su sızdırma qabiliyyətini, həmçinin onun əkinçilik alətlərilə
becərməyin asan olub–olmayacağı və yanacaq sərfi
barədə fikir söyləyə bilərik.
8.7.Torpağın karbonatlılığı (qaynaması)
Torpağın qaynamasını morfoloji cəhətdən profil
boyu onun ayrı-ayrı genetik qatlarından götürülmüş
torpaq nümunələrində 10% HCl turşusu ilə yoxlayırlar.
Bunun üçün profilin alt hissəsindən hər genetik qatdan
nümunə götürüb cərgə ilə düzməli və onlara ardıcıl olaraq
pipetlə 10%-li hidrogen–xlorid turşusu damızdırmaq
lazımdır. Qaynama dərəcəsindən asılı olaraq çox şiddətli,
şiddətli, güclü, orta və zəif qaynama dərəcələri
fərqləndirilir. Torpağın karbonatlılığı dəqiq şəkildə
laboratoriya şəraitində təyin edilir. Torpağın morfoloji
əlamətlərini öyrənərkən onun rütubətliyinə və genetik
qatların keçidliyinin görünmə vəziyyətinə də diqqət
yetirilməlidir.
Torpağın rütubətliyi onun rənginə, strukturluq
dərəcəsinin ifadə edilməsinə, həm də strukturanın
möhkəmliyinə böyük təsir göstərir.
Torpağın ayrı-ayrı genetik qatlarının rütubətlik
dərəcəsini təyin edərkən onları əlləməklə yaş, nəmişlik,
rütubətli, az nəmli, quru bölgülərə ayırırlar.
Genetik qatların keçidlik vəziyyəti torpağın
mexaniki tərkibi, rəngi, strukturası, kipliyi, yenitörəmələri
və b. nişanələrə görə təyin olunur.
Ümumiyyətlə, torpaq qatlarının arasındakı keçidlik
aşağıdakı şəkildə ola bilər.
Kəskin keçid - bir qatdan o biri qata keçmək qısa
məsafədə, yəni 2sm-dən artıq olmur.
Aydın keçid - qatlar arsındakı keçidlik məsafəsi 2-
5 sm-dən artıq olmur.
113
Tədrici keçid – bir qatdan o biri qata keçmək
məsafəcə 5 sm-dən artıq olur.
Genetik qatlar arasındakı keçidlik bərabər və qeyri-
bərabər şəkildə ola bilir. Qeyri-bərabər keçidlərdə qatlar
arasındakı məsafə düz xətt üzrə deyil, dilimli, dalğavari,
torbalanmış, cib şəkilli və s. formalarda olur.
114
IX FƏSİL
TORPAQLARIN COĞRAFİ YAYILMASININ ÜMUMİ
QANUNAUYĞUNLUQLARI
Torpaqların
coğrafi
yayılmasının
qanunauyğunluqları Yer səthində təbii şəraitin yayılması
xarakteri ilə müəyyən edilir və bütün torpaqəmələgətirən
amillərin mürəkkəb qarşılıqlı təsiri nəticəsidir (şəkil 9.1)
Elə bu fikir də torpaq coğrafiyasının aşağıdakı
əhəmiyyətli qanunlarının müəyyən edilməsində əsas
götürülmüşdür:
1)
üfüqi zonallıq haqqında
qanun
2) şaquli zonallıq haqqında qanun
3) torpağın fatsiyallıq (əyalət)
qanunu
4) torpağın analoji topoqrafik
sıralar qanunu
5) torpaq örtüyünün müxtəlif
cinsliyi və strukturalığı haqqında
təlim.
Şəkil 9.1. Torpaq qlobusu
9.1. Torpağın üfüqi zonallığı haqqında qanun
Torpağın zonallığı haqqında qanun -
V.V.Dokuçayevin torpaqların əmələ gəlməsində təbii-tarixi
konsepsiyasının özülünü təşkil edir.
Dokuçayev özünün “Təbii zonalar haqqında təlim”
adlı əsərində yazmışdır: “Bir halda ki, ...bütün
torpaqəmələgətirən amillər Yer kürəsində enliklərə paralel
olaraq bu və ya digər şəkildə uzanan qurşaqlar, yaxud
zonalar halında yayılır, deməli torpaqlar da – bizim qara
torpaqlar, podzol torpaqlar və s. – mütləq Yer səthində
115
iqlim, bitki örtüyü və s. amillərdən ciddi asılı olaraq,
mütləq zonalar halında yayılmalıdır”.
V.V.Dokuçayev şimaldan cənuba hərəkət etdikcə
Rus düzənliyində torpaqların üfüqi zonalar üzrə bir-birini
ardıcıl əvəz etdiyini və yayıldığını ilk dəfə öyrənmiş və
aşağıdakı kimi müəyyənləşdirmişdir: tundra torpaqları,
podzol torpaqlar, boz-meşə torpaqları, qara torpaqlar,
şabalıdı torpaqlar, qonur yarımsəhra torpaqları və boz-
qonur səhra torpaqları.
Torpaqların belə zonallığı prinsipi, yəni
Dokuçayevin torpaqların üfüqi zonallıq təliminin ayrı-ayrı
tərəfləri bir qədər sonra dəyişməyə məruz qalmış, xeyli
dəqiqləşdirilmişdir.
Müasir anlayışa görə Yer kürəsində torpaqlar əsas
etibarilə iqlimin termik xüsusiyyətləri ilə şərtləşən enlik
üzrə torpaq – bioiqlim vilayətlərinə bölünə bilər. Məs.:
Şimal yarımkürəsində əsas beş torpaq – bioiqlim qurşağı
ayırırlar:
1) qütb qurşağı;
2) boreal qurşaq;
3) subboreal qurşaq;
4) subtropik qurşaq;
5) tropik qurşaq.
Eyni torpaq qurşaqları Cənub yarımkürəsində də
ayrıla bilər.
Torpaq-iqlim qurşaqları müəyyən atmosfer
rütubətlənməsi və bitki örtüyü ilə səciyyələnən torpaq –
bioqlim vilayətlərinə bölünür ki, bunlar aşağıdakılardır:
1) rütubətli (ekstrohumid və humid) tayqa-meşə və
tundra bitki örtüyü ilə;
2) keçid (subhumid və subarid) bozqır-kserofil
meşə və savanna bitki örtüyü ilə;
3) quru (arid və ekstraarid) yarımsəhra və səhra
bitki örtüyü ilə.
116
Torpaq-bioiqlim vilayətlərinin torpaq örtüyü,
torpaq-iqlim qurşaqlarına nisbətən xeyli yekcinsdir,
bununla belə o bir neçə zonal və introzonal torpaq
tiplərindən ibarətdir. Buna görə də hər bir torpaq-bioiqlim
vilayətində 2, yaxud 3 torpaq zonası ayrılır. Torpaq zonası
bir areal olaraq introzonal torpaqlarda müşayiət olunan bir
və ya iki zonal torpaq tipini özündə birləşdirir.
İ.P.Gerasimova görə bir neçə qonşu vilayətlərin
torpaq zonaları birlikdə “zonal sistemləri” yaxud “zonal
spektrləri” əmələ gətirir.
Torpaq zonaları daxilində bioiqlim şəraiti heç də
eyni olmayıb, geniş dairədə tərəddüd edir. Ona görə də
qonşu zonalara keçid təşkil edən zonalar daxilində torpaq
yarım zonaları ayrılır. Torpaq zonalarının arealı
istiqamətində isə torpaq fasiyaları və torpaq əyalətləri
(provinsiyaları) fərqləndirilir.
İqlimin kontinentallığı, onun arid yaxud humid
olmasından asılı olaraq Yer kürəsi kontinentlərinin
müxtəlif hissələrində torpaq zonalarının zonal strukturu və
konfiqurasiyası mühüm dərəcədə fərqlənir.
Zonallıq qanununu təsvir edərək, Dokuçayev Yerin
üfüqi zonallıq üzrə torpaq örtüyünün mürəkkəbliyini, onun
konfiqurasiyasındakı çoxlu tərəddüdləri nəzərə almışdır.
Bu da həmin qanunun xeyli geniş və çoxcəhətli olmasını
göstərir.
Üfüqi torpaq zonallığı ilə yanaşı
torpaqəmələgəlmənin və torpaq coğrafiyasının bu
qanununa tabe olan bir sıra qanunauyğunluqları da
vardır. Bunlardan bir neçəsini misal göstərək.
1) Torpağın xassəcə müxtəlifliyi və kontrastlığının
qütb dairəsindən ekvatora doğru gəldikcə artması. Bunu
dünyanın bütün torpaq xəritələri (xüsusilə müasir dövrdə
tərtib edilmiş) təsdiq edir.
117
Dostları ilə paylaş: |