2) Dağ sistemlərində torpaq örtüyünün şaquli
zonallıq (qurşaqlıq) üzrə tərkib və strukturunun cənub
enliklərində şimala nisbətən mürəkkəbləşməsi.
3) Humid və semihumid landşaftlarda torpaq-bitki
sistemində cənub istiqamətində torpağın bioloji
məhsuldarlığının, udma tutumunun və elementlərin bioloji
dövranında tiplərin müxtəlifliyinin artması.
Yadda saxlamaq lazımdır ki, Dokuçayevin zonallıq
qanunu təkcə torpaq coğrafiyasına aid deyil. O ümumi
coğrafi qanundur.
Zonallıq qanunu təsiri həm də təkcə kontinentlərin
təbii şəraitinə deyil, eyni zamanda okeanlara aiddir. Elə
buna görə də o dünyəvi qanundur, onun Dokuçayev
tərəfindən kəşfi isə təbiətşünaslığın ən böyük
nəaliyyətidir.
Hal-hazırda Dokuçayevin torpağın üfüqi zonallığı
haqqında təlimi torpaq-coğrafi tədqiqatlara dair yeni faktiki
materiallar əsasında daha da təkmilləşdirilmiş və
zənginləşdirilmişdir.
9.2. Torpağın şaquli zonallıq qanunu
Şaquli zonallığa dağ zonallığı da deyilir. Torpağın
şaquli zonallıq hadisəsi, yüksəklik üzrə bir torpaq
zonasının başqası ilə qanunauyğun dəyişməsi olub, ilk
dəfə 1899-cu ildə V.V.Dokuçayev tərəfindən Qafqaz
torpaqlarının tədqiqi zamanı müəyyən edilmişdir. O,
özünün “Təbii zonalar haqqında təlim” adlı əsərində
şaquli zonallıq barədə belə yazmışdı: “Bir halda ki,
ərazinin yüksəlməsi ilə birlikdə həm iqlim, həm bitki və
heyvanat aləmi – yəni bütün torpaqəmələgətirən amillər
qanunauyğun tərzdə dəyişir, deməli, öz-özünə aydındır ki,
torpaq da dağın ətəyindən (məs.: Kazbek, yaxud Araratın)
onların qarlı zirvələrini də qalxdıqca qanunauyğun
118
şəkildə... dəyişməlidir”. Dokuçayev belə bir fikir də
söyləmişdir ki, şaquli zonallıq öz tərkibinə görə üfüqi
zonallığın analoqudur, başqa sözlə dağlara qalxdıqca
orada bir-birini əvəz edən torpaq zonaları düzənlik üzrə
şimala doğru bir-birini üfüqi dəyişən zonaların eynidir.
Sonrakı müşahidələr Dokuçayevin ideyasını əsas
kimi təsdiq etsə də, bununla belə, şaquli zonallığın
dünyanın bir çox regionlarında torpaq tiplərinin həm
genetik strukturu, həm də onların qarşılıqlı yerləşmə
xarakterinə görə fərdliliyini və özünəməxsus olmasını
göstərdi. Bu da, şübhə yoxdur ki, dağ torpaqəmələgəlmə
şəraitinin çox müxtəlifliyi ilə əlaqədardır.
Dokuçayevin tələbəsi, Qafqaz torpaqlarının ən
görkəmli tədqiqatçısı C.A.Zaxarov özünün uzun müddətli
tədqiqatı və müşahidələri ilə belə bir nəticəyə gəlmişdir ki,
hər bir üfüqi zonaya uyğun gələn şaquli zona vardır, lakin
alp və subalp çəmənlikləri altında (dağ çəmən zonasında)
inkişaf tapmış dağ-çəmən torpaqlarının ayrıca bir genetik
tip kimi üfüqi zonada (düzənlikdə) analoqu yoxdur.
Müxtəlif dağlıq ölkələrin, o cümlədən Qafqaz, Orta
Asiya, Altay, Cənubi və Şərqi Sibir dağlarının torpaqları və
eləcə də Mərkəzi və Cənub-Şərqi Asiya, Kordilyer və And
dağlarında torpaq zonalarının qanunauyğun yayılması
haqqındakı toplanmış zəngin materiallardan aydın olurki,
şaquli torpaq zonaları və torpaq zonalığının strukturu
özlüyündə çox mürəkkəb və müxtəlifdir və heç də həmişə
torpaq zonalarının vahid dəyişmə sxeminə tabe deyildir
(şəkil 9.2). Belə bir uyğunsuzluq coğrafi qurşaqlar
sistemində dağlıq vilayətlərin yerləşmə vəziyyətindən asılı
olaraq onların xeyli isti və quru zonalardan çox soyuq və
rütubətli zonalara kimi dəyişməsi ilə əlaqədardır.
S.A.Zaxarov 1934-cü ildə Qafqazda torpaqların
şaquli zonallığı haqqında əsər çap etdirərək, torpaqların
119
“ideal” şaquli zonallıq sxemindən tərəddüd edən
hadisələrin bir sıra anlayışlarını vermişdir.
Şəkil 9.2. Qafqaz dağlarında şaquli zonallığın təzahürü
1) “Torpaq zonalarının inversiyası” haqqında
anlayışa görə onlar normal şaquli zonallıqdan aşağıda
yerləşən torpaq zonası özündən üstə olan zona ilə yerini
dəyişir. Zonaların belə inversiyasından fərqli olaraq
Zaqafqaziyada (Ermənistan yaylasında) qara torpaq
zonasının qonur dağ-meşə torpaq zonasından yüksəkdə
dağ massivlərinin daha rütubətli yamaclarında
yerləşməsini misal göstərmək olar.
2)
Zonaların
“interferensiyası” yaxud
“düşməsi” haqqında anlayış – iqlim təsiri yaxud oroqrafik
xüsusiyyətlərdən asılı olaraq hər hansı bir zona, yaxud bir
neçə zonanın ümumi sistemdən düşməsi, zonallıqda
olmamasıdır. Misal üçün, şabalıdı torpaqlar zonası cənub
yamaclar üzrə dağa tərəf yox yüksəyə qalxır və dağ-
120
çəmən torpaqlar zonası ilə birləşir, qaratorpaq və qonur
meşə torpaqları zonaları ümumi zonallıqdan çıxır (düşür).
3) “Torpaq zonalarının miqrasiyası”nda çox
zaman bir torpaq zonası başqa torpaq zonasına, misal
üçün, yamacın ekspozisiyası yaxud dağ çayları, dərələri
ilə soxulması (“miqrasiyası”) deməkdir.
Müasir anlayışlara görə torpağın şaquli zonallığının
ümumi qanunauyğunluğu müxtəlif dağlıq ölkələrdə, hətta
bir dağlıq ölkənin müxtəlif hissələrində şaquli torpaq
zonalarının müxtəlif struktur tipi şəklində özünü biruzə
verir.
Təbiidir ki, şaquli torpaq zonalarının sayı hər hansı
bir dağ sistemində onun mütləq yüksəkliyindən asılıdır.
Hər bir dağ sistemi, yaxud onun hər bir yamacı üçün
ümumi qanunauyğunluqla yanaşı, rütubətli hava
kütlələrinin hərəkəti, yamacların ekspozisiyası,
temperatur inversiyası və s. ilə əlaqədar təsvir edilən
sxemdən tərəddüdlər də ola bilər.
9.3. Torpağın fatsiallıq (əyalət) qanunu
Yuxarıda qeyd etdik ki, torpaq Yer kürəsində bütöv
qurşaq təşkil etmir, qərbə hərəkət etdikcə qara torpaqlar
“atlantik” tipinə malik olan enliyarpaqlı meşələrin qonur
meşə torpaqları ilə əvəz olunur. Qara torpaqların enlik
qurşağı kontinentin şərq qurtaracağına da çatmır. O, Sakit
okean sahilində Uzaq Şərq tipli enliyarpaq və iynəyarpaq
– enliyarpaq meşələrin qonur meşə torpaqları ilə əvəz
olunur. Bunu, iynəyarpaq meşələr üçün səciyyəvi olan
podzol torpaqlar haqqında da demək olar.
Beləliklə, qərbdə və Avrasiyanın şərqində okean
təsirinin artması ilə əlaqədar, yaxud əksinə,
121
Dostları ilə paylaş: |