Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   106

qanunauyğunluqları  və transformasiyasını  dəqiq   tədqiq

etməyə metodiki imkan yaradır.

Hidrogeologiya  torpağın su rejiminin formalaşması

və mövcud   olması məsələlərini həll etməyə kömək edir.



Torpaqəmələgəlmə prosesi və torpaq coğrafiyasında

relyefin   rolunu   lazımınca   başa   düşməkdə   və

qiymətləndirməkdə   geomorfologiyanın   rolu   böyükdür.

Geodeziya və kartoqrafiyanı bilmədən və onların spesifik

üsullarını   tətbiq   etmədən   düzgün     və   dəqiq     torpaq

xəritəsi tərtib etmək olmaz.

İqlimşünaslıq   və   meteorologiya   kursu   iqlim   və

atmosfer   amillərinin   torpaqəmələgəlmədə   rolunu

qiymətləndirməkdə,   torpağın   rejim   proseslərini,   o

cümlədən torpağın  su və  istilik rejimlərini yaratmaqda və

normal saxlamaqda, həm də torpağın yer səthində coğrafi

yayılmasını   müəyyənləşdirməkdə   müstəsna   əhəmiyyətə

malikdir. 

Bir sıra bioloji elmlər (mikrobiologiya, biokimya, bitki

fiziologiyası   və   s.)   torpağın   münbitliyi   və   bitkilərin

torpaqdan   qidalanma   məsələlərini   öyrənmək   üçün

xüsusilə  əhəmiyyətlidir. Torpaqşünasların işi  botaniklərlə

(geobotaniklərlə), zooloqlarla (torpaq zoologiyası ilə) sıx

əlaqəlidir. Torpaqşünaslarla bitki və heyvan ekologiyasını

da bilmək çox zəruridir. Torpaqşünaslığın   bəzi bölmələri

torpaq biologiyası ilə (məs. mikrobiologiya, parazitologiya

və   s.)   bilavasitə   bağlıdır.   Torpaq   humusunu   biokimya

üsullarından istifadə etmədən öyrənmək  düzgün olmazdı.

Torpağın   kimyası   bütün   kimya   elmlərinin   (analitik

kimya, üzvi kimya, kolloidal kimya) üsullarından istifadə

edərək torpağı öyrənir, torpağın fizikasını və aqrofizikasını

öyrənmək   ümumi     fizikanın   torpağa   aid   qanunları   ilə

bağlıdır.

Nəhayət, torpaqşünaslıq elminin riyaziyyat elmi ilə

daha   sıx   əlaqəsini   qeyd   etmək   lazımdır.  Riyazi-statistik

24



üsullardan   istifadə   edərək   torpağın   giymətləndirilməsi

(bonitirovkası,   iqtisadi   qiymətləndirilməsi),   torpağın

münbitlik     səviyyəsinin   müəyyən   edilməsi,   onların

modelləşdirilməsi və s. bu əlaqəyə yaxşı  misaldır. 

Bir   sözlə,   torpaqşünaslıq   özünəməxsus     spesifik

tədqiqat üsulları tətbiq etməklə   bərabər, yuxarıda adları

çəkilən   elm   sahələrinin   üsul   və   dəlillərindən   də   geniş

istifadə  edir. Torpaqşünaslıqda müxtəlif   elm sahələrinin

üsullarından   geniş   istifadə   edilməsi   təbii   bir   cisim   kimi

torpağın   geosferdə   tutduğu   yerlə   və   müxtəlif   elm

sahələrilə sıx təmasda öyrənilməsi   ilə  əlaqədardır.

Beləliklə,   torpaq   yer   qabığının   və   bütövlükdə   bir

planet olan Yerin tarixi və təkamülü ilə ən sıx və bilavasitə

əlaqəsi   olan,   təbii-tarixi   cisimdir.   Buna   görə,

torpaqəmələgəlməsi prosesini, torpaqların   yaranmasını,

sonrakı təkamül və inkşafetmə proseslərini yaxşı   başa

düşmək   üçün,   biz   əvvəlcə   aşınma   prosesi,

torpaqəmələgətirən süxurlar və torpağın   mineral  hissəsi

ilə tanış  olmalıyıq.

25



II FƏSİL

AŞINMA. TORPAQƏMƏLƏGƏTİRƏN

SÜXURLAR   VƏ TORPAĞIN  MİNERAL  HİSSƏSİ

2.1. Aşınma   haqqında  ümumi  məlumat

İlkin   torpaqəmələgəlmə   prosesi   dağ   süxurlarının

aşınmaya məruz qalması ilə başlayır. Yer kürəsində olan

bütün dağ süxurlarını onların   mənşəyinə görə üç böyük

qrupa bölürlər: 1)Maqmatik və

ya püskürmə dağ süxurları; 2)

çökmə   dağ     süxurlar;   3)

metomorfik süxurlar.



Maqmatik   süxurlar

yer qabığının dərin qatlarında

-   maqmada   soyumuş   şəkildə

qaldıqda   intruziv   dərinlik

süxurlar,   yer   səthinə   çıxmış

olduqda effuziv-səthə atılmış  süxurlar adlanır  (şəkil 2.1).

Aşınma və torpaqəmələgəlmə   prosesinə

  ən   çox   effuziv   süxurlar   məruz   qalır.   Tərkibində

SiO

2  


çox   olanlara (75-65%) turş, az olanlara (52-45 %)

əsas, orta yer tutanlara (65-52

%) orta süxurlar deyilir. 

Çökmə   dağ   süxurları

-   mexaniki  

  (ekzogen)

qüvvələrin (külək, su, buz və

s.) təsirilə parçalanıb dağılmış

müxtəlif   süxurların   qırıntı

materialları   (çay   daşı,

brekçiya,   konqlomerat,   qum,

gil, lös və s.), müxtəlif duzların (gips, daş duz, anhidrit və

s.)   su   məhlulundan   kristallaşma   yolu   ilə   əmələ   gələn

kimyəvi   çöküntülər,   bitki   və   heyvan   qalıqlarının

Şəkil 2.1. Maqmatik süxurlar.

Şəkil 2.2. Çökmə süxurlar

26



toplanması   nəticəsində   törəyən   üzvi   yaxud   orqanogen

çöküntülərdən (torf, daş kömür, əhəng daşı, təbaşir, yanar

şistlər  və s.) ibarətdir. Çökmə süxurlar ilk və ya maqmatik

süxurların   aşınma   prosesinə   uğramasından   əmələ

gəldikləri   üçün   ikinci   (təkrar)   mənşəli     süxurlardır   və

bunlar  torpaqəmələgəlmədə ən çox intensiv iştirak edirlər



(şəkil 2.2). 

Metomorfik   süxurlar,

çökmə və maqmatik süxurların

bir   çox   təbii   şərait   təsirilə   öz

görünüşünü

 

dəyişməsi



nəticəsində   əmələ   gəlir.  Ayrı-

ayrı hallarda bəzi süxurlar öz

ilk quruluşunu və formasını o

qədər   çox   dəyişirlər   ki,   belə

süxurların   mənşəini çox zaman asanlıqla təyin   etmək

mümkün olmur (şəkil 2.3).

Metomorfik süxurlardan ən çox yayılanı qneyslər,

müxtəlif kristal şistlər, kvarsit və mərmərdir.

Litosferin   müxtəlif   hissələrində   maqmatik,   çökmə

və metomorfik süxurlar müxtəlif olur.

Ümumiyyətlə,   litosferin   üst   və   səthə   yaxın

qatlarının   75-80%-i   çökmə   süxurlardan,   yalnız   25-25%

dağəmələgəlmə və vulkan püskürməsi nəticəsində səthə

çıxan maqmatik və metomorfik süxurlardan ibarətdir.

Torpaqəmələgəlməni   aydın   dərk   etmək   üçün

torpaqəmələgətirən süxurlar, onların mineralları və litosfer

səthində   dəyişməsi   prosesləri   ilə   tanış   olmaq   lazımdır.

Dağ   süxurlarının   çox   müxtəlif   olmasına   baxmayaraq

onların   yer   qabığını   təşkil   edən   əsas   böyük   qrupları

aşağıdakılardan ibarətdir (cədvəl 2.1).

Təbiətdə   bütün   bərk   süxurların,   mineralların

dəyişməsi   və   yeni   mexaniki,   kimyəvi     tərkibli   yumşaq

süxurların   əmələ   gəlməsi   sonrakı   mərhələlərdə   aşınma

Şəkil 2.3. Metamorfik süxurlar

27



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə