Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə14/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

Torpağın əmələ gəlməsində xüsusilə soxulcanların

fəaliyyəti   xeyli     böyükdür.

Bu prosesi ilk  dəfə  böyük

ingilis     alimi     Ç.Darvin

(1837)   müəyyən   etmişdir.

Bitki     qalıqları     ilə

qidalanan     soxulcanların

miqdarı     torpaqda   çox

dəyişkən   olub,     hər

hektarda     1-3   milyon

fərdə  çatır (şəkil 3.4).

Ən çox soxulcanlara dağ-meşə   torpaqlarında rast

gəlinir.   Onlar   torpağın     nəinki   fiziki   xassəsini   və

strukturasını   (məsaməliliyi,   sukeçiriciliyi,   aerasiyanı,

rütubət   tutumunu)   yaxşılaşdırır,   eyni   zamanda   onun

kimyəvi tərkibinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

Ç.Darvin   hesablamışdır ki, soxulcanlar bir il ərzində bir

hektar   sahədə   50-dən   380   tona   qədər   torpağı   öz

orqanizmasından   keçirə   bilir   və   bununla   kiçik     topavari

struktura yaranmasına səbəb olur. Onların ifraz etdikləri

ekskerimentlər   yaxşı   kleylənir,   suyadavamlı   torpaq

topalarından ibarət olur.

Ç.Darvin   soxulcanları   kotana   bərabər   tutaraq

yazmışdır ki, kotan   insanların böyük əhəmiyyətə malik

olan   qədim   kəşfləri   sırasına   daxildir.   Lakin   onların

kəşflərinə kimi torpaq ardıcıl olaraq soxulcanlar tərəfindən

“becərilmiş” və bundan sonra da həmişə becəriləcəkdir.

Torpağın   keyfiyyətini   yaxşılaşdırmaq   məqsədilə

soxulcanların     artırılmasını   təbliğ   edən   amerikalı   kənd

həkimi     Barret   bunları   özünün     “Əkinçi   soxulcan”     adlı

əsərində də qeyd etmişdir.

Son  vaxtlarda  müəyyən  edilmişdir  ki,   soxulcanlar

torpağın     keyfiyyətini   yaxşılaşdırmaqla   bərabər,   onlar

radioaktiv izotoplardan da təmizləyir. Bozqır rayonlarında



Şəkil 3.4. Torpaqəmələgəlmə 

prosesində soxulcanların rolu.  

51



geniş   yayılmış   onurğalılar   xüsusilə   gəmiricilər     torpaq

profilində     fəaliyyət   göstərməkdən     başqa   (müxtəlif

istiqamətdə yollar açmaq  və s.), onlar torpağın səthində

yuvadan   çıxardıqları   torpaq   hesabına   xırda   təpəciklər

(məhşur torpaq coğrafiyaçısı  S.S.Neustruyev belə relyef

formasını nanorelyef adlandırmışdır) əmələ gətirirlər.

Ümumiyyətlə,   bitkilər   aləmi   kimi,   heyvan

orqanizmləri   də       torpaqəmələgəlmə   prosesində   və

torpağın zənginləşməsində böyük iş görürlər.

3.5.Torpağın  üzvi hissəsi

Torpağın üzvi hissəsi - canlı biokütlə, bitki,  heyvan

və mikroorqanizmlərin  üzvi qalıqları, onların metabolizma

(çürümə) məhsulları, torpağın yeni törəyən  üzvi  maddəsi

– humusdan ibarətdir. Başqa  sözlə, torpağın  üzvi hissəsi

torpaq   səthinə   tökülmüş   və   anotomik   quruluşunu

itirməmiş bitki qalığı və tünd rəngli mineral birləşmələrlə

bircinsli   kütlə   əmələ   gətirən   humus   maddələrindən

ibarətdir.   Bu   maddələr   torpağa   hər   il   düşən     müxtəlif

mənşəli,   tərkibi   və   formalı   küllü   miqdarda   və   üzvi

maddədən təşkil olunmuşdur. Torpağa müxtəlif miqdarda

və   tərkibdə     qalıqların   daxil   olması,   mikrobioloji

fəaliyyətin   eyni   istiqamət   və   intensivlikdə   olmaması,

müxtəlif     su-istilik   şəraiti   -   bütün     bunlar   mürəkkəb

kompleksə   malik   üzvi   birləşmələrin   əmələ   gəlməsinə

şərait yaradır. Torpağın   bu hissəsi onun tərkibinə   daxil

olan  birləşmələrin çürüməsi və sintezi nəticəsində daima

təzələnir.

Torpağın     üzvi   hissəsində   aşağıdakı     formalar

fərqləndirilir:

1. Demək olar ki, çürüməmiş, yaxud zəif çürümüş

əsasən bitki mənşəli qalıqlar. Bu qalıqlar meşə döşəməsi

(xəzəli),  torflu   qatlar,  bozqır    keçəsi və s-dən toplanır.

52



Bunu   adətən   kobud humus,  xarici   ədəbiyyatda   isə

mor (moor – torf deməkdir) adlandırırlar. Üzvi maddələrin

bu   formasına     mikroskop   altında   baxdıqda   orada   bitki

toxumalarının   bütün   hissələri   yaxşı   görünür   –   yəni

hüceyrənin   konfiqurasiyası,   onun   yerləşmə   vəziyyəti,

hüceyrə   örtüyünün   qalınlığı   və   s.   aydın   nəzərə   çarpır.

Burada yalnız çox davamsız canlı toxumalar   (kambiya,

floema, ilkin qabığın   parenximası) parçalanmaya məruz

qalmış   olur,  bitki   qalıqlarının   rəngi   qonurdur.  Mikroskop

altında küləşi sarıdan  tünd qonur rəngədək dəyişir.

2.   Qalıqlar   dərindən   dəyişkənliyə   uğrayaraq

yekcins yumşaq qara çöküntü   kütləsindən   ibarət forma

alır ki,   bunu adi gözlə   seçmək mümkün olmur. Lakin

mikroskop altında seçmək mümkün olur ki, bu kütlə fiziki

və   kimyəvi   dəyişkənliyə     uğramış     bitki     qalıqlarından

ibarətdir.  Burada  bitki toxumalarının xırda bölgüləri, yeni

törəmiş   üzvi   birləşmələrlə   hopdurulan   hüceyrə

quruluşunun   relikt   qalıqlarını   görmək   mümkündür.   Bu

qalıqlarda   kobud     humusdan   qalan   bitki   elementlərinin

ağaclaşmış davamlı  damarlarının divarları artıq çürümüş

olur   və   gözə     görünmür.  Bu   stadiyadakı     bitki   qalıqları

mikroskop  altında  adətən qonur  və qara  rəngli görünür.

Üzvi   maddələrin     belə   forması     ədəbiyyatda  moder

(almanca   moder   -   ovuntu,çürüntü   deməkdir)   adını

almışdır.

3.   Bitki   toxumalarının   izləri   mikroskop   altında   da

seçilmir.   Artıq   qalıqlar     torpaq   humusunu   təşkil   edən

spesifik   üzvi törəmədən ibarət maddəyə çevrilmiş olur.

Mikroskop   altında     bu   maddə     amorf,   şəffaf     və   sarı–

qonuru  çalarda  tünd rəngli görünür. Bir halda  bu maddə

torpaq  kütləsində  diffuziya  vəziyyətində  yayılmış, digər

halda   torpağın     mineral     hissəsini   sementləşmiş     və

yapışdırmış, torpaqda   humusun   mull  (almanca - toz)

formasını  əmələ gətirmişdir.

53



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə