Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

qazı və suyu mənimsəyərək üzvi maddələri sintez edir.

Bu   mürəkkəb   prosesin   başa     gəlməsi   üçün   günəş

şüalarının   enerjisindən     istifadə   olunur.   Bu   zaman

bitkilərin  

  hüceyrəsində   müxtəif   birləşmələr   -

karbohidratlar, yağlar, zülallar, liqnin, qətran və s. əmələ

gəlir.

Coğrafi şəraitdən və təbii zonalardan asılı olaraq



bitkilərin   illik   bioloji   məhsuldarlığı   kəskin   dəyişir.   Bunu

aşağıdakı cədvəldən aydın görmək olar (cədvəl 3.2).

Cədvəldən     həm   də   məlum   olur   ki,   ən   böyük

miqdar üzvi maddə meşə bitki qruplarındandır.

Boreal  və  mülayim   iqlim   qurşaqlarında meşələrin

biokütləsi hər hektara 1-4 min sentner təşkil edir. Daha

çox üzvi maddə kütləsi daimi rütubətli tropik meşələrində

(5min/hek-dan çox) toplanır (hətta Braziliyada elə meşələr

vardır ki, orada hər hektara  17 min sentner üzvi  maddə

düşür).


Ot bitkiləri müqayisə edilməz dərəcədə az biokütlə

ilə səciyyələnir. Tundra  bitkilərinin  də biokütləsi  (50-280

sent/ha.) böyük deyildir.

Qeyd etmək lazımdır ki, meşələrdə biokütlənin ən

çox miqdarı yerüstü hissədə cəmləşmişdir; köklərin üzvi

maddəsi ümumi maddənin 20%-ə yaxınını təşkil edir. Ölü

üzvi  maddələrin   miqdarı   da  torpağın   səthində    müxtəlif

bitkilərdə eyni deyildir. Meşə bitki qruplarından tələf olmuş

üzvi maddələr (yarpaq, budaqlar, qabıq) əsasən torpağın

yerüstü hissəsində toplanmışdır.



Cədvəl 3.2. Əsas bitki tiplərinin bioloji məhsuldarlıq göstəriciləri

(L.E.Rodin və N.İ.Bazileviçə görə, 1965)

Biokütlə


A

r



m

48



Bitki tipləri

tım


 h

/s

e



n

t-



n



 h

/s

e



n

t-



e

şə

 d



öş

əm

ə



si

h/

se



n

-lə


ye

st



ü

 h

is



,

%



-lə

kl



ə

r,%


-lə

Arktika tundrası

Kolluqlu tundra

Şimali tayqa küknarı

Cənubi tayqa küknarı

Palıdlıq


Bozqırlaşmış çəmən

Quru bozqır

Yarımkollu səhralar

Savannalar  /Qana/

Həmişərütubətli tropik

meşələr


50

280


1000

3300


 4000

250


100

43

666



5000

30

17



78

78

76



32

15

13



94

82

70



83

22

22



24

68

85



87

6

18



10

25

45



85

90

137



42

12

120



325

10

24



35

55

65



137

42

12



115

250


35

835


300

350


150

120


15

-

13



20

Ot   bitkilərində   çöküntünün     tərkibində   əksinə

mühüm   əhəmiyyət   kəsb   edən   kök   hissəsidir.

Ümumiyyətlə, bitkilər torpağa daxil  olan üzvi maddələrin

əsas   mənbəyini     təşkil   edir.   Bununla   yanaşı,   onlar   öz

həyat   fəaliyyətləri     ilə   misilsiz   dərəcədə       mühüm

əhəmiyyət  kəsb edən bir prosesə - kimyəvi  elementlərin

biogen  miqrasiyasına  şərait yaradırlar.

Bütün  üzvi maddələrin  əsas  kimyəvi  elementləri

karbon,  oksigen  və hidrogendir ki, bunlar bitkilərin quru

qalığının     90%-ə   yaxınını   təşkil   edir.   Kimyəvi   kül

elementlərinin     (K,   Ca,   Mg,   S,   Fe,   P   və   C)   (karbon,

oksigen,     hidrogen   və   azotdan   fərqli   olaraq   bitkilərin

tərkibində olan kimyəvi   elementlərin)  çox hissəsi  yanan

49



zaman     kül     hissəsində     qaldığından     onu      kül

elementləri adlandırırlar.

Torpaq–bitki-torpaq   sistemində  

  elementlərin

miqrasiyası,   B.P.   Vilyamsın     adlandırdığı     kimi,

maddələrin   bioloji   dövranını   əmələ gətirir.   Bu proses

ali   bitkilərin,   heyvanların   və   mikroorqanizmlərin     həyat

fəaliyyətləri sayəsində  baş verir.

Maddələrin bioloji dövranı   dedikdə   torpaqdan   və

mineralların     tərkibindən     su     vasitəsilə   qida

elementlərinin  bitkiyə daxil olması, atmosferdən  CO

2

-nin


bitki   tərəfindən     mənimsənilməsi     və   bitkidə   üzvi

maddələrin     sintez     olması,     habelə   bitki   qalıqları

minerallaşdıqdan   sonra   həmin   maddələrin   yenidən

torpağa     qayıtması     (torpaq–bitki-torpaq   sistemi   üzrə)

başa düşülür.

Heyvanat aləminin torpaqəmələgəlmədə iştirakı.

Torpaq heyvanatının əsas funksiyası üzvi maddələri

parçalayıb  dəyişdirməkdən  ibarətdir. Bu proses  onların

qida   zəncirləri     sistemi     ilə   əlaqədar   olaraq   həyata

keçirilir.   Yer     kürəsində   heyvanat     aləmi     tərəfindən

hazırlanan   300 kütlənin   miqdarı fitokütlədən   xeyli   az

olur   və   cəmi     bir   neçə     milyard   ton   təşkil   edir.   Orta

hesabla  Yer kürəsi üçün  zoomassa fitomassa kütləsinin

1%-ni təşkil edir.

Torpaqəmələgəlmə   prosesində   heyvanat   aləminin

müxtəlif   nümayəndələri – ibtidailər, termitlər, qarışqalar,

həşaratlar, onurğasızlar həm də onurğalı heyvanlar iştirak

edirlər.  Torpaq   heyvanatının   nisbətən   iri   nümayəndələri

(ilanlar,   kərtənkələlər,   gəmiricilər   və   s.)   az   saylı

olduqlarından ümumi zoomasa     kütləsinin   1%-dən   də

azını təşkil edir.

50



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə