Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə30/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

8.4.Torpağın strukturası

Torpağın strukturası mexaniki elementləri qum,  toz

və   gil   hissəciklərinin     öz   aralarında     elementləşmiş

aqreqat   hissələridir.   Tarlada   kəsimdən   torpağı   qazıb

atarkən onun   təbii halda   ayrı-ayrı struktur   dənələrinə

ayrılmaq qabiliyyətinə torpağın strukturluğu  deyilir. Lakin

müxtəlif formada, müxtəlif ölçüdə (böyüklükdə), müxtəlif

məsaməlikə və bərklikdə kolloid maddələrilə   kleyləşmiş

ayrı-ayrı  dənələr (hissələr) isə onun strukturası adlanır.

Torpaqda   üç   qrup   struktur   ayrılması   (aqreqatları)

fəqləndirirlər,   mikroaqreqatlar   -   ölçüsü   0,25   mm-dən

kiçik, mezoaqreqatlar - 0,25-7 (10) mm, makroaqreqatlar -

7 (10) mm-dən böyük.

Torpağın strukturası torpaq   münbitliyinin   mühüm

şərti olub, onun su –hava   və istilik rejiminə əhəmiyyətli

dərəcədə   təsir   göstərir     və   həm   də   aqrotexniki   və

meliorativ tədbirlərin aparılma xarakterini  müəyyən edir.

Torpaq strukturunun formaları, ölçüləri və keyfiyyət

tərkibi müxtəlif torpaqlarda onların müxtəlif dərinliklərində

eyni   olmur.   Torpaq   strukturası   haqqında   təlim

P.A.Kostıçev, V.R.Vilyams, N.A.Kaçinski və b. tərəfindən

yaradılmışdır.

Torpağın   strukturası   və   onun   aqreqat   formaları

morfoloji   cəhətdən   S.A.Zaxarov   tərəfindən   daha   dəqiq

işlənmişdir.   O,   torpaq   strukturunun   əsas   üç   formasını

fərqləndirmişdir: 1) kub şəkilli, 2) prizma şəkilli, 3) plitəvari

(lövhəşəkilli) (şəkil 8.5).

Göstərilən   bu   tiplər   öz   tilləri   və   ölçülərinə   görə

daha  kiçik struktur  növlərinə bölünür  (cədvəl 8.2).

106



Cədvəl 8.5. Torpağın struktur aqreqatlarının təyini

107



Cədvəl 8.2. Torpağın struktur formaları.

Struktura 

formaları

Ölçülər, 

mm-lə

Hansı torpaq tipi, ya 

növü üçün 

səciyyəvidir

Suya 

davamlılığı

Kubaoxşar 



Kəltənli-iri 

kəltənli,-xırda 

kəltənli

100


100-50

Düzgün suvarılma 

aparılmayan boz və s. 

torpaqların üst qatı 

üçün (çəmən-boz 

torpaqların üst qatı)

Suya davamlı 

deyildir


Topavari-iri 

topavari 

“topavari” 

xırda topavari

5-3

3-1


1-0,5

Qara, şabalıdı, boz-

qəhvəyi və s. 

torpaqların şum qatı 

üçün

Suya davamlıdır



Qozvari-iri 

qozvari”Qozva

ri” Xırda 

qozvari


20-40

10-7


7-5

Meşə torpaqlarının üst 

qatı üçün

Suya çox 

davamlıdır

Dənəvari-iri 

dənəvari 

“xırda 


dənəvari”

5-3


3-1

1-0,5


Qara, tünd qəhvəyi 

torpaqların üst qatları 

üçün

Suya çox 



davamlıdır

II

Prizma şəkilli 



”Sütünvari-iri 

sütünvari”

xırda sütünvari

50

50-30



30

Şorakət torpaqların  “B”

qatı üçün

Şorakət və çimli podzol 

torpaqlar üçün

Suya davamlı 

deyildir

Suya davamlı 

deyildir

Prizmavari-iri 

prizmavari

Prizmavari 

xırda 

prizmavari



50

50-30


3-1

Şorakət və çimli pod 

torpaqlar  üçün

Suya davamlı 

deyildir

III 


Lövhə şəkilli 

Lövhəvari 

Valşəkilli 

Vərəqvari

5-3

3-1


1

Podzollar, solodlar və 

qismən şorakətlər üçün

Suya davamlı 

deyildir

108



 Bəzən struktur növləri ancaq müəyyən torpaq tipi

və qatları üçün səciyyəvidir. Misal üçün, dənəvər struktura

çürüntüsü  çox olan, udma  kompleksi kalsiumla  zəngin

olan  torpaqlar (xüsusilə qara torpaq)  üçün xasdır. Meşə

torpaqlarında  əsas  üstünlük təşkil edən struktura qozvari

strukturasıdır.   Sütunvari   və   prizmaşəkilli   strukturanın

əmələ   gəlməsi   torpağın   kolloidal   hissəsində   udulmuş

natrium   peptizasiya   təsiri   ilə   əlaqədar   olub,   şorakət

torpaqlar üçün səciyyəvidir. Lövhəşəkilli, yaxud vərəqvari

struktura  ən çox  yuyulmuş  qatlar  üçün  xas   olub,   əksər

hallarda podzollu, şorakətvari və solodlaşmış  torpaqlarda

təsadüf  edilir.

Torpaqda çox zaman struktura  “qarışıq”  halda ola

bilir. Belə halda torpağın strukturası iki adla ifadə olunur.

Məs,   topavari-qozvari,   dənəvari-topovri,   topavari-kəltənli

və   s.   Lakin   unudulmamalıdır   ki,   burada   üstünlük   təşkil

edən struktur adı axıra salınmalıdır.

Strukturanın   düzgün   təyin   edilməsi     torpağın   az

nəmli     halında   olur.   Daha   çox   islanmış   yaş   torpaqda

hissəciklər   şişdiyindən   strukturanı   fərqləndirmək   xeyli

çətin   olur.   Belə   halda,     əsas   kəsimlər   üzrə   torpağın

strukturasını   iki   dəfə   təyin   edirlər:   biri   çöldə,   yəni   təbii

islanma   dövründə,   digəri,   götürülmüş   nümunələr   tam

qurulduqdan sonra.

Torpağın   strukturası   onun   mexaniki   tərkibi   və

qismən üzvi maddələri ilə sıx əlaqədardır.



         8.5. Torpağın yenitörəmə və mədxulları

Yenitörəmələr   torpaqəmələgəlmə   prosesi   ilə   sıx

əlaqədar   olub,   onun   nəticəsində   baş   verir   və   torpağın

əsas   genetik   qatlarından   morfoloji   cəhətdən   fərqlənir.

Yenitörəmələr   ana   süxurda   rast   gəlinmir,   onlar   ancaq

109



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə