Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə106/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   106

meyarlarının seçilməsi

Bonitirovka   latın   sözü   “bonitas”   sözündən

götürülmüşdür.   Lüğəti   mənası   keyfiyyətlilik   deməkdir.

Deməli,   torpağın   bonitirovkası,   torpağın   münbitliyini,

başqa sözlə keyfiyyətini müqayisəli tərzdə ballarla ifadə

edən nisbi keyfiyyət göstəricisidir.

Torpağın   bonitirovkası   torpaqşünaslıq   elminin

praktiki hissəsi olub, torpaq kadastrı tərtib etmək üçün işin

əsas   mərhələ   və   tərkib   hissələrindən   biridir.   Məlum

olduğu   kimi,   torpaq   təbii   –   tarixi   bir   kütlədir.   Torpağın

tərkibində   baş   verən   prosesləri   və   keyfiyyət

dəyişilmələrini   aydınlaşdırmaq   məsələsi   yalnız   onun

xassələrini dəqiq öyrənməklə müəyyən edilə bilər. Məhz

buna görə də, torpağın bonitirovkası zamanı əsas meyar

olaraq onun daxili keyfiyyəti, yəni təbii münbitliyi yaradan

amilləri   (humus,   azot,   fosfor,  kalium,   karbonatlar,  udma

tutumu, turşuluğu və s.) əsas götürülür. Bu iki göstərici –

torpağın daxilindəki keyfiyyəti və məhsuldarlığı arasında

riyazi   yolla   hesablanıb   tapılan   korrelyasiya   əmsalı   bizə

torpağın   koriteriya   göstəricilərini   dügün   seçməyə,   onun

bonitet şkalasını dəqiq və doğru tərtib etməyə xeyli imkan

yaradır. Məşhur rus alimi P.A.Kostıçev haqlı olaraq yazırdı

ki,   torpaqları   qiymətləndirən   zaman   orada   becəriləcək

bitkilərin də  “fikrini” bilmək və tələbatlarını nəzərə almaq

lazımdır.   Bu   baxımdan,  torpağın   bonitirovkası   zamanı

onun   daxili   keyfiyyətləri   ilə   yanaşı,   kənd   təsərrüfat

bitkilərinin bioloji xüsusiyyətləri də nəzərə alınır və onların

kökləri yayıla biləcək dərinliklərdə (0 – 20; 0 – 50; 0 – 100

sm) qeyri mütəhərrik qida maddələri ehtiyatı da müəyyən

275



olunur. Bütün bunlar özlüyündə yüksək göstəriciləri olan

tipik   (etalon)   torpağı   müəyyən   etməyə   imkan   yaradır.

Sonrakı   mərhələlərdə   isə   etalon   torpaq   100   bal   qəbul

edilir və qalan torpaqlar da buna münasib qiymətləndirilir.

Qeyd   etmək   lazımdır   ki,   torpağın   bonitirovkası

zamanı əsas bonitet şkalasını tərtib etmək işin ən məsul

mərhələsi hesab olunur. 

Torpaq islahatı, xüsusilə özəlləşdirmə tədbirlərinin

həyata   keçirilməsində   torpaq   bonitirovkasını   aparmağın

çox böyük əhəmiyyəti vardır.

Ümumiyyətlə, torpağın bonitirovkası:

a)

torpaq-iqlim   sərvətlərindən   asılı   olaraq



kənd   təsərrüfatı   bitkilərinin   yerləşdirilməsi   üçün   optimal

şəraitli ərazilərin müəyyən edilib, ixtisaslaşdırılmasına;

b)

bir fermer təsərrüfatı torpaqlarının başqa



təsərrüfat   torpaqlarından   nə   dərəcədə   pis   və   ya   yaxşı

olmasını müqayisəli tərzdə müəyyənləşdirməyə;

          c)   təsərrüfatın   planlaşdırılmasında   subyektivliyi

aradan   qaldırmaq   və   məhsul   istehsalı   üçün   ehtiyat

mənbələrini üzə çıxarmağa;

               d) torpağın münbitlik və məhsuldarlıq qabiliyyətini

obyektiv təyin etməyə;

                e)  kənd  təsərrüfatı   bitkilərinin  tələbatına  uyğun

olaraq müvafiq torpaq sahələrinin seçilməsinə;

           f) düzgün becərmə və meliorativ tədbirlərin tətbiqi

yolu ilə torpaqların bonitet ballarının artırılmasına; 

        v) uzun müddətlər üçün kənd təsərrüfatı məhsulları

istehsalını əvvəlcədən proqnozlaşdırmağa;

3)  təsərrüfatlarda   məhsuldarlığın   yüksəldilməsinə

xidmət   edən   tədbirlər   istehsalat   planlarının   düzgün

276



tutulmasına,   fermer   təsərrüfatlarının   maddi   marağının

yüksəldilməsinə,   dövlətə   satış   qiymətlərinin   və  torpaq

vergisinin   düzgün   təyin   edilməsinə   və   s.   mühüm

məsələlərin həllinə kömək və xidmət edir.



XXIV.3. Əkin və otlaq torpaqlarını qiymətləndirmək

üçün göstəricilərin seçilməsi və bonitet şkalasının

tərtibi

Torpağı düzgün qiymətləndirmək üçün, hər şeydən

əvvəl, yem və kənd təsərrüfat bitkilərinin məhsuldarlığına

təsir edən ekoloji şəraiti düzgün öyrənmək və təhlil etmək

zərurəti şərtdir. Bunlardan torpağın münbitlik göstəriciləri

(humus,   azot,   fosfor,   udulmuş   əsaların   cəmi),

əkinəyararlılıq   dərəcələri   və   zonal   torpaqlar   üçün   iqlim

amilini (bioiqlim potensialını – BKP) göstərmək olar.

Uzun   illər   aparılmış   müşahidələrlə   müəyyən

edilmişdir ki, uzun müddət torpağın aşınma prosesində,

strukturun   əmələ   gəlməsində   və   həm   də   bitkilərin

qidalanmasında həlledici rol oynayır.



Humus   maddəsi  bitki   üçün   təkcə   qida

maddələrinin   mənbəyi   deyil,   həmçinin,   o   bitkinin

inkişafında münasib şərait yaradaraq, onun fiziki, fiziki –

kimyəvi   və   biokimyəvi   xüsusiyyətlərinə   də   mühüm   təsir

göstərir.

Azot  bitkinin yaranması üçün lazım olan ən vacib

elementlərdən biridir. O, bitki orqanizminin əsasını təşkil

edən zülal maddələrin sintezi üçün lazımdır. Yalnız bunu

da   qeyd   etmək   kifayətdir   ki,     azot   bitki   zülalının   çəki

hesabı   ilə   1/6   hissəsini   (16-18%)   təşkil   edir.   Torpaqda

277



azotun ümumi miqdarı onda olan humusun miqdarından

asılıdır. 



Fosfor  bitki üçün zəruri olan maddələrdən biridir.

Əgər bitki azotu torpaqdan, əlavə olaraq atmosferdən də

(nitrifikasiya   bakteriyaları   vasitəsilə)   mənimsəyə   bilirsə,

fosforu yalnız torpaqdan və ona verilən gübrələrdən ala

bilir.

Fosfor bitkinin vegetasiya dövrünün sürətini artırır



və məhsulun tez yetişməsinə səbəb olur. O çatışmadıqda

cavan   bitkinin   inkişaf   fazaları   gecikir,   vaxtından   gec

çiçəkləyir və toxum əmələ gətirmir.

Torpağın udma tutumu  onun aqronomik dəyərini

və   ya   məhsuldarlıq   dərəcəsini   göstərən   səciyyəvi

elementlərdən   biridir.   Torpağın   udma   tutumu,   onun

mexaniki   tərkibini   dolayı   yolla   təmin   edir   və   mədəni

səviyyəsini özündə əks etdirir.

Məlum olduğu kimi iqlim amili (işıq, istilik, rütubət)

torpaqəmələgəlmə   prosesində   və   bitkinin   inkişafında

həlledici   rol   oynayır.   İqlim   amili   yalnız   bitkilərin

məhsuldarlığında   deyil,   həm   də   onların   keyfiyyətinə

böyük təsir göstərir.

Bütün   yuxarıda   göstərilənlərdən   aydın   olur   ki,

torpaq   boniteti   işlərinin   aparılmasında   bitkilərin

qidalanmasında   mühüm   rol   oynayan   aqrokimyəvi

göstəriciləri və iqlim amili bir kriteriya kimi götürülməlidir.

Otlaq   torpaqlarını   qiymətləndirmək   yuxarıda   göstərilən

təbii   münbitlik   amilləri   ilə   yanaşı   yem   bitkilərinin

məhsuldarlığı   (dərəcə  ilə)  və   keyfiyyəti   (yem   vahidi  ilə)

mühüm göstərici kimi alınmalıdır.

278



Hər hansı bir ərazinin – istər dövlət mülkiyyətində

saxlanılan, istər bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyətə

verilən   torpaqlar   qiymətləndirilərkən   vacib   məsələlərdən

biri torpağın keyfiyyət və iqlim göstəricilərinə görə qiymət

şkalasının tərtib edilməsidir. 

Əsas   qiymət   şkalasının   tərtibi,   qiymətləndirmə

işində   ən   məsul   dövr   olub   torpaq   bonitetinin   əsasını   –

özülünü təşkil edir. Torpaq – iqlim şəraitindən asılı olaraq

əsas qiymət şkalasının tərtibi üçün torpaqların aşağıdakı

sabit   diaqnostik   əlamətləri   meyar   kimi   götürülə   bilər:

ümumi humus, azot və fosfor ehtiyyatı (t/ha); yuyulmuş

əsasların cəmi (mq-ekv); humuslu qatın qalınlığı (sm ilə);

qranulometrik   tərkib;   skletlilik   və   daşlılıq   dərəcəsi;   ana

süxur;   eroziyaya   uğrama   dərəcəsi;   karbonatlılıq;   torpaq

mühitinin reaksiyası (pH); ərazinin iqlim göstəriciləri və s.

Əsas qiymət şkalasını tərtib etmək üçün yuxarıda

göstərilən əlamətlərin hamısını götürmək məcburi deyildir.

Əsas  şkala tərtib edilərkən  həmin ərazidə çox yayılmış

bitkinin   tələbatına   uyğun   gələn   əlamətlər   (meyarlar)

seçilməlidir.

Qiymət   şkalasını   müəyyən   etmək   üçün   humus,

azot,   fosfor   ehtiyatları   (%-lə)   udulmuş   əsaların   cəmi

(Mq.ekv)  torpağın həcm dərəcəsi əsas götürülərək lazımi

dərinliyə (0-20, 0-50, 0-100 sm) hesablanır. Bütün torpaq

göstəriciləri     istənilən   dərinliyə       gətirildikdən     sonra

məlum   düsturla  

100

v

p

Z



   burada 



– verilmiş qatda

torpağın həcm çəkisi, m

3

/ha,  p  – humus, azot və başqa



279


elementlərin  faizlə  miqdarı,  v  –  həmin  qatdakı  torpağın

həcmi, m


3

/qa, 100 – sabit  rəqəmdir) onların hər hektara

düşən ehtiyatı hesablanır. 

Əsas qiymət şkalasını müəyyən etmək üçün 100

ballı   müqayisə   sistemi   əsas   götürülür.  Torpaq   tipləri   və

yarımtipləri bir-biri ilə məhsuldarlığa bilavasitə təsir edən

göstəricilərin – ümumi humusun, azotun, fosforun hektara

ehtiyatı və udulmuş əsaların cəminə görə müqayisə edilir.

Bunun   üçün   təsərrüfatdakı   ən   münbit   torpaqda   (məs.

qara   torpaq)   göstəricilərin   miqdarı   100   qəbul   edilərək

başqa   torpaqlar   onunla   müqayisə   olunur.   İqlimə   görə

zonal   torpaqlar   üçün   alınmış   təshih   əmsalları   torpağın

keyfiyyətinə görə aldığı ballara vurulur. Əsas şkalada olan

tip və yarımtiplər üçün torpaq – iqlim şəraitinə görə yekun

balları alınır.

Torpağın   elə   növ   və   növmüxtəliflikləri   var   ki,

diaqnostik   əlamətlərindən   asılı   olaraq   onların   torpaq

qiyməti (balı) ya aşağı, ya da yuxarı olur. Torpağın qiymət

ballarının   aşağı   düşməsinə   onların   yuxa   olması,   səthi

yuyulmaya   məruz   qalması   (eroziya   prosesi),   şoranlıq,

şorakətlik,   bərkimə   xassələri,   əlverişsiz   qranulometrik

tərkib,   qleyləşmə   (bataqlaşma)   və   s.,   artmasına   isə

becərmə  amilləri,   suvarma  tətbiq  edilməsi,  hidromorfluq

və   sair   əlamətlər   təsir   edir.   Ona   görə   də   torpaqların

keyfiyyətinə   təsir   edən   bütün   diaqnostik   əlamətləri

nəzərə almaq və onları qiymətləndirmək üçün müəyyən

edilmiş   təshih   əmsallarından   istifadə   olunur   (Cədvəl

24.1.).

Torpaq   növünün   xüsusiyyətlərindən   və

müxtəlifliyindən asılı olaraq qiymətləndirmə zamanı bəzən

280



bir   neçə   təshih   əmsalından   istifadə   etmək   lazım   gəlir.

Belə   halda   torpaq   tipinin   əsas   şkaladakı   bonitet   balı

müvafiq   təshih   əmsallarının     hamısına   ayrı-ayrılıqda

vurulur. Məsələn, ağır gillicəli zəif şorakətləşmiş şabalıdı

torpaqların bonitet balını tapmaq lazımdır.

Bunun   üçün   şabalıdı   torpağın   əsas   şkaladakı

bonitet balı (100) ağır gillicəli mexaniki tərkibin (0,91) və

zəif   şorakətliliyin   (0,90)   “təshih   əmsalları”na     vurulur

2

=100x0,90x0,91=82).   Buradan   ağır   gillicəli   zəif



şorakətləşmiş   şabalıdı   torpaqların   bonitet   balının   82

olması müəyyən edilir. 

Torpaqların   tam   bonitet   şkalası   tərtib   edildikdən

sonra hər hansı regionun (rayon, fermer təsərrüfatı və s.)

bonitet kartoqramının tərtibinə başlamaq olar.

Cədvəl 24.1.Torpağın mənfi və müsbət əlamətlərinə görə

təshih əmsalları (ixtisarla verilir)

Torpaqlar

Təshih əmsalları

1

2



Şabalıdı

Yuyulma dərəcəsinə görə

Yuyulmamı

ş

Zəif



yuyulmuş

Orta yuyulmuş

1,00

0,73


0,50

Boz


Şorlaşma dərəcəsinə görə

Şorlaşmam

ış

Zəif


şorlaşmış

Orta


şorlaşmış

Şiddətl


i

şorlaş


mış

1,0


0,73

0,64


0,42

Şabalıdı


1,00

0,91


0,64

0,56


Şorakətləşmə dərəcəsinə görə

281



Bütün

torpaqlar

üçün

Şorakətləş



məmiş

Zəif


şorakətləş

məmiş


Orta

şorakətləşmış

1,00

0,90


0,75

Bütün


torpaqlar

üçün


Mədəniləşmə dərəcəsinə görə

Xam


Zəif

Orta


Yüksə

k

1,00



1,06

1,40


1,76

Boz


Qranulometrik tərkibə görə

Yüngül


gillicəli

Orta


gillicəli

Ağır


gillicəli

gilli


quml

u

0,89



1,00

0,91


0,78

0,60


Dağ

şabalıdı


0,89

1,00


0,90

0,80


0,60

Çəmən –


şabalıdı

0,89


1,00

0,91


0,36

0,60


Dağ boz

– qəhvəyi

0,89

1,00


0,90

0,80


0,60

Podzollu


sarı

0,76


1,00

0,96


0,33

-

Bütün



torpaqlar

üçün


Daşlığa görə

Daşsız


Zəif

daşlı


Orta

daşlı


Çox

daşlı


1,00

0,80


0,60

0,50


24.4. Torpağın bonitet kartoqramının tərtibi

Əkin və otlaq torpaqlarının potensial münbitliyinin

qiymətləndirilməsi və bu sahədə çalışan kənd təsərrüfatı

mütəxəssislərinin, eləcə də fermerlərin həmin sahələrdən

səmərəli   istifadə   etməsi   üçün   torpaqların   bonitet

282



kartoqramı   tərtib   olunur.   Əkinaltı   torpaqların   bonitet

kartoqramı   otlaq   sahəsi   torpaqlarının   bonitet

kartoqramından indeksləmə cəhətdən xeyli fərqlənir. Belə

ki,   əkinaltı   torpaqların   bonitet   kartoqramında   ancaq

torpağın indeksi, bonitet balı və balların aid olduğu bonitet

sinfi verilirsə (

80

2

VIII



Ş

), otlaq torpaqlarının kartoqramında

hər bir torpaq konturu üzərində kəsir xəttinin məxrəcində

torpaqların indeksi (k

2

), daxil olduğu bonitet sinfi (x) və



balı   (100)   və   həm   də   torpağın   əkinə   yararlılıq   (nə)

dərəcəsi göstərilir. Bundan başqa kəsirin sürətində bitki

fitosenozlarının indeksi (f

1

), məhsuldarlıq dərəcəsi (v) və



kateqoriyası (1) keyfiyyəti yem vahidi ilə, həm də onun

balı   ekoloji-bonitet   qruplaşması   şəklində   göstərilir.

Məsələn   :  

ne

x

Ş

l

v

f





100


100

2

1



  burada  f

1

  –   bir   nömrəli

fitosenozun   adı   (yovşanlı-efemerli);  v  –   bitkinin

məhsuldarlığına   görə   bonitet   dərəcəsi   (18,1   s/ha);  l  –

fitosenozun   kateqoriyası   (0,45   yem   vahidindən   böyük);

100   –   məhsuldarlığa   və   onun   keyfiyyətinə   görə   bonitet

balı;  Ş

2

  – adi şabalıdı torpaq;  x  – torpağın bonitet sinfi

(90-100   bal   arasında);   100   –   iqlim   nəzərə   alınmaqla

torpağın keyfiyyətinə görə aldığı bonitet balı;  - normal

əkinə yararlı sahəni göstərir (Şəkil 24.2.). 

Aparılmış   torpaq   boniteti   işləri   və   onların   tərtib

edilmiş   kartoqramları   torpağın   iqtisadi   cəhətdən

283



qiymətləndirilməsi   zamanı   və   həm   də   torpaqları   aldığı

ballara görə aqroistehsalat qruplarına ayırmaq da mühüm

əhəmiyyət kəsb edir.

Torpaqların   aqroistehsalat   qruplaşdırılması   yüz

ballı sistem üzrə bir – birinə yaxın olan torpaq vahidlərinin

öz   aqronomik   xassələrinə   görə,   ekoloji   cəhətdən   oxşar

kənd   təsərrüfatı   bitkilərinin   tələbatına   uyğun

qruplaşdırılmasına deyilir. Hər keyfiyyət qrupu özünə iki

sinfi   və   20   balı   birləşdirir.   Bu   keyfiyyət   qrupları

aşağıdakılardır:

1) Yüksək keyfiyyətli torpaqlar – 81-100 bal almış

torpaqları özündə birləşdirir.

2) Yaxşı   keyfiyyətli   torpaqlar   –   61-80   bal   almış

torpaqları birləşdirir.

3) Orta   keyfiyyətli   torpaqlar   –   41-60   bal   almış

torpaqları birləşdirir.

4) Aşağı  keyfiyyətli  torpaqlar  –  21-40 balı  almış

torpaqları birləşdirir.

5) Yararsız,   yaxud   şərti   yararsız   torpaqlar   0-21

bal almış torpaqları özündə birləşdirir.

Qeyd   etmək   lazımdır   ki,   torpaqların   aqroistehsal

qruplaşması sözün əsl mənasında 100 ballı sistem üzrə

bonitirovka apardıqdan sonra qruplaşdırılır ki, bu da öz

mahiyyətinə görə ümumiləşdirici səciyyə daşıyır.  



284


Şəkil   24.2.   Otlaq   (a)   və   əkin   sahəsi   (b)   torpaqlarının   bonitet

kartoqramlarından fraqmentlər.

285

Document Outline


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə