delüvial çöküntülər üzərində inkişaf etmişdir. Bitki örtüyü
hirkan tipli enliyarpaqlı meşə bitkilərindən ibarətdir.
Bu torpaqlar morfoloji cəhətdən humus qatının az
qalınlığı (10-20 sm), üst qatların bozumtul-küləşi, alt
qatların isə küləşi-sarımtıl rəngi ilə fərqlənir. Lakin relyefin
çökək elementlərində narın torpaq qatının qalınlığı artır,
profil boyu yaxşı differensiallıq yaranır. Dik yamaclarda
rast gələn torpaqlar səthi yuyulmaya məruz qalmaqla,
xeyli skeletlidir.
Sarı dağ-meşə torpaqların profili gilləşmə
prosesinin olması ilə nəzəri cəlb edir. Normal profilə malik
torpaqlarda fiziki gilin miqdarı 74-77% arasında dəyişir ki,
bunun da 20-50% lil fraksiyasının hesabınadır. Humusun
miqdarı üst qatlarda 3-8% , ümumi azot isə 0,2-0,3%
arasında dəyişir. C:N-in nisbəti üst qatlarda 10-14, aşağı
qatlarda isə 5-ə kimi dəyişir. Torpaq yüksək udma
tutumuna (25-47 mg-ekv) malikdir. Udulmuş əsaslar
içərisində Ca (20-30 mg-ekv.) və Mg (7-12 mg-ekv.)
üstünlük təşkil edir. Al (1,0 mg-ekv.-dən az) və H (0,3-6,0
mg-ekv) kationları tabeli vəziyyət daşıyır, həm də axırıncı
profilin orta hissəsində artır.
Çox təsadüfi hallar müstəsna deyilsə karbonatlar
yoxdur. Torpaq mühiti turş reaksiyaya (pH su məhlulunda
4,3-6,0 duz məhlulunda isə 1,5-2,0 vahid az) malikdir.
Sarı dağ-meşə torpaqlarının profili dəmir biryarım
oksidləri (7-12%) və alüminium (20-26%) ilə zəngindir.
Profilin üst hissəsində silisiumun miqdarı orta və aşağı
qatlara nisbətən yüksəkdir. SiO
2
-nin Al
2
O
3
-ə olan nisbəti
üst qatlarda 4,0, aşağı qatlarda isə 2,5-3,5 təşkil edir ki,
bu da podzoləmələgəlmə prosesi ilə əlaqədar olaraq
241
biryarım oksidlərin profil boyu dərin qatlara zəif hərəkəti
nəticəsidir.
Bu torpaqların yayıldığı ərazi əsas etibarilə meşə
örtüyü altındadır. Meşədən azad edilmiş maili yamaclar
çay bitkisi və dənli bitkilər altında istifadə edilir.
Podzollu sarı torpaqlar. Dağətəyi düzənlikdə
delüvial-prolüvial çöküntülər üzərində rütubətli subtropik
iqlim şəraitində inkişaf edir. Əvvəllər bu torpaqlar hirkan
tipli düzən meşələri altında olmuşdur. Hazırda bu meşələr
demək olar ki, hər yerdə qırılmışdır.
Torpağın təşkili prosesində dövrü üst qat suları
fəal iştirak edir ki, bu da səthdə qleyləşmə və
podzoləmələgəlmə prosesi üçün şərait yaradır.
Podzollaşma dərəcəsinə görə zəif, orta, şiddətli
podzollaşmış torpaqlar fərqləndirilir.
Bu torpaqların mexaniki tərkibi gillidir, üst qat
nisbətən yüngüldür. Fiziki gilin miqdarı 65-80%, lil
hissəcikləri isə 45-55% təşkil edir. Üst qatlarda humusun
miqdarı 2-3%, ümumi azotun miqdarı isə 0,15-0,30%
arasında dəyişir və aşağı qatlara kəskin düşür. C:N-in
nisbəti üst qatda 8-11-dir. Podzollu sarı torpaqların üst
qatında udma tutumu bir qədər aşağı (12-20mq-ekv.),
illüvial qatda isə yüksəkdir (20-37 mq-ekv.). Belə bir halı
profil boyu lil hissəciklərinin paylanma vəziyyəti ilə
əlaqələndirmək olar. Bu torpaqların mühiti zəif turş və
turşdur. Lakin bəzən 120-150sm dərinlikdə konkresiyalar
şəklində kalsium karbonat birləşmələrinə rast gəlmək olur.
Podzoləmələgəlmə prosesinin ifadəlilik dərəcəsinə
görə akkumulyativ-elüvial qatdan profil boyu biryarım
oksidlərin illüvial qata toplanması nəticəsində torpaqda
242
silisium birləşmələrinin miqdarı artmışdır. Belə bir faktı
SiO
2
-nin Al
2
O
3
-ə olan nisbəti də təsdiq edir. Belə ki, həmin
nisbət profil boyu üst qatda 6,0, illüvial qatda 4,0
rəqəmləri ilə ifadə olunur.
Yüksək gilləşmə, yüksək udma tutumu, udulmuş
əsasların çox doymuş olması və buna uyğun olaraq az
dəyişən turşululuq və podzollaşmanın zəif ifadə edilməsi
təsvir etdiyimiz bu torpaqları şimal podzol torpaqlarından
kəskin dərəcədə, Qərbi Gürcüstanın subtropik
(podzollaşmış) torpaqlarından isə bir qədər fərqləndirir.
Bu torpaqların ərazicə aşağı hissələri çay bitkisi,
üst sərhəddi isə dənli bitkilər əkini altinda istifadə edilir.
Qleyli-podzollu sarı torpaqlar. Rütubətli subtropik
iqlim şəraitində dəniz sahili ovalıqda qrunt və dövri səth
sularının təsiri ilə aşınmış sarımtıl aşınma qabığının
üzərində inkişaf etmişdir.
Bu torpaqların xarakter xüsusiyyəti onların
nisbətən inkişaf etməsi və genetik qatların profil boyu zəif
diferensiallığıdır ki, bu da dənizsahili ovalığın geoloji
yaşca cavan olmasının nəticəsidir. Humus qatı (40-60sm)
bozumtul-küləşi, qalan qatlar isə göyümtül çalarlığı olan
sarımtıl-qonur rənglə fərqlənir. Podzollaşma zəif ifadə
edilmişdir. Strukturası yaxşıdır. Relyefin nisbətən yüksək
elementlərində bu torpaqlar normal inkişaf etmişdir.
Başqa sözlə, torpaq profilində qleyləşmə zəif ifadə
olunmuş qatların differensiallığı nisbətən aydındır.
Bu torpaqların mexaniki tərkibi üst qatlarda yüngül
və ağır gilicəli, aşağı qatlarda gillicəli-qumsaldır. İzafi
rütubətlənmə şəraiti burada qleyləşmə prosesini ifadə
etməklə yüksək rütubət sevən bitkilərin inkişafına və
243
Dostları ilə paylaş: |