Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə15/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

Qeyd   edək ki, təsvir   etdiyimiz   bu üzvi   maddə

formalarının  arasında  bir-birinə  tədrici   keçid  vardır.

Mikroskop altındakı müşahidələrdən belə nəticəyə

gəlmək olur ki,   torpaqda üç   qrup   üzvi   maddə   iştirak

edir:   1)   torpağa     bitki     qalıqları     şəklində     daxil   olan

maddələr,  2) ilkin   üzvi qalıqların   çevrilməsinin   aralıq

məhsulları və 3)  həmin qalıqların dəyişib  törəməsindən

yeni  əmələ  gələn spesifik  humus maddələri.

Birinci   qrupa     çoxlu   miqdarda     bitki     və   heyvan

qalıqlarından   əmələ   gələn   üzvi birləşmələr – zülallar,

karbohidratlar,   üzvi   turşular,   yağlar,   liqnin,   qətranlar,

mumlar və b. aiddir. Bu birləşmələr  bütövlükdə  torpağın

bütün  üzvi maddələr  kütləsinin  10-15%-ni təşkil edir.

Torpağın   ikinci   qrup   aralıq     məhsulları   –   amin

turşuları,   monosaxaridlər,   polifenollar   və   s.   humus

kütləsinin  5-10%-ni təşkil  edir.

Torpağın   üçüncü     qrup     üzvi   birləşmələri     onun

üzvi   hissəsinin     85-90%-ni     təşkil   edən     humus

maddələrindən  ibarətdir ki,  bu daha  mürəkkəb  quruluşa

malik birləşmələrin  toplusunu əks etdirir.

Humusun     tərkibi     orta   hesabla     aşağıdakı

rəqəmlərlə xarakterizə  olunur: C - 58%, H

2

O - 30-40%, N



- 3-10% və kül - 2-7%.

Müxtəlif   həlledicilərə   qarşı   davamlılığına   görə

humusun   aşağıdakı   komponentlərini     ayırırlar:  fulvo

turşuları, humin  turşuları və huminlər.

Fulvo turşuları  yüksək molekulyarlığa malik olub,

suda həllolma qabiliyyətinə malikdir və torpaq   suyu   ilə

asanlıqla   yuyula bilir. Qurudulmuş   halda qonurumtul –

sarı rəngə malik  maddədir.



Humin     turşuları    suda   həll   olmur,     lakin

qələvilərdə həll olur. Qonur və qara rəngə malikdir. Fulvo

turşularla   müqaisədə     humin     turşularının     elementar

tərkibi     üçün   karbonun     və   azotun     yüksək     olması

54



səciyyəvi     haldır.   Belə     ki,   hərgah   fulvo   turşularda

karbonun   miqdarı   36-44,   azot 3,0-4,4% təşkil   edirsə,

humin turşularında  uyğun  halda bunların  miqdarı 46-61

və 3,3-6,0% arasında dəyişir.

Humin   isə humus maddələrinin   bir hissəsi olub,

heç bir həlledici məhlulda   həll olmur. Bu həll olmayan

humus  birləşmələri qismən  humin  turşularından  ibarət

olub, yüksək   dispersləşmiş   giperegen minerallarla sıx

əlaqəlidir.   Bütün     deyilənlərdən   belə   məlum   olur   ki,

humus   maddəsi  üzvi  birləşmələrin    mürəkkəb dinamik

kompleksindən   ibarət   olub,   üzvi   qalıqların     (bitki   və

heyvan   qalıqlarının)   çürüməsi   və   humuslaşması

nəticəsində əmələ gəlir. Torpaqda humusun   miqdarı və

yayılması   müəyyən     coğrafi   qanunauyğunluğa   tabe

olmaqla   torpaqəmələgəlmə   prosesinin   şərait   və

xarakterindən   asılıdır.   Humusun   miqdarı     normal

torpaqların  üst qatında 1-2%-dən  12-15, bəzən torflu  və

çimli   dağ çəmən   torpaqlarında 20-25%-ə   kimi   dəyişir

və sonra  bu miqdar  torpağın xarakterindən  asılı olaraq

dərin qatlara tərəf azalır.

Torpaq   humusunun     olduqca   böyük     əhəmiyyəti

vardır. O, mineralların  aşınmasında  turşu kimi  təsir  edir

və kimyəvi  aşınmaya  səbəb olan karbon  qazının  əmələ

gəlmə   mənbəyidir. Bundan   başqa, humus   bitki üçün

mühüm     qida   mənbəyidir.  Parçalanma   zamanı     bitkiyə

lazım   olan     azot   turşusu,   fosfor   turşusu,   kalium   və

oksidləşmiş   birləşmələr     əmələ   gətirir,   həm   də   humus

torpaq    strukturasına     möhkəmlik     verir,    onda  bir  sıra

xassələrin, o cümlədən  su–fiziki xassələrin  yaxşılaşması

üçün  zəmin  yaradır. Nəhayət  humus,  kationları  udma

və mübadiləetmə  qabiliyyətinə malik  qiymətli  maddədir.

55



IV FƏSİL

TORPAĞIN NARIN DİSPERS HİSSƏSİ.  TORPAQ

KOLLOİDLƏRİ VƏ TORPAĞIN UDMA QABİLİYYƏTİ

Torpaq   çox   mürəkkəb   törəmə   olub,   onun   tərkibi

bərk,   maye   və   qazşəkilli   maddələrdən   ibarətdir.   Öz

növbəsində   torpağın   bu   mühüm   tərkib   hissələri   özünü

müxtəlif   formalarda   büruzə   verir.   Disperslik   (tozlanma,

56



xırdalanma   deməkdir)   dərəcəsinə   görə   torpağın   bərk

maddəsinin iki forması aydın nəzərə çarpır. Birinci qrupu

böyüklüyü   0,001mm–dən   böyük   olan   nisbətən   iri

hissəciklər əmələ gətirir. Torpağın  bu iri dispers hissəsi

aşağıdakı

 

komponentlərdən



 

ibarətdir:

 

1)

Torpaqəmələgəlmə prosesinə nisbətən davamlı olan dağ



süxurlarının qırıntıları və onları təşkil edən minerallar; 2)

Torpaqəmələgəlmə   prosesi   ilə   törəyən   mineral

yenitörəmələri;   3)   Üzvi   qalıqlarla   az   dəyişmiş

komponentlər.

İkinci   qrupu böyüklüyü 0,001mm və ondan kiçik

olan  narın dispersləşmiş hissəciklər yaradır  ki,  bunların

xarakteri   torpaqəmələgəlmə   prosesi   ilə   çox   sıx

əlaqədardır.   Torpağın   narın   dispers   hissəsi

aşağıdakılardan   ibarətdir:   1)   Yeni   törəyən   və   süxur

əmələgətirən   hissəciklər,   xüsusilə   gilli   minerallar;   2)

Spesifik   üzvi   birləşmələr   –   bunlar   bitki   və   heyvan

qalıqlarının   dərindən   çürümüş   məhsulları   və   bu

məhsulların   sintezi   nəticəsi   olan   yeni   birləşmələr;   3)

Yüksək   dispers   kütlə   torpaqəmələgəlmə   prosesində

xüsusilə mühüm rol oynayır. Bu barədə qısa da olsa bəhs

edək.


4.1. Dispers sistemlər və kolloid hissəciklərin

quruluşu

Disperslik dedikdə hər hansı bir maddənin müxtəlif

böyüklüdə   parçalanması,   xırdalanması,   yəni   disperslik

dərəcəsi   nəzərdə   tutulur.   Disperslik   dərəcəsi   artdıqca,

maddənin   xüsusi   səthi   artır,   yəni   vahid   həcmə   düşən

maddənin səthi böyüyür. Məs: tili 1 sm olan kubun səthi

6sm

2

-ə   bərabərdir.   Hərgah   onu   8   hissəyə   bölsək,   o



əvvəlki   həcmini   saxlayacaq,   səthi   isə   12sm

2

  olacaqdır,



yaxud   biz   həmin   kubları   tilləri   1mm   olan   kiçik   kublara

57



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə