Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə2/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106

sahələrində   çalışan   uyğun   ixtisaslı   mütəxəssislərin

istifadəsi üçün çox faydalı və zəruridir.

Dərs   vəsaiti     hazırlanarkən     Azərbaycan   Dövlət

Pedoqoji   Universitetinin   coğrafiya   fakültəsində   uzun

müddət   çalışan   müəlliflərin     uzun   illər   torpaq

coğrafiyasından   apardığı   elmi-tətqiqat   materialları   və

onların  universitetlərdə  oxuduğu  mühazirə  mətinləri və

əlyazmalarından   geniş   istifadə   edilmişdir.  Bununla   belə

ayrı-ayrı   fəsillərin   və   torpaq   tiplərinin   şərhində

V.V.Dobrovolskinin   “География   почв   с   основами

почвоведения”   (M,   1989),   Q.V.Dobrovolski   və

İ.S.Urusevskayanın ”География почв“ (изд. МГУ, 1984),

R.Qanssen   ”География   почв“   (M,   1962)   və   prof.

İ.S.Kauriçevin   redaksiyası   altında   çapdan   çıxmış

“Почвоведение”   (1989),   M.A.Qlazovskayanın   “Почвы

мира” (изд. MГУ, 1973, т.II) və b. materiallardan istifadə

edilmişdir. 

5



I HİSSƏ

TORPAQ HAQQINDA ANLAYIŞ

I FƏSİL. TORPAQŞÜNASLIQ ELMININ INKIŞAF

TARIXI, TƏDQIQAT ÜSULLARI VƏ BAŞQA

ELMLƏRLƏ ƏLAQƏSI

1.1.Torpaqşünasliq elminin inkişaf tarixi

Torpaq   haqqında   təsəvvürlər   çox   qədimdən   –

insanlar əkinçiliklə məşğul olmağa  başladığı  dövrlərdən

yaranmışdır. Onlar, torpağın bitkini su və qida elementləri

ilə   təmin   etdiyinin   elmi   əsasını   bilməsələr   də   ondan

qiymətli sərvət kimi istifadə edirdilər.

Karl   Marks   torpağı   böyük   bir

laboratoriya – həm əmək vasitəsi , həm

əmək materialı, həm də məskən salmaq

üçün yer verən arsenal-kollektivin bazisi

adlandırmışdır.

        Torpaq haqqında ilk təsnifatı  qədim

yunan   filosofları Aristotel_və_Teofrast'>Aristotel və Teofrast

vermişdir. Onlar qədim dövr əkinçilərinin

fikirlərini

ümumiləşdirərək     torpaqları     yaxşı,

münbit,  az münbit       (əldən düşmüş),

kasıb,   məhsulsuz   və   s.   kimi   siniflərə

bölmüşlər. Lakin torpaqşunaslıq bir elm

kimi çox sonralar formalaşmışdır.

XVIII   əsrin   axırı   və   XIX   əsrin

əvvələrində     Şərqi   Avropada     torpağa

münasibətdə iki   istiqamət –aqrogeoloji

və aqrobioloji  istiqamətlər meydana gəlmişdi. Aqrogeoloji

istiqamətin tərəfdarları (Fall, Berendit, Rixthofen) torpağa

yumşaq  ana  suxur   kimi  baxaraq  ,   onun  bərk   suxurdan



Aristotel

Teofrast

6



aşınma     vasitəsilə   əmələ     gəlməsini     söyləmiş,     bu

prosesdə bitkilərin rolunu  görməmişlər.

Aqrobioloji

 

 



istiqamətin

tərəfdarları     (A.Teyer,   Y.Libix   və   b.)

Torpağa   qida   elementlərinin   ehtiyat

mənbəi kimi baxırdılar. A.Teyer “Humus

nəzəriyyəsi “ adlı kitabında bitkilərin üzvi

maddə ilə  qidalanmasını,  Y.Libix     isə

“Kimyanın     əkinçiliyə     və   bitki

fiziologiyasına   tətbiqi”   kitabında

bitkilərin torpaqdakı mineral elementlərlə

qidalanmasını  sübut edirdi. 

Torpaqşunaslıq elmi 1725-ci ildə daha elmi surətdə

Rusiyada inkişaf etməyə başlamışdır.



M.V.Lomonosov  (1711-1765)

ilk   dəfə   olaraq   “Bitkinin   dag

süxurlarına   təsirilə   torpagın   əmələ

gəlməsi”


 

nəzəriyyəsini

 

irəli


sürmüşdür.

XIX   əsrin   birinci   yarısında

Rusiyada   torpaqşunaslıq   üzrə   elmi-

tədqiqat   işləri   genişlənir,   ikinci

yarısında

Rusiyanın   Avropa   hissəsinin   ilk

torpaq   xəritəsi   tərtib   edilir.   Elə   bu

dövrdə        



V.V.Dokuçayevin (1846-1903)

fəaliyyəti   nəticəsində   torpaqşunaslıq

və   torpaq   coğrafiyası   elminin   əsası

qoyulur.   Torpağın   ilk   elmi   tərifini

Dokuçayev   vermişdir:

 “Suyun,



havanın   və   müxtəlif   növ   canlı   və

cansız   orqanizmlərin   birgə   təsiri   ilə

təbii   dəyişilmiş   dağ   süxurlarının

Yustas Libix

Mixail Vasilyeviç

Lomonosov

Vladimir Vladimiroviç

Dokuçayev

7



(hansı olur olsun) üst, yaxud “gündöyən” qatlarını torpaq

adlandırmaq lazımdır”. O, torpaq haqqında  fərqli bir təbii

cisim   kimi   təlim   yaratmış,   torpağın   genezisi   və   coğrafi

yayılmasının əsas qanunauyğunluqlarını kəşf etmişdir. 

Bu   işdə   onun   qaratorpaq   zonasında   apardıgı   elmi

tətqiqatlar və bu tədqiqatların nəticəsi olaraq 1883-cü ildə

yazdıgı “Rus qaratorpaqları“ adlı klassik əsəri xeyli böyük

rol oynamışdır. O bu kitabda yazmışdır: “Torpaq, hər bir

bitki və heyvan orqanizmi kimi daima yaşayır və dəyişilir,

gah inkişaf edir, gah da dagılır, gah tərəqqi edir, gah da

tənəzzül”.

                      V.V.Dokuçayev   ilk   dəfə   torpaqəmələgəlmə

prosesində   5   təbii   amilin   birgə   və   qarşılıqlı   təsirini

göstərmişdir.Bunlar ərazinin relyefi, iqlim,bitki və heyvanat

aləmi,   torpaqəmələgətirən   süxurlar,  ölkənin   yaşı,   yaxud

zaman amilidir (şəkil 1.1). Lakin son zamanlarda insanın

təsərufat fəaliyyətinin rolu da güclü bir amil kimi (6-cı amil

olaraq) V.V.Dokuçayevin amilləri sırasına əlavə edilmişdir.

Bu   barədə   işin   doqquzuncu   fəslində   ayrıca   bəhs

olunacaqdır.

V.V.   Dokuçayev   torpaqəmələgətirən   amillərin

dəyişməsi   ilə   əlaqədar   olaraq   Yer   kürəsində   torpaq

tiplərinin   üfüqi   və   şaquli   cografi   yayılma

qanunauygunluqları   haqında   təlim   yaratmışdır.O

torpaqların şaquli zonalıq üzrə yayılması qanununu 1898-

ci   ildə   özünün   Qafqaza   səyahəti   zamanı   müəyyən

etmişdir.

Yuxarıda   deyilənlərlə   yanaşı   torpaqların   ilk   elmi

təsnifatı,   xəritələşdirilməsi,   bonitirofkası   quraqlıga   qarşı

tarlaqoruyucu   meşə   zolaqlarının   salınması,torpaq

eroziyası   və   s.   məsələlərə   qarşı   tədbirlər   planının

hazırlanması   da   V.V.Dokuçayevin   adı   ilə   baglıdır.

V.V.Dokuçayev tərəfindən elmə daxil edilmiş “Qaratorpaq”

(“чернозем”),   ”podzol”,   ”şoran”   (“солончак”),   ”şorakət”

8



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə