Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə36/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

qumlanması, ardıcıl ottökmə və növbəli əkin, gübrələrin (o

cümlədən   yaşıl   gübrələmə)   və   pestisidlərin   tətbiqi,

daşlardan təmizləmə, terraslar salmaq, süni sututarlar və

göllər   yaratmaq   və   s.   tədbirlərdən   ibarətdir.   Torpağa

edilən   müsbət   təsirlər   onun   morfogenetik   xassə   və

xüsusiyyətlərinin   dəyişməsində   mühüm   rol   oynamaqla

onun tərkibinin optimallaşdırılmasına, ümumi halda bioloji

məhsuldarlığın yüksəlməsinə gətirib çıxarır.

BMT-nin   və   Yuneskonun   “İnsan   və   biosfera”

beynəlxalq   proqramında   torpağın   mühafizə   edilməsi   və

münbitliyini yüksəltmək üçün daha təsirli tədbirlər nəzərdə

tutulmuşdur. Bu məsələdə kənd təsərrüfatı mütəxəssisləri

daha fəal iştirak edirlər.

10.2. İnsan cəmiyyətinin başqa fəaliyyət

dairələri  üçün torpağın əhəmiyyəti.

Torpaq   və   əhalinin   sağlamlığı.  Torpaq   mühüm

sanitar   –   gigiyena   və   tibbi   əhəmiyyətə   malikdir.   Bunu

V.V.Dokuçayev ilk dəfə Peterburq rayonunu fiziki – coğrafi

cəhətdən   kompleks   şəkildə   öyrənərkən   daha   düzgün

müəyyən   etmişdir.   Torpaq   insanda   xəstəlik   törədən

minlərlə   ibtidai   heyvan   və   mikroorqanizmlərinin   həyatı

üçün   əlverişli   mühitdir.   ABŞ-da,   Hindistanda   bir   sıra

xəstəliklərin   törəməsi   müxtəlif   torpaqlarda   yaşayan

göbələklər,   infeksiya   törədən   mikrobları   ilə   əlaqədardır.

Misal üçün, Hindistan alimləri müəyyən etmişlər ki, Qərbi

Benqalinin   kənd   rayonlarında  

  əhalinin   xolera

xəstəliyindən ölmələrinin səbəbi  burada torpaq örtüyünün

xarakteri ilə əlaqədardır. Belə ki, burada əhalinin ən çox

ölüm halları hidromorf torpaqlarda (allüvial, delta, bataqlı

və s.) müşahidə edilmişdir. Bu da çox güman ki, həmin

rejimli torpaqlarda xolera infeksiyasının əlverişli inkişafı ilə

əlaqədardır.

129



Torpaq   həm   də   xəstəliktörədicilər   üçün   məkan

deyil, eyni zamanda infeksion xəstəliklərin yayıcısı olan

heyvanlar üçün də əlverişli mühitdir.

İnsanların   sağlamlıq   vəziyyətinə   torpağın   kimyəvi

tərkibi   güclü   təsir   göstərir.  Bəzən   torpaqda   ayrı   –   ayrı

kimyəvi elementlərin çatışmaması, ya həddən çox olması

insanların   sağlamlığında   özünü   kəskin   biruzə   verir.

Əhalinin sağlamlığında bioloji aktiv maddələrin tərkibinə

daxil olan kimyəvi elementlərin, həyat proseslərini tənzim

edən   vitaminlərin,   fermentlərin   və   hormonların

çatışmaması   xüsusilə  kəskin  olunur.  Məsələn,  torpaqda

kalsiumun,   dəmirin,   yodun,   ftorun   çatışmaması   (yodun

çatışmaması   zob   xəstəliyi,   ftorun   çatışmaması   diş

xəstəlikləri və s. törətməsi) bu qəbildən diqqəti cəlb edir.

Ədəbiyyatda   belə   yolla   yaranan   xəstəlikləri   endemik

(yunanca   endemos   -     məhəlli,   yerli   deməkdir)   xəstəlik

adlandırırlar.   Bitki   və     heyvanlar   arasında   endemik

xəstəliklər   müşahidə   olunan   belə   yerli   geokimyəvi

xüsusiyyətlərlə müəyyən edilən vilayətləri A.P.Vinoqradov

bir   geokimyəvi   provinsiyalar   adlandırmışdır.   Bu

geokimyəvi   provinsiyalarda   çatışmayan   elementlər

həmişə   planlı   şəkildə   insanların  qida   rasionlarına   əlavə

edilir (məs: xüsusi yodlaşdırılmış xörək duzu şəklində).

10.3. Faydalı qazıntı yataqlarının axtarışı üçün 

torpağın əhəmiyyəti.

Torpaqda   baş   verən   proseslərin   öyrənilməsi

geokimyəvi   üsullarla   axtarışları   təkmilləşdirməkdə   çox

mühüm əhəmiyyət kəsb edir. Xalq təsərrüfatının mineral

xammala olan ehtiyacının artması ilə əlaqədar bu üsullar

xüsusi əhəmiyyətə malikdir.

Belə ki, torpaq havasının tərkibini oyrənməklə neft

və   qazın,   həm   də   radioaktiv   elementlərin   toplanmasını

müəyyən etmək mümkündür. 30-cu illərdə geokimyaçılar

130



müəyyən etmişlər ki, metal filizləri yataqlarının ətrafında

filiz elementlərinin seyrəkləşən arealları əmələ gəlir. Buna

görə   də   hər   hansı   örtülü   olan   metal   yatağını   müəyyən

etmək   üçün   torpağın   səthindən   nümunə   götürüb   analiz

edir   və   orada   o   metalın   miqdarını   təyin   edirlər.   Yataq

üzərində   filiz   elementlərinin   miqdarı   həmişə   başqa

sahələrdən   bir   qədər   çox   olur.   Bu   üsul   elmdə

metallometriya   adını   almışdır.   Metallometrik   işlər   indi

bütün dünyada müvəffəqiyyətlə isifadə olunur.

Məlum   olduğu   kimi,   torpaqəmələgəlmə   prosesi

torpaqəmələgətirən   süxurun   üst   hissəsinin   fiziki   –

mexaniki xassəsini müəyyən qədər dəyişir. Buna görə də,

aerodromlar, avtomobil  magistralları,  dəmir  yolları  və b.

tikintilər   üçün   müxtəlif   mühəndis   axtarış   işləri   zamanı

torpağın   tikinti   üçün   səciyyəsini   verməkdə   bir   sıra

torpaqəmələgəlmə   proseslərinin   qiymətləndirilməsi

mühüm əhəmiyyət kəsb edir. Belə məsələlər daha dəqiq

şəkildə qruntşünaslıq kursunda şərh edilir.

131



II HİSSƏ

TORPAQ TİPLƏRİNİN COĞRAFİ İCMALI

Torpaq tipləri ilə tanışlığı həm onların sistematikası

üzrə,   həm   coğrafi   yayılması   və   həm   də   torpaqların

əmələgəlmə şəraitlərini nəzərə almaqla həyata keçirmək

olar. Torpaq   coğrafiyası   kursunun   tədrisi   üçün   sonuncu

yol   daha   məqsədəuyğundur.   Buna   görə   də   torpaqların

icmalı bizim tərəfimizdən ən geniş yayılmış landşaftlara

uyğun   tərzdə   verilir:   Dərsliyin   birinci   hissəsində

torpaqəmələgəlmə   prosesinin   ümumi   sxemi,

torpaqəmələgətirən amillərin səciyyəsi və onların torpağın

genezisində rolu məsələləri açıqlanmışdır.

Verilmiş   ikinci   hissədə   ayrı-ayrı   zonaların   torpaq

tiplərinin   icmalı,   torpaqəmələgətirən   amillərin   səciyyəsi,

əsas   torpaq   tiplərinin   təsnifatı,   fiziki-kimyəvi   tərkibi   və

xassələri verilmişdir.



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə