Karbonatlı dağ – qara torpaqlar. Yuyulmuş dağ
qara torpaqlardan fərqli olaraq, karbonatlı aşınma
süxurları (əhəngdaşları, porfiritlər,) üzərində inkişaf
etdiyindən onlar səthdən karbonatlıdırlar. Karbonat
birləşmələri (iri ağgözcüklər şəklində) maksimum şəkildə
60 – 80 sm dərinlikdə rast gəlir. Bu torpaqların üst qatı
qonura çalan qara rəngi, dənəvari strukturası ilə fərqlənir.
Yamacların vəziyyətindən asılı olaraq yuxa torpaqlar da
nəzərə çarpır.
G.A.Salamova görə bu torpaqların üst qatında
humusun miqdarı 4,5%, ümumi azot 0,26% təşkil edir. Bir
metrlik qatda humusun ehtiyatı 260t/h, azot isə 18t/h
müəyyən edilmişdir. CaCO
3
-ün miqdarı 15%-dən 30%-
dək dəyişir. Ağır gillicəli və gilli mexaniki tərkibə malikdir.
Fiziki gilin miqdarı 70-73%, lil fraksiyası isə 27-30% təşkil
edir (Şəkil, 23.5.b).
Bu torpaqlar qida maddələri ilə orta dərəcədə
təmin edilmişdir. Hal–hazırda ən çox dənli bitkilər
altında istifadə edilir. Dik yamaclarda səthi yuyulmuş
sahələr otlaq və biçənək kimi əhəmiyətə malikdir.
Bərkimiş dağ – qara torpaqlar. Azərbaycanda ən
çox İsmayıllı rayonunda müəyyən edilmişdir. Bu
torpaqlar meşə altından çıxmış (bozqırlaşmış) sahələrdə
yayılmışdır.
Bu torpaqlar üçün xarakter əlamət onların üst
qatlarının dənəvari – topavari, əkinaltı qatın isə kəltənli
strukturası, qəhvəyi çalan qara rəngi (lak kimi parıldayır),
ağır gilli mexaniki tərkibi, bərk kipliyi, karbonatların dərinə
yuyulması və onların konkresiyalar şəklində ifadə
olunması və humus ləkələrinin olmasıdır. Mexaniki tərkibi
ağır gilidir, fiziki – gilli miqdarı 80-81% təşkil edir. Gil və lil
hissələrinin yuyulması gilləşmə prosesinə səbəb
olmuşdur ki, bu da əvvəllər həmin sahələrin meşə altında
yüksək rütubətlənməsi şəraiti ilə əlaqələndirilir.
237
Şəki 23.5.a. Dağ qaratorpaqlarının analiz göstəriciləri: a)
yuyulmuş qaratorpaq, b) karbonatlı qaratorpaq, c) bərkimiş
qaratorpaq, d) adi qaratorpaq.
Bərkimiş qara torpaqların üst qatında humusun
miqdarı 5,0-5,5%, ümumi azot isə 0,35-0,40% təşkil edir.
238
CaCO
3
-ün miqdarı profil boyu 15-26% arasında dəyişir.
Mühiti neytral reaksiyaya (pH – 6,5-7,0) malikdir. Udulmuş
əsaslar kompleksi kalsiumla (35-40 mq-ekv) doymuşdur,
maqnezium 3,5-7,0 mq-ekv., udma tutumu isə 45-47 mq-
ekv. təşkil edir (Şəkil, 23.5.c).
Adi dağ – qara torpaqlar. Bunlar məhdud sahə
təşkil etməklə, qonura çalan qara rəngi, dənəvari
stukturası və zəif şorakətliyi ilə nəzəri cəlb edir.
Bu torpaqlarda humusun miqdarı üst qatda 4,0 –
4,5% (0-100 sm-də 317 T/h), ümumi azot 0,25-0,28 %
(100 sm-də 28 T/h), fosfor 0,12-0,15% təşkil edir və
dərinlik üzrə tədrici azalırlar. Gilli mexaniki tərkibə
malikdir. Fiziki gilin miqdarı çox yüksəkdir. Udulmuş
əsaslar içərisində əsas yeri kalsium (37 mq/ekv) təşkil
edir. Udulmuş maqnezium və natrium kationlarının ana
süxur üzərində nisbətən artdığı nəzərə çarpır (Şəkil,
23.5.d).
Dağ–qara torpaqları aqronomik nöqteyi-nəzərdən
xeyli əhəmiyyətlidir. Relyef şəraitindən asılı olaraq əksər
sahələr dəmyə əkinçiliyində istifadə olunur. Lakin bəzi
sahələrdə uzun müddət sürülmə nəticəsində eroziya
prosesinə məruz qalma halları nəzərə çarpır ki, buna
qarşı mübarizə tədbirləri diqqət mərkəzində olmalıdır.
Ümumiyyətlə, dağ–qara torpaqları əlverişli
sahələrdə üzümçülüyü inkişaf etdirmək, dənli bitkilər əkini
sahəsini artırmaq, maldarlıq üçün yem bitkiləri (xüsusilə
qarğıdalı), kartof və başqa kənd təsərrüfat bitkiləri
əkinində də istifadə oluna bilər
.
9. Sarı torpaqlar zonası
239
Azərbaycan Respublikası ərazisində sarı torpaqlar
ancaq Lənkəran torpaq vilayətində yayılmışdır. İlk dəfə
V.V.Akimtsev bu torpaqları müəyyən edərək onları laterit
torpaqəmələgəlmə
tipinə
mənsub
etmişdir.
V.V.Akimtsevdən sonra həmin torpaqlar B.A.Klopotovski,
M.N.Sabaşvili, A.A.Zavalişin, R.V.Kovalyov, B.I. Həsənov
və başqa mütəxəssislər tərəfindən tədqiq edilmişdir.
Əksər müəlliflər bu torpaqların yayıldığı təbii-
coğrafi şəraiti, torpaqəmələgətirən amillərin xarakterini və
fiziki-kimyəvi analiz nəticələrini əsas tutaraq onları sarı
torpaqlara aid etmişlər. Bu torpaqların əmələ gəlməsi ən
tipik şəkildə alçaqdan dağ yamacları və dağətəyi
qurşaqda nəzərə çarpır. Dağətəyi düzənlikdə sarı
torpaqların əmələ gəlməsi zəifləyir və bu
podzoləmələgəlmə prosesi ilə müşayət olunur. Məhz
buna görə də burada podzollu sarı torpaqlar əmələ
gəlir. Dənizkənarı ovalıq sahədə sarı torpaqların
inkişafına qleyləşmə prosesi də təsir edir. Qleyləşmə
prosesi izafi qrunt suyunun təsiri altında burada
podzoləmələgəlmə prosesilə, uzlaşaraq yeni torpaq
yarımtipinin - qleyli-podzollu sarı torpaqların əmələ
gəlməsinə şərait yaratmışdır.
Bütün göstərilənləri nəzərə alaraq sarı
torpaqların aşağıdakı yarımtipləri müəyyən edilmişdir:
a)Sarı dağ-meşə torpaqlar; b)podzollu sarı
torpaqlar; c)qleyli-podzollu sarı torpaqlar.
Sarı torpaqlar ərazi cəhətincə 60m-dən 600m-ə
kimi yüksəklikdə rütubətli subtropik iqlim şəraitində
sarımtıl aşınma qabığına malik əsas süxurlar və bəzən
həmin süxurların aşınma materiallarından ibarət olan
240
Dostları ilə paylaş: |