Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

onunla   əlaqədar   olaraq   xeyli   humuslaşmaya   səbəb

olmuşdur.  Üst   qatlarda   humusun   miqdarı   3-4%,   ümumi

azot isə 0,2-0,3% təşkil edir və profil boyu tədrici düşür.

C:N-in nisbəti 6-8 arasında dəyişir.

Bu torpaqların profilində zəif podzollaşma əlaməti

nəzərə çarpır. Udulmuş əsaslar içərisində Ca (12-27 mq-

ekv.) və Mg (3-8 mq-ekv.) kationları üstünlük təşkil edir və

onların əsaslarla doymuş olduğunu göstərir. Bütün profil

boyu torpağın  mühiti zəif turşudur. Bəzən aşağı qatlarda

neytral və zəif qələvilik də nəzərə çarpır.

Qleyli-podzollu   sarı   torpaqlar   əsas   etibarilə   çay

bitkisi, tərəvəz və qismən subtropik meyvə bağları altında

istifadə edilir.

10. Şabalıdı torpaqlar zonası

Şabalıdı   torpaqlar   enli   qurşaq   halında   Böyük   və

Kiçik   Qafqaz   torpaq   vilayətlərinin   dağətəyi   hissələrində,

Gəncə-Qazax   massivində,   Bozqır   yaylasında,

Qobustanda, Naxçıvan MR-nin dağətəyi və alçaq dağlıq

hissələrində   yayılmışdır.   Şabalıdı   torpaqların   yayıldığı

quru bozqır zonasının ümumi sahəsi respublika ərazisinin

24,2%-ni tutur.

Quru   bozqır   zonasında   yayılmış   bu   torpaqlar   bir

sıra fatsial xüsusiyyətlər ilə fərqlənməklə yovşanlı-şoranlı

bitkilər   altında,   atmosfer   rütubətlənməsi   kifayət   qədər

olmayan şəraitdə inkişaf tapmışdır. İqlimin   xeyli quraq,

torpaqlarda     şorakətləşmə   əlamətlərinin   inkişafına   da

şərait  yaratmışdır.

244



Şabalıdı   torpaqları   əmələ   gətirən   ana   süxurların

tərkibi karbonatlı, lösəbənzər və gipsli  gillicələrdən ibarət

olan   müxtəlif   mənşəli   delüvial     çöküntülərdən   təşkil

olunmuşdur.   Bəzən   Gəncə-Qazax   massivinin   dağətəyi

hissələrində, Arazboyu  rayonları ərazisində  və Naxçıvan

Respublikasında     şabalıdı     torpaqların     gəcli     və

lösəbənzər   gillicələr üzərində əmələ gəlməsi   müəyyən

edilmişdir.   Bu   torpaqların üst sərhəddi   (600m-ə kimi)

dağ boz-qəhvəyi,   alt  sərhəddini  isə  (200m  yüksəklikdə)

boz   və   boz-qonur   torpaqlar   təşkil   edir.   Naxçıvan

respublikasında isə bu torpaqların üst sərhəddi 1000m və

daha   çox   yüksəyə   qalxır.     Torpaqəmələgəlmə   prosesi

əsasən arid şəraitdə gedir. Buna görə də bu torpaqların

ərazisində   şorlaşma,   şorakətləşmə,     hətta   solodlaşma

hadisələri baş verir.

Ekoloji-morfoloji,   fiziki-kimyəvi   və   mineroloji

xüsusiyyətləri   və   relyef   şəraiti   Azərbaycanda   yayılmış

şabalıdı torpaqları üç yarımtipə - tünd şabalıdı, şabalıdı

və açıq şabalıdı yarımtiplərə ayırmağa imkan vermişdir.

Şabalıdı   torpaqların   əmələ   gəlməsində   antropogen

amillərin,   xüsusilə   qədimdən   suvarma   işləri   aparmağın

böyük təsiri olmuşdur.

Şabalıdı   torpaqların   profili   genetik   cəhətdən   üst

çürüntülü-akkumulyativ   “A”   qatına,   illüvial   karbonatlı

“B”qatına və gipsli, karbonatlı ana süxura “C” qatına aydın

ayrılması   nəzərə   çarpır.   Bu   torpaqların   tərkibində

yarımtiplərindən asılı olaraq  humusun miqdarı 1,5-4,5%

arasında dəyişir. Ümumi azot humusa uyğun olaraq 0,15-

0,38% təşkil edir. Humusun qrup tərkibində əsasən humin

turşuları üstünlük təşkil edir.

245



Şabalıdı torpaqlar mexaniki tərkibinə görə gilli və

ağır-gillicəlidir.   Bu     torpaqların   qədimdən   suvarılan   və

kipləşmiş növləri daha çox gilləşmə ilə fərqlənir.

Şabalıdı   torpaqlar   əsaslardan   tam   doymuşdur.

Udma tutumu üst qatda hər     100qr torpaqda 20,1-42,0

mq-ekv.arasında dəyişir.  Torpaq  məhlulunun  reaksiyası

zəif     qələvi   və     qələvidir   (pH-7,2-85   ).   Azərbaycanın

şabalıdı  torpaqları  zonasında  kipləşmiş (lil fraksiyası 40-

50%), qalıq şorlaşmış və gəcli  torpaq növləri də rast gəlir.

Azərbaycanda   gəcli   torpaqların   əmələ   gəlməsi   əsasən

vulkanik  süxurlarla  əlaqədardır.  Ümumi  kimyəvi   anazilin

nəticələri   şabalıdı   torpaqların   profilində   mineral

birləşmələrin   az-çox     dərəcədə   bərabər   paylanmasını

göstərir .

Azərbaycan ərazisində  yayılmış şabalıdı torpaqlar

kənd   təsərrüfatında   çox   yüksək   mənimsənilmişdir.   Bu

torpaqlar hal-hazırda meyvə bitkiləri, pambıq, dənli bitkilər

xeyli geniş sahədə üzümçülük və narçılıqda istifadə edilir.

Həmin   bitkilər   suvarma   şəraitində   daha   yüksək   məhsul

verir.Azərbaycanın   şabalıdı   torpaqlar   zonasında   genetik

cəhətdən   tabeli   xarakter   daşıyan  çəmən-şabalıdı

torpaqlar  da   yayılmışdır.   Ərazi   cəhətdən   bu   torpaqlar

qrunt və səth sularından yüksək rütubətlənən çökək relyef

sahələrində   yayılmış   və   özünün   poluhidromorf

torpaqəmələgəlmə   şəraitilə   səciyələnir.   Səthi

rütubətlənmə ilə yanaşı bu torpaqların əmələ gəlməsində

kənd təsərrüfat bitkilərinin (pambıq, qarğıdalı, üzüm və b.)

suvarılmasına tətbiq edilən sularda iştirak etmişdir.

Çəmən-şabalıdı   torpaqlar   ağır   mexaniki   tərkibi,

xüsusilə gilli olması ilə fərqlənir. Bu torpaqların profilində

246



fiziki   gilin   miqdarı,   xüsusilə   qədimdən   suvarılan

növlərində   60,88-78,52%   arasında   tərəddüd   edir.   Kür,

Araz   çayları   suvarma   kanallarından   aparılan

uzunmüddətli   suvarma   işləri   bu   torpaqlarda   humusun

miqdarının   xeyli   artmasına   (3,96%-ə   kimi)   səbəb

olmuşdur.  Həmdə   bu   torpaqlarda   humusun   paylanması

tədrici xarakter daşıyır.

Çəmən-şabalıdı   torpaqlar   əsaslardan   doymuş

torpaqlardır. Udulmuş əsaslar içərisində kalsium kationu

üstünlük təşkil edir. Bəzən onun miqdarı udulmuş əsaslar

cəmindən   85-90%-ə   çatır.   Lakin   tək-tək   hallarda   zəif

şorakətləşmə   əlamətlərinə   də   təsadüf   olunur.  Şorlaşma

əlamətləri isə müəyyən edilməmişdir, yaxud ana süxura

yaxın hissələrdə sulfat duzlarından  ibarətdir. Bu torpaqlar

kənd   təsərrüfatında   istifadə   nöqtəyi-nəzərdən   xeyli

əlverişli imkanlara malikdir.



11. Boz torpaqlar zonası

Boz   torpaqlar   ərazicə   150-200m-dək   yüksəkliyi

olan sahələrdə yayılmışdır. Əsas etibarı ilə Naxçıvan MR-

sı,   Kür-Araz   ovalığı   ərazilərində   (Mil,   Cənub-Şərqi

Şirvanın   dağətəyi   hissələri)   və   Xəzər   sahili   ovalıqda

Boğaz   adlanan   düzənlikdə   yayılmışdır.   Bu   torpaqlar

yovşanlı-efemerli və şoran bitkili yarımsəhra zonasında,

səth suları ilə yuyulmayan rejim şəraitində əmələ gəlir.

Azərbaycanın   boz   torpaqları   nisbətən   cavan

törəmə   olub,     genetik   qatların   zəif   ifadə   edilməsilə

səciyyələnir. Bir qədər özünün spesifik morfoloji əlamətləri

247



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə