yayılmış meşə örtüyü həmin ərazidəki torpaqların səthi
yuyulması qarşısını almaqda və rütubət ehtiyatını
saxlamaq işində çox böyük rol oynayır. Məhz bu
səbəbdən də V.V.Dokuçayev meşənin təsirindən bəhs
edərkən onu “rütubət mağazalarına” bənzətmişdir.
Deməli, burada yayılmış meşə ağaclarını qayğılı sürətdə
qoruyub saxlamaq, onların yeni sahədə təbii inkişafına
şərait yaratmaq və qırılması lazım gələn yerlərdə isə
müəyyən edilmiş qanuna ciddi riayət etmək diqqət
mərkəzində olmalıdır.
6. Bozqırlaşmış dağ qəhvəyi torpaqlar
Dağlıq hissədə yayılmış torpaqlar içərisində
bozqırlaşmış dağ qəhvəyi torpaqlar da xeyli sahə tutur.
Bu torpaqlar əsas etibarı ilə meşə zonasının aşağı
sərhəddində müəyyən edilmişdir. Vaxtı ilə meşə örtüyü
altında olan bu torpaqları insanlar əkinçilikdə istifadə
etmək məqsədi ilə meşədən azad etmiş və bu şəklə
salmışlar. Bunun nəticəsi olaraq həmin torpaqlarda
torpaqəmələgəlmə prosesinin istiqaməti meşə tipindən
bozqır torpaqəmələgəlmə şəraitinə keçmişdir. Qeyd
etmək lazımdır ki, meşə örtüyünün çəkilməsi ilə əlaqədar
olaraq belə sahələrdə sıx ot bitkiləri məskən salır və çox
vaxtı çim qatı əmələ gətirməsi ilə əlaqədar nəzəri cəlb
edir.
Digər tərəfdən bozqırlaşmış dağ qəhvəyi torpaqlar
üçün xarakterik cəhət ondan ibarətdir ki, burada
torpaqəmələgəlmənin getməsi rütubətli şəraitdən xeyli
quraq şəraitə keçir. Bununla əlaqədar olaraq asan həll
olunan qida maddələrinin yuyulması prosesi yavaşıyır,
nəticədə həmin torpaqların təbii münbitliyinin əhəmiyyətli
dərəcədə artmasına və bozqır tipinə keçməsinə şərait
yaradır.
231
Dağ bozqırlaşmış qəhvəyi torpaqlar dənəvari -
topavari, bəzən qozvari strukturalı olmaqla ağır gillicəli və
gilli mexaniki tərkibi ilə səciyyələnir. Bu torpaqların
profillərinin çox vaxt skeletli olduğunu görürük. Təsvir
etdiyimiz bu torpaqlarda humus qatının qalınlığı 40-50 sm
və hətta bəzən 60sm-ə çatır. Ümumi humusun miqdarı
əkin qatında 4,6% bəzən 7% təşkil edir. Ümumi humus
ehtiyatı bir metrlik qatda hər hektara orta hesabla 332
ton, yarım metrlik qatda isə 211 ton təşkil edir. Həmin
torpaqlar azot ehtiyatından da xeyli zəngindir. Azot
ehtiyatı yarım metrlik qatda hər hektara orta hesabla 12-
15 ton arasında tərəddüd edir. Bu torpaqların profili
səthdən karbonatlıdır.
Bu torpaqlar əsaslarla doymuşlar. Udulmuş
əsaslar içərisində kalsium kationu üstünlük təşkil edir.
Dağ bozqırlaşmış qəhvəyi torpaqlar üst qatlarda neytral,
aşağı qatlarda isə zəif qələvi və qələvi reaksiya ilə əvəz
olunur.
Dağ bozqırlaşmış qəhvəyi torpaqlar meşə
torpaqlarına nisbətən xeyli perspektiv əhəmiyyətə
malikdir, xüsusilə bu torpaqlarda meyillik dərəcələri
imkan verən, iri massivlər şəklində sahələr dəmyə
əkinçiliyi üçün (üzümçülük və bağçılıq), altında istifadə
edilə bilər. Bu torpaqlar yayılmış dik yamaclarda təbii
bitki zolaqları saxlamaq şərti ilə terraslar düzəltmək
məqsədəuyğundur. Həm də burada eroziya prosesinə
qarşı mübarizə tədbirləri nəzərdən qaçırılmamalıdır.
7 . Dağ boz - qəhvəyi torpaqlar
Dağ boz - qəhvəyi torpaqlar Azərbaycan
Respublikasında kolluqlar altında olan bütün dağ
ətəyi sahələri tutur və meşə zonasının aşağı sərhədlərini
əhatə edir. Boz - qəhvəyi torpaqlar əsas etibarı ilə, çimli
232
– çəmən bitkiləri altında inkişaf edir. Digər tərəfdən, bitki
örtüyü arasında bu torpaqlar üçün xarakterik olan
qaratikan, böyürtkən, yemişan və s. kol bitkiləri də rast
gəlir. Bu torpaqlar qozvari-dənəvari strukturaya malik
olmaqla profillərində çox vaxt müxtəlif böyüklükdə süxur
qırıntılarına rast gəlmək olur ki, bunlar yamacların ətək
hissələrində daha çox artır. Bundan əlavə təpəli,
dalğavari relyef formalarında torpağın səthi zəif və orta
dərəcədə çınqıllı daşlarla ortülmüşdür.
Dağ boz-qəhvəyi torpaqlar istər narın torpaq qatı
və istərsə də humus qatının qalınlığına görə xeyli
əlverişlidir. Burada narın torpaq qatının qalınlığı 100–
150sm və daha çoxdur. Humus qatının qalınlığı isə 35-
40sm, bəzən 60sm-ə çatır. Relyef şəraiti və meyillik
dərəcələrindən asılı olaraq orta və az qalınlıqlı növləri də
nəzəri çarpır. Bu torpaqlar humus maddələrdən xeyli
zəngindir. Humusun miqdarı üst qatlarda 5-6 %, tək-tək
hallarda 7%- ə çatır. Dağ-meşə qəhvəyi torpaqlardan
fərqli olaraq bu topraqların profili boyu humus tədrici
azalır ki, bu da həmin torpaqların aqroistehsalat
yararlılığını xeyli artırır. Əlverişli bioiqlim və relyef
şəraitindən asılı olaraq dənəvari struktura 40-50 sm-ə
kimi aydın formasını saxlayır.
Boz - qəhvəyi torpaqlarda ümumi humus ehtiyatı
həmin torpaqların 100 sm-lik qatında hər hektara orta
hesabla 200-350 ton , 50 sm-lik qatında isə 150-200 ton
arasında dəyişir. Bu torpaqların münbitlik elementləri
içərisində azot da xeyli yüksək (0,18-0,37%), aşağı
qatlarda isə 0,06-0,07% arasında dəyişir. Boz-qəhvəyi
torpaqlar öz mexaniki tərkibinə görə ağır gillicəli və
gillicəlidirlər. Bəzən relyef şəraitindən asılı olaraq orta və
yüngül gillicəli növlərinə də rast gəlinir. Bu torpaqların
profilində çox vaxt gilləşmə əlaməti olması nəzərə çarpır
ki, bu da boz-qəhvəyi torpaqların meşə altında çıxdığını
233