kontinentallığın azalması ilə enlik-zonallıq spektri ya
sönür, ya da fərdi təbiətə malik olur.
Bütün göstərilən misallar torpağın fatsiallıq
qanununu ifadə edir. Bunun mahiyyəti İ.P.Gerasimova
görə ondan ibarətdir ki, iqlimlərin termodinamik atmosfer
prosesləri ilə əlaqədar məhəlli provinsial (fatsial)
xüsusiyyətləri dünyanın coğrafi qurşaqlarının əksər
hissəsində üfüqi (enlik) zonallığın mürəkkəbləşməsinə,
spesifik yerli hadisələrin meydana çıxmasına, hətta
xüsusi torpaq tipinin formalaşmasına səbəb olur.
Fatsiallıq hadisəsi daha dəqiq planda torpaq
zonalarının daxilində, eyni torpaq tipində müşahidə edilir.
Bu, əsas etibarilə bioiqlim şəraitinin müxtəlifliyi ilə baş
verən torpağın hidrotermik rejim xüsusiyyətlərinin
nəticəsidir.
İlk dəfə torpağın fatsiallığı (provinsiallığı)
L.İ.Prasolov tərəfindən təsvir edilmişdir. 1916-cı ildə o,
torpağın spesifikasını iqlim şəraitinin xüsusiyyətlərilə
əlaqələndirərək, Azovsahili qaratorpaqlar provinsiyasını
ayırmışdır. Bunu Qərbi Sibir və Şimali Qazaxıstan
qaratorpaqları haqqında da demək olar.
Torpağın fatsiallığı haqqında qanunu bir qədər
sonra İ.P.Gerasimov torpaq-iqlim fatsiyası təlimi ilə nəzəri
cəhətdən əsaslandırıb inkişaf etdirmişdir. O, Rusiyanın
düzənlik hissəsi və ona birləşən ərazilərdə doqquz
torpaq-iqlim fatsiyası ayırmışdır ki, bu da sonra torpaq
bioiqlim vilayətlərində və torpaq əyalətlərində öz əksini
tapmışdır.
9.4. Torpağın analoji topoqrafik sıralar qanunu
122
(Torpaq kombinasiyalarının zonallığı haqqında
qanun)
Torpağın üfüqi və şaquli zonallığı və fatsiallığı
haqqında təlim müxtəlif bioiqlim şəraiti ilə əlaqədar olan
geniş coğrafi qanunauyğunluqlara malik böyük əraziləri
əhatə edir. Bunlarla yanaşı, torpağın yayılmasında elə
qanunauyğunluqlar vardır ki, onlar ancaq relyefin,
torpaqəmələgətirən süxurların və başqa məhəlli
torpaqəmələgəlmə şəraitinin təsiri ilə kiçik ərazilər üçün
səciyyəvidir. Bu qanunauyğunluğu V.V.Dokuçayev
torpağın topoqrafiyası anlayışına aid etmiş və həmin
qanunauyğunluqları geoloji və relyef şəraitinin təsiri ilə
əlaqələndirmişdir.
Torpağın topoqrafik yayılma qanunauyğunluqları
öz əksini N.M.Sibirtsev, Q.N.Vısotski, S.S.Neustruyev,
S.A.Zaxarov və bir çox başqalarının tədqiqatlarında da
tapmışdır. Bu qanunun sonrakı inkişafı təsərrüfatlarda yer
quruluşu layihə məqsədilə aparılan iri miqyaslı torpaq
xəritələşdirmə işləri ilə əlaqədar olmuşdur.
Hal-hazırda torpağın topoqrafik yayılma
qanunauyğunluqlarının öyrənilməsi torpaq coğrafiyasının
xüsusi sahəsi kimi təzahür edir və V.M.Fridland tərəfindən
torpaq örtüyü strukturası haqqında təlim adı altında
inkişaf etdirilmişdir. Bu təlimin əsasını torpağın elementar
arealı (TEA) təşkil edir ki, bu da kiçik ərazilərində bir
torpaq növündən ibarət olur.
Qeyd etmək lazımdır ki, coğrafi zonallıq haqqında
qanun artıq dünya elmi xəzinəsinə daxil olmuş və özünün
dərin təsirini təkcə torpaq coğrafiyasında deyil, həm də
geobotanika, fiziki coğrafiya, geokimya və b. fənlərin
inkişafında da göstərmişdir.
123
X FƏSİL
TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNDƏ İNSAN
FƏALİYYƏTİNİN ROLU. TORPAĞIN İNSAN
CƏMİYYƏTİ ÜÇÜN ƏHƏMİYYƏTİ
İnsanlar qədim dövrlərdən başlayaraq qida əldə
etmək məqsədilə kortəbii şəkildə də olsa, (məs: meşələri
yandırmaq vasitəsilə) torpağa müəyyən təsir göstərmişlər.
Sonralar torpaqda müəyyən bitkilər əkməklə bu təsir daha
da artmış və güclənmişdir.
Elm və texnikanın inkişafı bu təsirə daha da güclü
təkan vermişdir.
İnsanların torpaqəmələgəlmə prosesinə təsirlərini
aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Torpaqların becərilməsi ilə edilən təsir. Buraya
şumlama, malalama, fkultivasiya, becərmə və s. kimi
təsirləri göstərmək olar ki, bunların nəticəsində torpağın
fiziki xassəsi kökündən dəyişir, torpaqda yaşayan
orqanizmlərin həyat fəaliyyətlərində də müəyyən
dəyişikliklər baş verir. Becərmə nəticəsində torpağın
genetik qatları, onların strukturası da öz təbii görkəmini
dəyişir.
2) Tarlalara gübrə tətbiq edilən zaman
(kimyalaşdırma) torpağın mühit reaksiyası, kation və
anionların tərkibi, qida rejimi və s. dəyişir və bununla da
bütövlükdə torpaqəmələgəlmədə yeni xassələr yaranır.
3) Qurutma, suvarma və b. meliorativ tədbirlərin
həyata keçirilməsi. Bu tədbirlər əhəngləmə, gipsləmə,
drenaj, şoranların yuyulması və s.-dən ibarətdir ki, bu da
özlüyündə torpağın su-hava rejimi, istilik xassəsi, eləcə
də, bitki və heyvan orqanizmlərinin qida rejimi və s.
kökündən dəyişir.
4) Təbii bitkilərin yerində mədəni bitkilər əkildikdə
torpağın biologiyasında müəyyən dəyişikliklər baş verir və
124
bu da torpaqəmələgəlmə prosesinin istiqamətinə təsir
göstərir. Aydın məsələdir ki, torpağa edilən bütün bu
tədbirlər torpaqəmələgəlmənin ümumi təbii bir proses kimi
rədd etmir. Bu tədbirlər torpağın ən mühüm xassəsi olan
münbitliyin yaranmasına mühüm təsir göstərir.
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatının
əsas istehsal vasitəsi, qida məhsullarının mühüm
mənbəyidir.
K.Marks çox haqlı olaraq obrazlı ifadələrlə torpağı
nəhəng laboratoriya adlandırmışdır. Torpaqda baş verən
mürəkkəb bioloji, fiziki-kimyəvi və kimyəvi proseslər insan
cəmiyyətinin müxtəlif fəaliyyət sahələrində mühüm
əhəmiyyət kəsb edir. Bu proseslərin dərk edilməsi
torpaqlardan praktiki istifadə üçün yeni imkanlar açır.
Təbiətdə torpaqlar müxtəlif olduğu kimi, onların qida
maddələri ilə təmin olunma dərəcəsi də xeyli müxtəlifdir.
Bu qida maddələri də bu və ya digər torpaqlarda
becərilən müxtəlif çeşidli kənd təsərrüfatı bitkiləri və
heyvanlar tərəfindən mənimsənildiyindən onları üzvi -
mineral və bakterial gübrələr tətbiq etməklə təkrar torpağa
qaytarmaq lazımdır. Gübrə tətbiq etməklə insan
maddələrin bioloji dövranına fəal təsir göstərir və onu öz
məqsədləri üçün yönəldir.
K.Marksa görə torpağın münbitliyi təbii və süni ola
bilər: xam torpaqlarda təbii münbitlik, insanların torpağa
təsir nəticəsi olaraq süni (effektiv) münbitlik fərqləndirmək
lazımdır.
Elmin və kənd təsərrüfatının inkişafı ilə əlaqədar
süni münbitlik proqressiv halda yüksəlir. Effektiv münbitlik
isə insan cəmiyyətinin, onun məhsuldar qüvvələrinin və
istehsal münasibətlərinin inkişafı ilə əlaqədardır.
Keçən əsrdə səhv və mürtəce “qanun” – torpaq
münbitliyinin azalması “qanunu” uydurulmuşdur. Bu
qanunun elmi əsasının olmaması akad. V.R.Vilyams
125
Dostları ilə paylaş: |