Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

ilə   qədimdən   suvarılan   növləri   fərqlənir   ki,   torpaq

profilində   onlar   irriqasiya   çöküntülərinin   aydın

təbəqələşməsi və əkin qatının nisbətən tünd rəngli olması

ilə   seçilir.  Torpaqəmələgətirən   süxurları  müasir

dördüncü   dövr   və   Xəzər   dənizi   altından   çıxmış

çöküntülərdən ibarətdir. Bu zonanın  iqlimi  quraq olması

və   yağıntılarının   az   düşməsi   (250-300mm)   ilə   fərqlənir.

Torpaqəmələgətirən   süxurların   xarakterindən,   humus

qatının   qalınlığından,   mexaniki   tərkibindən,   şorlaşma,

şorakətləşmə, hidrotermik rejim və başqa təbii amillərdən

asılı   olaraq   bu   torpaqlar   bir   neçə   yarımtip   və   növlərə

bölünür:   tündboz,   adi   boz,   qədimdən   suvarılan   boz,

şoranlı boz, şorakətli boz, ibtidai boz, takırabənzər boz və

b.   Rütubətlənmə   rejimindən   və   humusun   miqdarından

asılı olaraq boz torpaq zonasında çəmən-boz, boz-çəmən

və çəmən torpaq yarımtipləri fərqləndirilir.

Morfoloji   cəhətdən   boz   torpaqlar   qonurumtul-

küləşi,   boz   rəngi,     üst   qatın   zəif   (tozvari)   strukturası,

illuvial   ”B”qatından   bir   qədər   bərkimiş   olması   və   bu

qatdan altda ağgözcüklərlə zəngin olan karbonat qatının

mövcud olmasıdır. Boz torpaqlarda humus qatı və genetik

qatlar zəif ifadə olunmuşdur. Humusun miqdarı üst qatda

1-2%   arasında   dəyişir.   Humus   qatından   altda   bəzən

şorakətvari   və   bərkimiş   karbonatlı   qat   nəzərə   çarpır.

Tərkibində   profil   üzrə   asan   həll   olan   duzlar   və   gips

yoxdur.   Duzlar   və   gips   kristalları   ən   çox   1,5-1,8m

dərinliklər   arasında   yerləşir.   Bu   torpaqlar   səthdən

karbonatlıdır.   Mühiti   qələvi   reaksiyaya   malikdir.   Dərin

qatlara doğru duzların miqdarı artaraq 2-3% və daha çox

olur.   Mexaniki   tərkibi   ana   süxur   və   gətirilmə

248



çöküntülərindən asılı olaraq müxtəlifdir. Bunların arasında

gilli və gillicəli növləri üstünlük təşkil edir.

Boz torpaqlar zonasında geniş sahə tutan çəmən-

boz   və   boz-çəmən   torpaqlar   azonal   xarakter   daşıyaraq

özünün   relyef   şəraiti   və   hidrotermik   rejimi   ilə   başqa

torpaqlardan   fərqlənir.   Humusun   miqdarı   nisbətən

yüksəkdir.   Rütubətlənmə   rejimindən   asılı   olaraq   bəzi

qatlarda alabəzək xarakter daşıyan qleyləşmə əlamətləri

vardır.

Boz   torpaqlar   aqroistehsalat   nöqteyi-nəzərindən



yüksək   mənimsənilmişdir.   Suvarma   şəraitində   pambıq,

dənli  bitkilər,  bostan-tərəvəz,  şəkər çuğunduru,  həm  də

üzüm   bitkiləri   əkilir.   Boz   torpaqlar   zonası   həm   də

respublikanın   əsas   yem   bazasıdır,   geniş   sahədə

qoyunçuluq   üçün   qış   otlağı   kimi   istifadə   edilir.  Zonanın

əksər   torpaq   sahələri   yüksək   şorlaşmaya   məruz

qaldığından   və   şoranlardan   ibarət   olduğundan   onların

meliorativ tədbirlərə böyük ehtiyacı vardır. Belə torpaqlar

xüsusilə Şirvan, Salyan və Mil düzünün şərq hissələrində

geniş yayılmışdır.



12. Çəmən və çəmən – çala torpaqlar

Çəmən və çəmən-çala torpaqlar ən çox Kür-Araz

ovalığının depressiya şəklində olan yüksək rütubətlənmiş

çökəkliklərində inkişaf tapmışdır. Ərazi cəhətcə Xaçmaz,

Dəvəçi,  Xudat  rayonlarında,  qismən Araz  çayı   boyunca

uzanan çökək sahələrdə rast gəlinir. Çəmən torpaqlarının

inkişafında qrunt suları ilə bərabər səth sularının da rolu

böyükdür.

249



Ana süxurların yaşı və xarakterindən, həm də səth

və   yeraltı   sularının   rütubətləndirmə   dərəcəsindən   asılı

olaraq çəmən torpaqları morfoloji xüsusiyyətlərinə, asan

həllolan   duzların   və   karbonatların   miqdarına   görə   xeyli

fərqlənir.

Çəmən   və   çəmən-çala   torpaqlarında   qrunt   suları

səthə xeyli yaxın olur və bəzən həmin sular kapillyarlarla

səthə çıxır. Bunun nəticəsi olaraq karbonatlı birləşmələr

və   asan   həllolunan   duzların   üst   qatlarda   toplanması

nəzərə   çarpır.     Digər   tərəfdən,   yüksək   rütubətlənmə

şəraiti   ilə   əlaqədar   olaraq   çəmən   formasiyası   bitkiləri

inkişaf   edir,   nəticədə   sıx   çim   qatı   yaranır   ki,   bu   da

torpağın   üst   qatında   çoxlu   humus   toplanmasına   səbəb

olur.   Həmin   torpaqlarda   rütubətlənmə   şəraiti   yüksək

olduğundan   toplanan   bitki   qalıqları   anaerob   şəraitində

parçalanır   və   humuslaşma   prosesinə   məruz   qalan

maddələrin hamısı son məhsullara qədər  parçalanmayıb

mul   şəklində   torpaqda   toplanır.   Yüksək   rütubətlənən

qatlarda   dəmir   birləşmələrinin   təsirindən   paslı   və

göyümtül ləkələr yaranmışdır.

Çəmən   və   çəmən-çala   torpaqlar   üçün   digər

xarakter əlamət humus qatının qalınlığı, qaramtul və tünd

boz   rəngin   olması,   dənavari,   topavari-dənəvari

strukturalılıqdır. Torpaqəmələgəlmə şəraiti və humusluluq

dərəcəsindən asılı olaraq Azərbaycan ərazisində yayılmış

çəmən   torpaqlarını   tünd   çəmən,   adi   çəmən   və   açıq

çəmən  torpaq yarımtiplərinə ayırırlar.

Tünd çəmən torpaqlar çəmən torpaqlarının başqa

yarımtiplərindən   yüksək   humusluluğu,   üst   qatın   tünd

rəngli   olması   ilə   fərqlənir.   Tünd   rəng   torpağın   bərk

250



quruması   nəticəsində   boz-göyümtül   kül   rəngə   keçir.

Burada karbonat ağgözcüklərinə də rast gəlinir. Mexaniki

tərkibləri gillicədən ağır gilə kimi dəyişir. Çala sahələrdə

struktura   topavari-kəltənli,   bəzən   kəltənli   olur.   Humus

qatının qalınlığı çox olduğu kimi (75 sm), miqdarı da üst

qatda   xeyli   yüksəkdir   (3,0-5,0%   kimi).   Humusun   profil

boyu düşməsi tədrici daşıyır, hətta  60-70 sm dərinlikdə

miqdarı 1,0%  təşkil edir.

Adi   çəmən   torpaqlar   tünd   çəmən   torpaqlara

nisbətən   relyef   şəraitinə   görə   yüksəkdir.   Buna   görə

burada qrunt suyu da xeyli dərində olur. Humus qatı az

qalınlığa   (30-40sm)   malikdir.   Strukturası   zəif   ifadə

edilmişdir. Mexaniki təkibi xeyli yüngüldür.

Açıq  çəmən  torpaqlar,  yaxud  az  humuslu çəmən

torpaqları   əksər  hallarda  cavan  allüvi   yığınları   üzərində

rast gəlir. Burada torpaqəmələgəlmə prosesi demək olar

ki, ilk mərhələdədir. Relyef şəraiti çay terrasları, təpəciklər

və   qismən   çalalardan   ibarətdir.  Humus   qatının   qalınlığı

10-20   sm   ancaq   təşkil   edir.   Strukturası   zəif   ifadə

edilməklə,   karbonat   qatı   məlum   deyildir.  Bu   torpaqların

mexaniki   tərkibi   çayın   canlı   yatağından   uzaqlaşdıqca

ağırlaşır.

Çəmən torpaqları respublika ərazisində tutduqları

coğrafi   mövqelərinə   görə   də   bir-birlərindən   fərqlənirlər.

Misal   üçün   Qarabağ   düzünün   çəmən   torpaqları

Azərbaycanın başqa çəmən torpaqlarından dərin qatların

yüksək humusluluğu və yüksək karbonatlılığı ilə fərqlənir.

Şirvan   düzündə   yayılmış   çəmən   torpaqları   şimal

yamacdan   axan   çayların   gətirmə   konuslarında   allüvial

yığımlar   üzərində   əmələ   gəlmişdir.   Bu   torpaqlar   üçün

251



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə