Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə102/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   106

Respublikasının     ərazisində   Arazboyu   düzənlikdə,

xüsusilə   Şərur   düzündə   İbadulla   və   Diədin   kəndləri

ərazisində   təsadüf   edilir.   Özünün   inkişafı   prosesində

şorakət   torpaqların   profili   morfoloji   cəhətdən   humuslu

elüvial A

1

  qatı, illüvial şorakət B



1

  qatı, şorakətaltı B

2

  qatı


və torpaqəmələgətirən C qatına malikdir. 

Bu   torpaqlarda   şorakət   qatı   özünün   xeyli   tünd-

rəngi ilə fərqlənir. Əksər hallarda bu qat tünd qonur yaxud

qəhvəyi   çalarlıqla   qonur,   rəngi,   sütunvari,   bəzən   isə

prizma   şəkilli,   kəltənli   strukturası   ilə   nəzəri   cəlb   edir.

Şorakət illüvial B qatı morfoloji cəhətdən quru halda çox

bərk   (kipləşmiş),   yaş   halda   isə   sivaşqan   (yapışqanlı)

olması ilə fərqlənir.

Şorakət   torpaqların   genezisi   haqqında

K.K.Hedroys,   K.A.Qlinka,   V.R.Vilyams,   V.A.Kovda,

İ.P.Antipov-Karatayev,   M.R.Abduyev   və   başqa   alimlər

fikirlər   söyləmişlər.   Lakin   əksər   tədqiqatçılar   şorakət

torpaqların   şoran   torpaqların   deqradasiyası   nəticəsində

əmələ   gəldiyini   təsdiq   edirlər.   Azərbaycanda   bu

torpaqların   şorakətliliyə   görə   qradasiyası   İ.P.Antipov-

Karatayev   (1940)   və   R.H.Məmmədov   (1970)   tərəfindən

verilmişdir.

Özünün   morfoloji-genetik   xüsusiyyətləri   və   fiziki-

kimyəvi   xassələri   ilə   fərqlənən   şorakət   torpaqlar   uducu

kompleksində   udulmuş   Na-un   xeyli   yüksək   (udma

tutumundan   15-20%)   olması   üzündən   şiddətli   qələvi

reaksiyaya   (pH-9,0-9,5)   malikdirlər.   Udulmuş   Na

kationunun   yüksək   olması   bu   torpağın   mineral   və   üzvi

hissəsində   dispersliyi   artırır,   kolloidlərin   suya   qarşı

260



davamlılığını  aşağı salır  və mühit  reaksiyasını  daha  da

qələviləşdirir.

Şorakət   torpaqların   kənd   təsərrüfatında   istifadə

edilməsinin   perspektiv   imkanları   vardır.   Lakin   bu

torpaqlardan   istifadə   etmək   üçün   orada   köklü   tədbirlər

həyata   keçirmək və həmin torpaqların təbii münbitliyini

yüksəltmək   lazımdır.   Bu   torpaqların   yaxşılaşdırılması

üçün   ən effektiv tədbir kimyəvi meliorasiya işləri tətbiq

etmək   və   gipsləmədən   istifadə   edilməsidir.   Şorakət

torpaqlara   verilən gips meliorantı bu torpaqların su-fiziki

və   kimyəvi   xassələrinin   yaxşılaşmasına,   normal   hala

düşməsinə xeyli şərait yaradır. 

Şoran   torpaqları   yararlı   hala   salmaq   üçün   geniş

meliorasiya   işləri   görülür.   Bu   məqsədlə   şoranlaşmış

torpaqlarda dərin kanallar çəkilir, torpaqdakı artıq duzlar

yuyularaq həmin kanallar vasitəsilə axıdılır.

Torpaq   ehtiyatları   və   onların   sahələrinin   əsas

təsərrüfat istiqamətlərinə görə ümumi balansı   aşağıdakı

cədvəl 23.1-də  və şəkil 23.6-da verilmişdir. 

Cədvəl 23.1. Azərbaycanın torpaq sərvətlərinin 

ümumi balansı  və istifadə istiqaməti

S



Torpaqların adı

Sahə


Əsas istifadəsi

Min h-


la

%

1



2

3

4



5

1

Dağ-çəmən (torflu,



çimli, qaramtıl

torpaqlar)

876,7

10,5


Yay otlaq fondu

torpaqları

2

Dağ qara torpaqları



221,2

2,56


Kartof, dənli bitkilər

3

Qonur dağ-meşə



torpaqları

634,3


7,34

Meşə fondu

torpaqları

261



4

Çürüntülü-karbonatlı

dağ-meşə torpaqları

46,8


0,54

“--------”

5

Qəhvəyi dağ-meşə



torpaqları

815,4


9,44

“--------”

6

Çəmən-qəhvəyi



torpaqlar

65,8


0,76

Bağçılıq,

üzümçülük,dənli

bitkilər (qismən

narçılıq)

7

Dağ boz-qəhvəyi



torpaqlar

81,8


0,93

“--------”

8

Açıq qəhvəyi arid



seyrək meşəli

torpaqlar

62,8

0,73


Qoruq ərazi

torpaqları

9

Sarı torpaqlar



85,1

0,93


Çay, subtropik

meyvəçilik, tərəvəz

10 

Podzollu sarı



torpaqlar

16,9


0,20

“--------”

11

Podzollu-qleyli sarı



torpaqlar

15,0


0,17

“--------”

12

Şabalıdı torpaqlar



1598,6

18,50


Dənli

bitkilər,üzümçülük,

qismən pambıqçılıq

13

Çəmən-şabalıdı



torpaqlar

222,4


2,57

“--------”

14 

Boz torpaqlar



703,2

8,16


Pambıqçılıq,

taxılçılıq, bağça-

tərəvəz,qış otlaqları

15

Çəmən-boz torpaqlar



334,7

3,87


“--------”

16

Boz-çəmən torpaqlar



1200,1

13,89


“--------”

17

Çəmən-meşə (tuqay)



torpaqlar

1040,4


12,02

Meşə fondu

torpaqları, qismən

tərəvəz-bostan

bitkiləri

18

Çəmən, çəmən-



bataqlı və bataqlı

torpaqlar

279,6

3,24


Çəltik, qismən

otlaqlar


19

Şoran, şorakət və

119,3

1,39


Meliorativ torpaq

262



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə