Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

Kimyəvi və su-fiziki xassələrinə görə bu çöküntülər

(süxurlar) bitkilərin inkişafı üçün çox əlverişlidir. Əlverişli

iqlim   şəraitində   bu   süxurlar   üzərində   yüksək   münbitliyi

olan   qara   torpaqlar,   həmçinin   boz,   şabalıdı,   boz-meşə

torpaqları inkişaf tapmışdır.

Löss çöküntüləri ən çox Ukraynada, Orta Asiyada

yayılmışdır.   Lössəbənzər   gillicələr   ən   geniş   miqyasda

Belorus Respublikasında, Rusiyanın       qeyri-qaratorpaq

vilayətlərində,   eləcə   də   Zaqafqaziyada   (Azərbaycanda)

yayılmışdır.



Eol çöküntüləri. Küləyin akkumulyativ fəaliyyətinin

təsiri   ilə   əmələ   gələn   çöküntülərdir.  Ən   çox   səhra     və

yarımsəhralarda xüsusi relyef formaları - qum təpəcikləri,

düyünlər   və   barxanlar   əmələ   gətirir.  Morfoloji   cəhətdən

yaxşı çeşidləşmiş olması və xarakter dioqonal qatlılığı ilə

fərqlənir.  Mexaniki   tərkibcə   əsasən     0,05-0,25mm   olan

hissəciklər   üstünlük   təşkil   edir.   Mineraloji   tərkibi

bircinslidir. Əsas üstünlük  təşkil edən süxur  kvarsdır.



Dəniz   çöküntüləri.   Dördüncü   dövrdə   dəfələrlə

müşahidə   edilən     dənizlərin   sahil   xəttinin   dəyişməsi,

transqressiya və reqressiya hadisələri nəticəsində əmələ

gəlir.  Dəniz   çöküntüləri   təbəqələşməsi,   çeşidləşməsi   və

duzların   böyük       akkumulyasiyası   ilə   fərqlənir.  Ən   çox

şimal   dənizləri,   Xəzərsahili   ovalıq   və   başqa   sahil

rayonlarında rast gəlir. Bəzi sahələrdə səthə çıxaraq bu

süxurlar   şorlaşmış   torpaqların   əmələ   gəlməsinə   səbəb

olur.

Azərbaycan   Respublikasının 

ərazisində

torpaqəmələgətirən   süxurlar   çox           rəngarəng   və

müxtəlifdir. Demək olar ki, yuxarıda təsvir edilmiş bütün

torpaqəmələgətirən süxurlara respublikamızın ərazisində

rast gəlmək olur. Lakin bu süxurlar içərisində üstün yeri

çökmə və püskürmə xarakterli əsas süxurlar və   onların

aşınma   materialları   təşkil   edir.   Əsas   süxurlar

38



əhəngdaşları, mergelli əhəngdaşları, vulkanogen mənşəli

karbonatlı-gəcli   süxurlar,   qranodiorit   və   onların   kobud

parçalanmış   çınqıllı   aşınma   məhsullarından   ibarətdir.

Çökmə xarakterli   süxurlardan ən geniş yayılanı   təbaşir

və   yura   yaşlı   əhəngdaşları   və   onların   mergellə   qarışıq

növləridir.

Kür–Araz  ovalığının  ana  süxurları  Xəzər  altından

çıxmış  müasir dördüncü dövr əksərən şorlaşmış  allüvial

çöküntülərdən  ibarətdir.

2.3. Torpaq və torpaqəmələgətirən süxurların

qranulometrik (mexaniki) tərkibi və təsnifatı haqqında

anlayış

Torpaq   və   torpaqəmələgətirən   süxurların   bərk

fazası müxtəlif   böyüklüyə malik hissəciklərdən ibarətdir

ki, bunlara mexaniki elementlər  deyilir. Mənşəyinə görə

mineral,   üzvi   və   üzvi–mineral   hissəciklər   fərqləndirilir.

Bunların     diametri   müxtəlif   böyüklükdə   -   bir   neçə

santimetrdən mikronlara və   millimikronlara qədər dəyişir.

Ölçücə   bir–birinə   yaxın   olan   hissəciklərin   bir   qrupda

birləşməsinə mexniki hissəcik deyilir(şəkil 2.6 )

Şəkil   2.6.Torpaqəmələgətirən   süxurların   mexaniki   hissəciklərə

parçalanması

39



Torpağın müxtəlif  irilikdə hissəciklərinin faizlə ifadə

olunan nisbi miqdarına  onun mexaniki tərkibi deyilir.

N.A.Kaçinskiyə  görə torpaq hissəcikləri beş qrupa

bölünür:   daş   (>3mm),   çınqıl   (3   –   1mm),   qum   (1   –

0,05mm), toz (0,05-0,001mm) və lil (<0,001mm). Bunlar

özləri də ölçülərinə   görə yarımqruplara ayrılır.   Daş   və

qum hissəcikləri  suyu  yaxşı  keçirir, lakin onu özündə pis

saxlayır. Toz isə əksinə suyu pis keçirir,  lakin onu  yaxşı

saxlayır.   Bundan   başqa narın hissəciklər (toz və lillər)

torpaq     sularının        kapilyarlarla      yuxarı   qaldırmağa

qabildirlər.   Qeyd edək ki, ölçüsü müxtəlif olan mexaniki

elementlərin     mineraloji   tərkibi,   suya   və   havaya

münasibəti də müxtəlifdir.

Torpağın mexaniki fraksiyalarını   2   böyük qrupa

bölürlər.

Adətən, hərgah hissəciklərin böyüklüyü 1mm-dən

artıqdırsa   onu     torpağın    skelet   hissəsi,   1mm-dən

kiçikdirsə narın hissəsi adlandırırlar.

Torpağın       qranulometrik     (mexaniki)     tərkibini

təyin     etmək   üçün    bir neçə      təsniafat   mövcuddur.

Bunlardan   ən  əsası  torpaqda  fiziki  qumun  və  fiziki

gilin  nisbətinə   əsaslanan  və   ilk  dəfə  N.M.Sibirtsev

tərəfindən təklif   olunan təsnifatdır. Hal–hazırda torpaq və

süxurun   daha   geniş   yayılan   mükəmməl   təsnifatı

N.A.Kaçinski tərəfindən verilmişdir (cədvəl 2.2,2.3).         

Kənd   təsərrüfat  praktikasında  və aqronomiyada

mexaniki tərkibi yüngül və orta  gillicəli  olan  torpaqların

daha   əlverişli   olması   müəyyən   edilmişdir.   Çünki   bu

torpaqlarda   gil   və qum fraksiyalarının nisbəti torpağın

qaz   mübadiləsi   və   su   rejimi      üçün       ən     yaxşı   şərait

yaradır, bu da orada kimyəvi və bioloji proseslərin sürətlə

inkişafını   təmin   edir,   gillicəli   hissəciklər   kifayət     qədər

olduğundan   nisbətən   asan   becərilə   bilir   ki,   bu   da

aqroistehsalat cəhətdən çox qiymətlidir.

40



Cədvəl   2.2.   N.A.Kaçiniskiyə     görə         torpağın   mexaniki     tərkib

elementləri

Fraksiyalar

Ölçüsü mm-lə

Daş


>3

Çınqıl


3-1

Qum:  -iri

          -orta

          -xırda (narın)

            1-0,5

0,5-0,25


0,025-0,05

Toz:   -iri

         -orta

         -narın

             0,5-0,01

0,01-0,005

0,05-0,001

Lil:    -gilli (kobud)

        -kolloid (narın)

         -kolloid

           0,001-0,0005

0,0005-0,0001



<0,0001

Fiziki gil



<0,01

Fiziki qum

>0,01

Cədvəl   2.3.   Mexaniki   tərkibə   görə   torpağın

təsnifatı(N.A.Kaçinskiyə görə, 1965)

Fizki gilin  (< 0,01mm) miqdarı,  %-lə

Mexaniki tərkibə 

görə torpağın 

müxtəsər adı

Podzol torpaq

əmələgəlmə 

tipi


Bozqır   

torpaq 


əmələgəlmə 

tipi


Şorakət və

şiddətli


şorakətvari 

torpaqlar

0-5

0-5


0-5 Səpələnən qum

5-10


5-10

5-10 Bitişən (yapışqan 

qum)

10-20


10-20

10-15 Qumsal

20-30

20-30


15-20 Yüngül gillicəli

30-40


30-45

20-30 Orta gillicəli

40-50

45-60


30-40 Ağır gillicəli

50-65


60-75

40-50 Yüngül gilli

65-80

75-85


50-65 Orta gilli

>80


>85

>65 Ağır gilli



III FƏSİL

41



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə