Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

prosesi   ilə   əlaqədardır.   Dağ   süxurlarının   Yer   səthində

dəyişməsi proseslərinin yekununa aşınma deyilir. 



Cədvəl  2.1. Yer qabığında   yayılmış əsas   dağ süxurları

qrupu (A.P.Ronova və  A.A.Yaroşevskiyə  görə, 1978 )

Süxurlar


Yer qabığının ümumi 

həcmindən, %-lə

Qranitlər, qranodioritlər, turş effuzivlər

20,86


Kristal şistlər, qneyslər

16,91


Bazaltlar, qabbro, amfibolitlər, eklogitlər

50,34


Gillər və gilli şistlər

4,48


Qumlar və qumdaşları

3,56


Karbonatlı   süxurlar,   mərmərlər,   sulfatlı   və

xloridli süxurlar

3,57

Başqa süxurlar



0,28

Cəmi:


100,00

Bu   proses   iki   zonada   müşahidə   edilir:  1)   səthi



(müasir) aşınma;  2) dərində (əsrlərlə) aşınma. 

Müasir aşınma   torpaqəmələgəlmə prosesi gedən

bir neçə   santimetrdən   2-4 m dərinlik   arasında   dəyişə

bilər. Aşınma prosesində dağ süxurlarının elementar və

mineral     tərkibi   dərindən   dəyişir.   Süxurların   aşınması

prosesi Yer kürəsinin hər yerində gedir . 

Nə   dəniz     suyunun   qalın   təbəqəsi,   nə   də   Yer

qabığının ayrı-ayrı hissələrini örtən qalın buz qatları bu

qabığı aşınmadan qorumağa qabil deyildir. 

Süxurların   dağılması   xarakterindən  

  və

səbəblərindən   asılı olaraq 3 aşınma növü fərqləndirilir:



1) fiziki aşınma, 2) kimyəvi aşınma və 3) bioloji aşınma.

Fiziki   aşınma. Massiv dağ süxurlarının və onun

minerallarının  mexaniki proseslər nəticəsində kimyəvi və

mineroloji tərkibini dəyişmədən   xırdalanmasına, gövşək

(narın)   süxura   keçməsi   prosesinə   fiziki   aşınma     deyilir.

Fiziki   aşınmanı   aşağıdakı amillər törədir: temperaturun

28



dəyişilməsi,   donmuş   su,   məhlulda   kristallaşan   duzlar,

axar su və külək.

Temperaturun   dəyişməsi   mexanizmi  süxura   daha

çox təsir edir: çünki dağ süxurunu əmələ gətirən ayrı-ayrı

mineralların   termiki   sıxılma   və   genişlənmə   əmsalı   eyni

deyildir. Süxurun gündüzlər çox qızıb, gecələr soyuması

nəticəsində   üzərində   çatlar   əmələ   gəlir.     Əmələ   gələn

çatlara su daxil olur və donduqda həcmini genişləndirərək

süxuru tədricən  parçalayr. Kontinental  vilayətlərdə və isti

səhralarda gündüzlə gecə temperaturları arasında böyük

fərq olduğundan burada fiziki aşınma daha qüvvətli gedir.

Belə   yerlərdə   süxurların   dərin   qatlara   qədər   aşınıb

dağılması   faktı   da   bununla   izah   edilir.  Süxurların   dərin

çatlarına   su   dolub   orada   donduqda   öz   həcminin   1/10

hissəsi   qədər   artırır,   çatların   divarlarına   daha   böyük

qüvvə   ilə   təsir     göstərir.   Süxur   temperatur     təsirilə

parçalandıqda bu prosesə termiki, donmuş suyun təsirilə

parçalanıb     xırdalandıqda   ona  şaxta   aşınması  deyilir



(şəkil 2.4).

Şəkil 2.4. Mexaniki, fiziki və kimyəvi aşınma

29



Su və buzlaqlarla yanaşı külək də aşınmaya xeyli

təsir   göstərir.   Külək   uzun   müddət   təsir   edəndə,   qum

dənələrinin zərbələri müxtəlif  süxurların səthini yonur və

hamarlayır.  Onların   üzərində   tədricən   şırımlar,  çüxurlar,

hətta başdan-başa deşilmiş boşluqlar əmələ gəlir, bəzən

çox əcayib qaya formaları (insan başı, dinazavr, cürbəcür

naxışlar,   daş   “abidələr”   və   s.)   yaranır.  Sonrakı

mərhələlərdə   süxurların   aşınıb   dağılmış     materiallarını

külək   hərəkətə   gətirir,   onları   çeşidləşdirir,   qarışdırır,

nəticədə   külək   və   ya   eol   çöküntüləri   əmələ   gəlir.

Respublikamızda fiziki aşınma prosesi kontinental iqlimli

Naxçıvan     Muxtar   Respublikasının   dağlıq   hissələrində

daha     çox   müşahidə   olunur.   Lakin   yadda   saxlamaq

lazımdır   ki,   fiziki     aşınma     prosesində   yaranan   yeni

kövşək  (narın ) süxur ilk massiv  (sal) süxurdan  təkcə bir

əlamətlə   fərqlənir.   İlk   süxur   yalnız   öz   şəklini   itirmiş,

massiv(sal) kütlədən  narın kütləyə çevrilmişdir. Kövşək ,

narın kütləyə su və hava işləyə (keçə) bilmişdir.

Beləliklə,  fiziki  aşınma  yolu   ilə massiv  süxur  çox

parçalanmaq   və   tədricən   xırdalanmaq   nəticəsində   ilk

süxurdan   keyfiyyətcə   fərqlənərək,   təbii   cismin   mühüm

xasəsi   -   su   və   hava   keçirmək   qabiliyyəti   qazanmışdır.

Eyni   zamanda   qeyd   etmək   lazımdır   ki,   kövşək,   narın,

süxurun   rütubət   tutumu     hələ   çox   zəifdir,   onda   suyun

kapilyar   hərəkəti   isə   heç   yoxdur.   Bu   mühüm   xassəni

süxur kimyəvi aşınma nəticəsində qazanır.



Kimyəvi   aşınma.   Fiziki   aşınma   ilə   eyni   vaxtda

gedir. Kimyəvi aşınma dedikdə, əsasən kimyəvi proseslər

təsiri   ilə   süxurların   dağılması   və   dəyişilməsi   anlaşılır.

Kimyəvi   aşınmanı   fərqləndirən     xüsusiyyət     burada   öz

tərkibi və xassələri etibarilə dağılıb parçalanan süxurdan

keyfiyyətcə fərqli olan yeni məhsulların əmələ gəlməsidir.

Bu növ   aşınmaya səbəb   olan əsas amillər su, karbon

30



qazı, üzvi və mineral turşular və havanın oksigenidir, həm

də   su,   kimyəvi   aşınmanın   ən   enerjili   həlledici   amilidir.

Qeyd   etmək  lazımdır  ki,  istinasız   olaraq  bütün  süxurlar

suda   həll   ola   bilir   və   Yer   qabığında   demək   olar   ki,

qətiyyən   həll   olmayan   mineral   yoxdur.   Ümumiyyətlə,

təbiətdə   kimyəvi   aşınma   prosesinin   aşağıdakı   formaları

yayılmışdır: 1) oksidləşmə, 2) karbonlaşma, 3)hidrotasiya

və 4) kaolinləşmə.



Oksidləşmə  -   aşınma   zonasında   geniş     yayılan

reaksiyadır.   Tərkibində   dəmir   3   oksid,   yaxud   başqa

elementlər   olan     əksər   minerallar   oksidləşməyə   məruz

qalır. Aşınma  zamanı oksidləşmə reaksiyasına  xarakter

misal   olaraq     sulu   mühitdə     sulfidlərin     molekulyar

oksigenlə   qarşılıqlı   əlaqəsini   göstərmək   olar.   Belə   ki,

piritin oksidləşməsi   sulfatlarla   və dəmir oksidi hidratları

ilə   yanaşı     yeni   mineral     birləşmələrin   yaranmasında

iştirak edən sulfat turşusu  əmələ gətirir:

2FeS


2  

+7O


2  

+ 2H


2

O = 2FeSO

+ 2H


2

SO

4



;

12FeSO


4  

+ 6H


2

O + 3O


=  4Fe


2

(SO


4

)



+ 4Fe(OH)

3

;



2Fe

2

(SO



4

)



+ 9H

2

O = 2FeO



.

3H



2

O + 6H


2

SO

4.



(oksidləşmə)

                                                                            

Oksidləşmə   prosesində   dağ   süxurlarının     əvvəlki

rəngi dəyişir, sarı, qonur, qırmızı çalarlı rənglər meydana

gəlir.   Şiddətli   oksidləşmiş   süxurlar   adətən     torpaqvari,

məsaməli quruluş (məs. ferralit aşınma qabığı) əldə edir.

Mineralların     kimyəvi   parçalanmasına   temperatur

da   təsir   göstərir.   Onun   hər   10

0

C   yüksəlməsi   kimyəvi



reaksiyanı 2-2,5 dəfə sürətləndirir. Ekvatorial vilayətlərdə

kimyəvi   aşınmanın   intensiv,   qütb   vilayətlərində   yavaş

getməsini bununla izah etmək olar. Su ilə, xüsusilə CO

2

və   başqa   maddələrlə   həll   olan   dağ   süxurları   təbiətdə



geniş yayılmışdır. Belə ki, 25

o

C-də 1l suda 0,0145 q kalsit



31


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə