karbonat
və b. karbonat birləşmələri. Torpaqda ağ - gözcüklər,
durnacıqlar, konkresiyalar, dağınıq, formasız ləkələr,
bəzən yalançı mitsellər, əcaib formalı kristallaşmış
karbonat “kuklaları” birləşmələri və b. formalarda olur.
110
Torpaqdakı karbonat yenitörəmələrini 10%-li HCl məhlulu
ilə yoxlayıb müəyyən etmək olar.
IV qrup: dəmir, alüminium, manqan və fosfor
oksidlərinin ayrılmaları. Bunlar paslı-qonurumtul, qonur,
sarımtıl, bənövşəyi-yaşılımtıl, göyümtül, oxra və s.
rənglərdə olur və torpaq profilində yayqın ləkələr, bərk
konkresiyalar, qırmavari və damarlar şəklində rast gəlinir.
Belə yenitörəmələr podzol, çimli-podzol və bataqlı
torpaqlar üçün xasdır.
V qrup:
silisium birləşmələrinin (SiO
2
)
yenitörəmələri. Ağımsov rəngdə olub, torpağın struktur
dənələrinin üzərində ərp, incə damarlar, süzüntülər və
səpgi şəklində nəzərə çarpır.
VI qrup: humus (çürüntü) maddələri. Torpaqda
qara, tünd qonur rəngdə olub, struktur dənələrinin
üzərində ləkələr, süzüntülər və qabıq şəklində yayılıb
onlara cilalı görünüş verir.
Bioloji mənşəli yenitörəmələr torpaq faunası və
florasının fəaliyyəti ilə əlaqədar olub, özünü koprolitlər –
soxulcanların ifrazatları, soxulcan izləri, krotovinlər –
köstəbək, siçan və sünbülqıranların yolları, dendritlər
(çürümüş köklərin naxışları) və s. formada biruzə
verir.Yenitörəmələr torpaqəmələgəlmə prosesi ilə sıx
əlaqədar
olub,
torpağın mənşəyi,
aqronomik xassələri
haqqında
fikir
yürütmək üçün böyük
tipoloji əhəmiyyətə
malikdir.
Torpağa
təsadüfən düşən
kənar cisimlərdən
(dağ süxuru qırıqları,
Şəkil 8.6. Torpağın mədxulları
111
sümük, antropogen mənşəli əşyalar – kömür, kərpic,
şüşə, saxsı qırıqları, qab-qacaq qalıqları və s.) ibarət
olub, onların torpaqəmələgəlmə prosesi ilə heç bir əlaqəsi
olmur (şəkil 8.6).
8.6.Torpağın kipliyi
Kiplik adı altında torpağın sıxlıq dərəcəsi,
məsaməliliyi və çatlılığı başa düşülür. Tarla şəraitində adi
mətbəx bıçağı və ya iskənə ilə yoxlanılır. Kipliyin xarakteri
torpağın mexaniki tərkibi, strukturu, torpaq faunasının
fəaliyyəti və həm də bitki köklərindən asılıdır. Torpağın
kipliyini onun bərklik dərəcəsi, məsamələrin xarakteri bərk
hissəciklər və struktur aqreqatlarının vəziyyəti ilə təyin
edirlər.
Bərklik (kiplik) dərəcəsinə görə (çox kip), tökmə,
bərk, yumşaq, kövrək (dağılan) kiplik növləri fərqləndirilir.
Çox kip (tökmə) torpaqları bellə qazımaq çox çətin
olur. Bunun üçün link, yaxud külüngdən istifadə edilir.
Belə kiplik şorakət və gilli mexaniki tərkibli torpaqlar
üçün xasdır.
Bərk kiplikdə torpaq hissəcikləri bir-birinə sıx
yapışmış olur, bıçaqla kəsdikdə üzəri kələ-kötür və
cadarlı olur. Mexaniki tərkibi ağır torpaqlar üçün
səciyyəvidir. Lingsiz və külüngsüz qazılırsa da güc sərf
etmək lazımdır
Yumşaq kiplikdə torpaq asanlıqla qazılır,
qazıldıqda asanlıqla xırda aqreqatlara ayrılır.Struktur
dənələri arasındakıməsamələr aydın nəzərə çarpır.
Kövrək (dağılan) kiplik - qumlu, qumsal torpaqlar
üçün
səciyyəvidir. Burada torpaq hissəcikləri
sementləşmədiyindən bir-birilə əlaqəli olmur, dağılır.
Ümumiyyətlə, torpağın kipliyi çox mühüm morfoloji
əlamətdir. Bunun vasitəsilə biz torpağın havalanmasını,
112
Dostları ilə paylaş: |