Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə9/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

həll olur, suda CO

2  


olduqda onun həll olması CaCO

3

-ün



bikarbonata keçməsi üzündən kəskin yüksəlir:

CaCO


3

+CO


2

+H

2



O   Ca(HCO

3



)

2.  



biokarbonat

Bir faktı da qeyd edək ki, yer səthinə düşən istər

yağış   və istərsə də qar sularının tərkibində   həll olmuş

hava   və   karbon  qazı   olur  ki,   bu  da   kimyəvi   aşınmanın

intensivliyini   sürətləndirir   və   karbonlaşma   formasında

özünü biruzə verir.

Mineralların suda həll olması onun tərkibində duz

(xüsusilə xlorlu) olduqda xeyli yüksəlir.

Maqmatik   süxurların     mineralları   ilə   suyun   əsas

kimyəvi reaksiyası təsiri  hidroliz  adlanır ki, bu da qələvi

yer   elementləri   kationlarının   kristallik     şəbəkədə     suda

dissosiasiya   olunan   hidrogen   ionlarına   dəyişməsinə

gətirib  çıxarır.

Ortaklaz   çöl     şpatı   üçün   sxematik   olaraq     bu

reaksiyanı belə ifadə etmək olar:

KAlSi


3

O



+ H

2

O → HAlSi



3

O



+ KOH.

KOH-ın əmələ   gəlməsi qələvi   reaksiyaya   malik

oldugundan     ortoklazın   kristallik     şəbəkəsinin   daha   da

dagılmasına səbəb olur.

Suyun     fəaliyyəti     həm   də   hidrotasiya   ilə

əlaqədardır.  Hidrotasiya  -   su   hissəciklərinin   mineral

hissəciklərinə  kimyəvi  birləşməsi prosesidir:

2Fe


2

O



+ 3H

2

O =2 Fe



2

O

3



∙3H

2

O.



  hematit   

                       

limonit

Hidrotasiya   tərkibcə   daha   mürəkkəb   olan



minerallarda - silikatlarda və alümosilikatlarda müşahidə

edilir. Bu, mineralların   səthinin   yumşalmasına və sonra

32



onun   ətraf   sulu   məhlulla,   qazlarla   və   başqa     aşınma

amilləri ilə qarşılıqlı  təsir etməsinə gətirib çıxarır.

Deyilənlərdən   göründüyü   kimi,   kimyəvi   aşınma

gövrək   süxurlarda   mühüm     dəyişikliklərə   səbəb   olur:

mineralların   fiziki   halı   dəyişir,  onların   kristallik   şəbəkəsi

dağılır;   o,   süxuru   yeni     birləşmələr,  təkrar     minerallarla

xüsusilə   gil   hissəcikləri   ilə     zənginləşdirir,   süxurların

hissələrə parçalanması onun xüsusi   səthinin artmasına

səbəb   olur,   xırdalanma   nəticəsində   onların   (cisimlərin)

daxilində   irəlicədən   tarazlaşmış   halda   olan   molekulyar

qüvvələr   indi   xarici   mühitlə   əlaqədə   olur,   narın

hissəciklərin sərbəst   səthi   ilə qazların   udulması artır,

həllolma prosesləri   asanlaşır. Gil  hissəciklərinin  olması

sayəsində süxur rabitəlilik (bitişkənlik) kapillyarlıq, rütubət

tutumu  xassəsi qazanır.

Beləliklə, kimyəvi aşınma nəticəsində süxurda yeni

xassə - uduculuq qabiliyyəti     inkişaf   etməyə başlayır.

Süxurun torpağa   çevrilməsi ilə     əlaqədar olaraq onda

münbitliyin əsas şərtlərindən biri olan özündə su ehtiyatı

saxlamaq  qabiliyyəti meydana gəlir.



Bioloji     aşınma.   Təbiətdə   süxurların   fiziki   və

kimyəvi aşınma  prosesi ilə yanaşı bioloji üzvi aşınma da

gedir. Bitki və heyvanların, həmçinin mikroorqanizmlərin

həyat   fəaliyyəti   nəticəsində   süxurda   yeni   keyfiyyət

xassələrinin   əmələ   gəlməsinə     bioloji   aşınma   deyilir.

Massiv süxurların yerin səthinə çıxdığı rayonlarda agac

və kol bitkiləri hər  şeydən əvvəl onlara sırf mexaniki təsir

göstərə   bilir   -   onların   kökləri   çatlara   girərək   süxurun

parçalanmasına   səbəb olur. Bitki   örtüyü yer qabığında

rütubəti   saxlamaqla,   suyun     süxurlara   təsir     müddətini

uzadır.   Bu   cəhətdən   bitkilər,   mineral   və   süxurların

dağılmasında   ikinci   dərəcəli   amil   rolunu   oynayır.   Eyni

zamanda   bütün     bitkilərin   kökləri     üzvi   turşular

(quzuqulağı,   alma,   karbonat   turşusu   və   s.)   buraxır   ki,

33



bunlar mineral duzlara həlledici təsir göstərir və bununla

da süxurların aşınması prosesini sürətləndirir.

Çoxillik   təcrübələrlə sübüt olunmuşdur ki, bir sıra

su     bitkiləri,   qumları   və   alümosilikatları   parçalamaq

qabiliyyətinə   malikdir.   Silikat   bakteriyaları   çöl   şpatını

parçalayır.   İbtidai   bitkilər   (mamırlar,   şibyələr,   yosunlar)

süxurların üzərində əmələ gələrək, ifraz etdikləri   karbon

qazın     və   üzvi   turşuların   təsiri     ilə   bioloji   aşınmanı

sürətləndirir.

Nəhayət,   müxtəlif   mikroorqanizmlər,   həmçinin

soxulcanlar, termitlər, qarışqalar, həşaratlar, torpağı eşən

göstəbəklər və  s.  Heyvanatlar  üzvi aşınmada   çox fəal

iştirak   edirlər.  Onlar   hamısı   bilavasitə     turş   birləşmələr

ifraz etməklə və  ya  yer  qabığının səth    hissəsinə  CO

2

,

H



2

O və hava oksigeninin   işlənməsini gücləndirmək yolu

ilə mineral birləşmələrin və süxurların  dəyişilməsində və

dağılmasında iştirak edirlər.

Beləliklə,   fiziki,   kimyəvi   və   bioloji   aşınma

proseslərinin   birgə   təsirinin     nəticəsi   olaraq   ilkin   dağ

suxurlarının   aşınma   qabıgı   üzərində   biosfer

elementlərinin   təsiri     altında   tədricən   münbitlik   xassəsi

qazanan  torpaq  əmələ gəlir.

2.2. Torpaqəmələgətirən   süxurlar

Torpaq dağ  süxurlarının

aşınma     materialları   (qabığı)

üzərində əmələ gəlir. Üzərində

torpaqəmələgələn belə mineral

substrata     torpaqəmələgətirən

süxur   (ana   süxur)   deyilir. Ana

süxurların   xarakteri   torpağın

mineral hisəssini təyin edir və

onun kimyəvi tərkibinə mühüm



Şəkil 2.5. Torpağın mineral 

hissəsi      (torpaq şlifi)

34



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə