Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

TORPAQƏMƏLƏGƏLMƏSİNDƏ  BİOLOJİ AMİLLƏRİN

ROLU. TORPAĞIN ÜZVİ HİSSƏSİ

3.1.  Torpaqəmələgəlmənin bioloji amilləri

Təbii-tarixi cism olan torpaq üçün yüksək biogenlik

qabiliyyəti   xasdır.  Torpağın   tərkibinin   cəmi   5   %-ini   üzvi

maddələ təşkil etməsinə baxmayaraq torpaqəmələgəlmə

ghjsesi   bioloji   amillərin   iştirakı   olmadan   mümkün   deyil

(şəkil   3.1).   Əbəs   deyil   ki,   aşınma   məhsullarına   bioloji

amillərin təsirindən sonra torpaq meydana gəlir.

Şəkil 3.1. Torpagı təşkil edən maddələr.

Ana   süxurun     torpağa   çevrilməsi     üçün   əsas

şərtlərdən  biri süxurda torpağın  bioloji  komponentləri –

mikroorqanizmlərin,   torpaq   heyvanatının     və   yaşıl

bitkilərin   peyda     olması,   məskən   salmasıdır.   Onların

əhəmiyyəti   təkcə   öz   cəsədləri   ilə  

  torpağı

42



zənginləşdirmək deyil (hansı ki, mineral  hissəyə görə bu

çox cüzidir), bu orqanizmlərin sonsuz nəsillərinin yerinə

yetirdiyi nəhəng   biokimyəvi işlərlə əlaqədardır. Özlərinin

həyat   fəaliyyəti   prosesində   bu   orqanizmlər   torpağın

elementar tərkibini, xüsusilə onun maye və qaz fazalarını

əmələ gətirir,  torpağın   üzvi maddələrini  sintez edir,  bu

maddələrin   yeni   xüsusi   qrupunun   –   humus   maddəsinin

əmələ  gəlməsinə  səbəb olur(şəkil 3.2).

Torpaqda   gedən   bioloji   proseslər   üç   qrupda

birləşdirilən  orqanizmlərin  

fəaliyyəti ilə əlaqədardır:

1.Torpaqmikroorqanizmlərin   fəaliyyəti   -   torpağın

üzvi   və mineral tərkibinin dərindən dəyişməsinə səbəb

olur. 

2.  Ali   bitkilərin   fəaliyyəti   -   torpaq-bitki   sistemində

kimyəvi  elementlərin  dövranı və torpağın üzvi hissəsinin

toplanmasına şərait  yaradır.

3.Torpaq heyvanatının fəaliyyəti - torpağın  kimyəvi

və fiziki xassələrinə  mühüm təsir göstərir (şəkil 3.3).

Şəkil 3.2. Torpaqəmələgəlmənin 

bioloji amilləri

43



 

Coğrafi   şəraitdən 

asılı   olaraq   torpaq

mikroorqanizmlərinin tərkibi  və miqdarı xeyli dəyişkəndir

və   onlar   torpaq   rütubətinə,   temperatura   və   mühit

reaksiyasına   yüksək   dərəcədə   tələbkardırlar.   Bütün

bunları   hidrotermik   rejimdən  

  asılı   olaraq

M.M.Kononovanın   verdiyi  cədvəldən   aydın   görmək   olar



(cədvəl 3.1).

Şəkil 3.3. Köstək yuvası

3.2. Mikroorqanizmlərin torpaqəmələgəlmədə

rolu

Torpağın mikroorqanizmləri öz növ tərkibi və bioloji

fəaliyyətinə     görə   çox   müxtəlifdir   (şəkil   3.4).   Burada

bakterlər, aktinomitsetlər, göbələklər, yosunlar və ibtidailər

yayılmışdır.   Mikroorqanizmlərin   ümumi   kütləsi   ancaq

torpağın   üst     qatında   hər   hektara   bir   neçə   tona   çatır.

Onların   sayı   1qr     torpaqda     milyardlarla   hesablanır.

44



Bütövlükdə   planetimizdə   torpaq   mikroorqanizmləri   quru

biokütləsinin  0,01-0,1%-ni təşkil  edir. Mikroorqanizmlərin

torpaqda   sürətlə   artımını   V.İ.Vernadski   obrazlı   halda

qiymətləndirərək  göstərmişdir  ki, bir bakteriya  hüceyrəsi

iki   gündən   də   az   müddətdə   öz   artımı   ilə   bütün   Yer

kürəsinin belinə dolana bilər. Bu fikri ayrı-ayrı torpaqlarda

olan   mikroorqanizmlərin   sayı   da   təsdiq   edə   bilər.  Məs,

tayqa   landşaftında     yayılmış   padzol   torpaqların   1qr-da

600-800 milyard, bozqır zonasının qara torpaqlarında hər

qramda   daha   çox   -   2000-2500   milyard   mikroorqanizm

müəyyən   edilmişdir.   Çəkicə   də   bunlar   torpağın   üst

qatında  az   deyil:   Birincidə   (podzolda)   2t,   ikincidə  (qara

torpaqda) isə 5t təşkil edir. 

45



Şəkil 3.4. Torpaq faunasının nümayəndələri

Torpaqda   üzvi   qalıqları  

  parçalayan

mikroorqanizmləri   adətən   üç   əsas   qrupa   bölürlər:   1)

aerob bakteriyalar, 2) anaerob bakteriyalar, 3) göbələklər

və aktinomisetlər. Aerob bakterlər yalnız hava daxil olan

oksigenli   şəraitdə     yaşayıb   çoxalmağa   qabil   olan

mikroorqanizmlərdir. Anaerob bakterlər aeroba nisbətən

torpaqda xeyli azlıq təşkil edir və yalnız sərbəst oksigen

olmayan, yəni anaerob şəraitdə inkişaf edə bilir.

Torpaq   mikroorqanizmləri   arasında  göbələklər

daha   mühüm   əhəmiyyət   kəsb   edir.   Y.H.Mişustinin

46



məlumatına görə göbələklərin miqdarı 1 qr torpaqda 10

min   nüsxəyə   çatır.   Torpaqda     ən   çox     yayılanı     kif

göbələkləridir ki,   onlar hüceyrə və liqnini parçalayır və

zülülların   çürüməsində   iştirak   edirlər. Aktinomitsetlər   və

yosunlar

 

da



 

torpağın


 

mühüm


 

bioloji


komponentlərindəndir.

Cədvəl 3.1.Mikrobioloji fəaliyyətin intensivliyinin temperatur və

rütubət tutumundan asılılığı

Temperatur

Mikrobioloji fəaliyyətin  

intensivliyi

Rütubətli, %-lə 

(tam rütubət  

tutumundan)

> 30


30-20

20-10


10-5

<5

Zəif


Çox intensiv

Intensiv


Zəif

Çox zəif


>80

80-60


60-40

40-20


<20

Cədvəldən göründüyü kimi mikroorqanizmlərin ən

intensiv optimal fəaliyyəti torpaqda   20-30

0  


C temperatur

və 60-80%  rütubətlik olduqda  nəzərə çarpır (cədvəl 3.1).

Bu zaman   torpaqda bitki qalıqlarının parçalanması   və

çürüməsi prosesi il ərzində intensiv gedir.



           3.3. Ali bitkilərin torpaqəmələgəlmədə rolu

Quru   hissənin   canlılardan   ibarət   olan   əsas

hissəsini   ali   bitkilər   təşkil   edir.  Bunların   içərisində   ağac

bitkiləri  hər hektara  10

11

-10


12 

ton kütləyə malik quru   üzvi

maddə   əmələ   gətirir.   Ot   bitkilərinin   kütləsi   ağac

bitkilərindən təxminən 10 dəfə azdır.

Üzvi   maddələrin   əmələ   gəlməsi,   əsas     etibarilə,

bitkinin  yaşıl   hissəsində   xlorofilin   iştirakı   ilə  başa   çatan

fotosintez prosesilə əlaqədardır. Bitki atmosferdən karbon

47



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə