struktursuzdur, üzvi və kül maddələrindən kasıbdır, lakin
yaxşı su keçirəndir, asan becərilir. Gilli topraqlar əksinə
suyu pus keçirir, zəif aerasiyalıdır, çətinliklə becərilir, gilli
qaysaq (qabıq) əmələ gətirir, lakin kül elementlərindən
zəngindir. İstehsalat nöqteyi nəzərindən gillicəli torpaqlar
ən yaxşı torpaqlar hesab olunur.
Şəkil 8.3. Müxtəlif ölçülü qranulometrik tərkibə malik olan torpaq
nümunələri.
Torpağın mexaniki tərkibini müəyyən etmək üçün
bir sıra üsullar irəli sürülmüşdür. Torpağın mexaniki
tərkibini təyin etməyin ən sadə üsulu onun tarla şəraitində
diaqnostik əlamətlərə görə təyin edilməsidir. Bunun üçün
torpağın gözəyarı şəkildə (fəhmlə) quru təbii halda
ovucun içində əzir (cədvəl 8.1), yaxud yaş halda
torpaqdan qaytan (şnur) düzəldib əyməklə müəyyən
edirlər (şəkil 8.4). Bu məqsədlə hər genetik qatdan bir az
torpaq götürüb xəmir kütlə halına salmalı, ondan diametri
1-2 sm olan kürəciklər düzəltməli və bu kürəciklərdən
eşib şnur hazırlamaq lazımdır. Hərgah torpaq gillidirsə
eşilmiş şnurdan əyib dairə düzəltmək olur və bu dairə
103
üzərində çatlar əmələ gəlmir. Hərgah gillicəlidirsə
torpaqların şnurundan dairə düzəldərkən o çatlayır və
sınır. Qumsal və qumlu torpaqlardan şnur düzəltmək
mümkün olmur, ya da umac kimi ovulur.
Şəkil 8.4. Torpağın mexaniki tərkibinin tarla şəraitində təyini.
Aydın məsələdir ki, belə təyinatlar torpağın
mexaniki tərkibi haqqında müəyyən təsəvvür yaratsa da,
dəqiq olmur. Mexaniki tərkibi ancaq laboratoriyada
analiz aparmaqla dəqiq müəyyən etmək mümkündür.
104