8.4.Torpağın strukturası
Torpağın strukturası mexaniki elementləri qum, toz
və gil hissəciklərinin öz aralarında elementləşmiş
aqreqat hissələridir. Tarlada kəsimdən torpağı qazıb
atarkən onun təbii halda ayrı-ayrı struktur dənələrinə
ayrılmaq qabiliyyətinə torpağın strukturluğu deyilir. Lakin
müxtəlif formada, müxtəlif ölçüdə (böyüklükdə), müxtəlif
məsaməlikə və bərklikdə kolloid maddələrilə kleyləşmiş
ayrı-ayrı dənələr (hissələr) isə onun strukturası adlanır.
Torpaqda üç qrup struktur ayrılması (aqreqatları)
fəqləndirirlər, mikroaqreqatlar - ölçüsü 0,25 mm-dən
kiçik, mezoaqreqatlar - 0,25-7 (10) mm, makroaqreqatlar -
7 (10) mm-dən böyük.
Torpağın strukturası torpaq münbitliyinin mühüm
şərti olub, onun su –hava və istilik rejiminə əhəmiyyətli
dərəcədə təsir göstərir və həm də aqrotexniki və
meliorativ tədbirlərin aparılma xarakterini müəyyən edir.
Torpaq strukturunun formaları, ölçüləri və keyfiyyət
tərkibi müxtəlif torpaqlarda onların müxtəlif dərinliklərində
eyni olmur. Torpaq strukturası haqqında təlim
P.A.Kostıçev, V.R.Vilyams, N.A.Kaçinski və b. tərəfindən
yaradılmışdır.
Torpağın strukturası və onun aqreqat formaları
morfoloji cəhətdən S.A.Zaxarov tərəfindən daha dəqiq
işlənmişdir. O, torpaq strukturunun əsas üç formasını
fərqləndirmişdir: 1) kub şəkilli, 2) prizma şəkilli, 3) plitəvari
(lövhəşəkilli) (şəkil 8.5).
Göstərilən bu tiplər öz tilləri və ölçülərinə görə
daha kiçik struktur növlərinə bölünür (cədvəl 8.2).
106
Bəzən struktur növləri ancaq müəyyən torpaq tipi
və qatları üçün səciyyəvidir. Misal üçün, dənəvər struktura
çürüntüsü çox olan, udma kompleksi kalsiumla zəngin
olan torpaqlar (xüsusilə qara torpaq) üçün xasdır. Meşə
torpaqlarında əsas üstünlük təşkil edən struktura qozvari
strukturasıdır. Sütunvari və prizmaşəkilli strukturanın
əmələ gəlməsi torpağın kolloidal hissəsində udulmuş
natrium peptizasiya təsiri ilə əlaqədar olub, şorakət
torpaqlar üçün səciyyəvidir. Lövhəşəkilli, yaxud vərəqvari
struktura ən çox yuyulmuş qatlar üçün xas olub, əksər
hallarda podzollu, şorakətvari və solodlaşmış torpaqlarda
təsadüf edilir.
Torpaqda çox zaman struktura “qarışıq” halda ola
bilir. Belə halda torpağın strukturası iki adla ifadə olunur.
Məs, topavari-qozvari, dənəvari-topovri, topavari-kəltənli
və s. Lakin unudulmamalıdır ki, burada üstünlük təşkil
edən struktur adı axıra salınmalıdır.
Strukturanın düzgün təyin edilməsi torpağın az
nəmli halında olur. Daha çox islanmış yaş torpaqda
hissəciklər şişdiyindən strukturanı fərqləndirmək xeyli
çətin olur. Belə halda, əsas kəsimlər üzrə torpağın
strukturasını iki dəfə təyin edirlər: biri çöldə, yəni təbii
islanma dövründə, digəri, götürülmüş nümunələr tam
qurulduqdan sonra.
Torpağın strukturası onun mexaniki tərkibi və
qismən üzvi maddələri ilə sıx əlaqədardır.
8.5. Torpağın yenitörəmə və mədxulları
Yenitörəmələr torpaqəmələgəlmə prosesi ilə sıx
əlaqədar olub, onun nəticəsində baş verir və torpağın
əsas genetik qatlarından morfoloji cəhətdən fərqlənir.
Yenitörəmələr ana süxurda rast gəlinmir, onlar ancaq
109