Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

Struktursuz   torpaqlara   nisbətən   strukturlu

torpaqlarda,   mexaniki   tərkib   eyni   olduqda   belə,   su

sızdırma   qabiliyyəti   yaxşı   olur.   Torpaq   strukturasının

dağılması su sızdırma qabiliyyətini xeyli pisləşdirir.

Torpağın   sukeçirmə   qabiliyyətinə   uducu

kompleksdə Na olması pis təsir göstərir. Belə torpaqlar

şişir, qabarır və suyu keçirmir.

3.   Torpağın   suqaldırma   qabiliyyəti   və   ya

kapillyarlığı.

Mensk   qüvvələrinin   təsiri   ilə,   yəni   suyun   torpaq

hissəciklərinə   sivaşması   (ilişməsi)   vasitəsiylə   torpağın

kapilyar   boşluqlarla   suyu   özünə   yavaş–yavaş     çəkərək

qaldırması   qabiliyyətinə   suqaldırma   qabiliyyəti   və   ya

kapillyarlıq deyilir.

Torpağın suqaldırma qabiliyyətinə mexaniki tərkiblə

yanaşı,   struktur   vəziyyəti,   torpağın   temperaturu   və

rütubətliyi, eləcədə kiplik və ya məsaməlik dərəcəsi təsir

göstərir.   Torpaqda   temperaturun   yüksəlməsi   suyun

kapillyarlarla   hərəkətini   tezləşdirir,   lakin   bu   zaman

rütubətin   qalxması   yüksəkliyinin   həddi   alçalır.   Yaş

torpaqda   suyun   kapillyarlarla   qalxması   asanlaşır,   çox

qurumuş torpaqlarda kapillyarlıq hadisəsi tamamilə kəsilə

bilər.

Suqaldırma   qabiliyyətinin   sürətinə   qrunt   sularının



minerallaşma dərəcəsi də təsir göstərir. Belə ki, yüksək

minerallaşmış   sular   az   yüksəklik   və   qalxma   sürəti   ilə

səciyyələnir.   Lakin   onların   səthə   yaxın   (1–1,5m)

yerləşməsi torpağın tez şorlaşması təhlükəsi yaradır.

Təbii şəraitdə torpağın suqaldırma qabiliyyəti xeyli

aşağı olur: qumlu – qumsal torpaqlarda 0,5–0,7m, gilli və

gillicəli torpaqlarda isə 3–6m hündürlüyə qalxa bilir.

Bitkiləri torpağın alt qatlarındakı su ilə təmin etmək

üçün torpağın bu xassəsinin böyük əhəmiyyəti vardır.

68



4. Torpağın su buxarlandırma qabiliyyəti

Torpağa bu və ya başqa yolla düşən suyun xeyli

hissəsi buxarlanma vasitəsiylə itirilir. 

Torpaq   səthindən

itirilən   həmin   suya   torpağın   buxarlandırma   qabiliyyəti

deyilir.  Buxarlanma   kəmiyyətinə   həm   torpağın   öz   daxili

xassələri (mexaniki tərkib və struktur qabiliyyəti), torpağın

temperaturu,   rəngi,   humusluluğu,   həm   də   bəzi   xarici

ekoloji şərait (külək, havanın temperaturu, səthin xarakteri

və   s.)   böyük   təsir   göstərir.   Məsələn,   kapilyarları   yaxşı

inkişaf   etmiş   strukturasız,   səthi   qaysaq   bağlayan

torpaqlar yüksək buxarlandırma qabiliyyətinə malikdirlər.

Buxarlanma kəmiyyətinə məlum sahənin vəziyyəti

və   ya   ekspozisiyası   da   təsir   göstərir.  Məsələn,   günəşə

tərəf   baxan   cənub   yamaclar   şimal   yamaca   nisbətən

rütubəti güclü buxarlandırır.

Buxarlandırma   kəmiyyətinin   azaldılması   və

qarşısının   alınması   əkinçilik   təsərrüfatında   mühüm

əhəmiyyət kəsb edir. Bu məqsədlə aparılan əsas tədbirlər

torf   tozu,   kəpək,   yonqar,   meşə   xəzəli,   tol   və   s.   ilə

mulcalama,   isti   quru   küləklərə   qarşı   meşə   zolaqları

salmaq, alaq otları ilə mübarizə və s-dən ibarətdir.



5.2. Torpaqda suyun vəziyyəti və formaları

Suyun mövcud olması torpaqda baş verən fiziki–

kimyəvi və bioloji proseslər üçün zəruri şərtdir. Torpağın

əksər hissəsi üçün atmosfer yağıntıları əsas mənbə təşkil

edir. Atmosfer yağıntıları buxarlanır, səthi axım şəklində

hərəkət edir, dərinliyə hopur, qrunt və yeraltı sulara qarışır



(şəkil 5.1).

69



Şəkil 5.1. Torpağin su-istilik xassələri və hava rejimi

Torpağın tərkibində olan su orada üç vəziyyətdə -

bərk   (buz),   maye   və   par   (buxar)   halında   olur.   Buzdan

başqa torpaqda suyun aşağıdakı formaları fərqləndirilir: 1)

kimyəvi əlaqəli su; 2) par (buxar) şəkilli su; 3) hiqroskopik

su; 4) kapilyar su; 5) qravitasion (sərbəst) su.



1) Kimyəvi əlaqəli su. Buna kristallizasion su da

deyilir.   Torpaqda   olan   bu   su   torpaq   minerallarının

tərkibinə girərək onların kristal şəbəkəsində müəyyən yer

tutur   və   torpaqəmələgəlmə   prosesində   bilavasitə   iştirak

etmir.

2) Buxar (par) şəkilli su. Bu həm hava ilə birlikdə

torpağın   üst   qatına   keçən   sudan,   həm   də   torpaq

hissəciklərinin aralarında əmələ gələn buxardır. Sonuncu

halda   buxar   həm   torpaq   hissəcikləri   və   aqreqatları

arasındakı damcı maye rütubətdən, həm də pərdə suyu

adlanan   rütubətdən   əmələ   gəlir.  Buxar   halında   olan   su

həm torpağın bütün qatlarında temperatur eyni olmayan

şəraitdə çox rütubətli yerdən az rütubətli yerə doğru, həm

də temperatur yüksək qatlardan alçaq olan qatlara doğru

sərbəst hərəkət edə bilir.

70



3)   Hiqroskopik   su.   Havada   buxar   halında   olan

rütubət torpaq hissəciklərinin səthi vasitəsiylə udularaq və

ya   adsorbsiya   edilərək   hiqroskopik   suyu   əmələ   gətirir.

Torpaqda   hiqroskopik   suyun   miqdarı   həm   torpağın

özünün   xarakterindən,   həm   də   havanın   temperatur   və

rütubətindən bilavasitə asılıdır. Torpaq nə qədər narın və

çürüntü maddələri ilə zəngin isə, həm də hava nə qədər

çox rütubətli isə torpaq bir o qədər çox rütubət udur, gilli

ola   bilir.  Kapillyarların   radiusu  0,001mm   olduqda   suyun

gillicəli torpaqlarda da hiqroskopik su qumsal və qumluca

torpaqlara nisbətən yüksək olur.

Hiqroskopik   suyu   torpağın   ayrı–ayrı   hissəciklərini

bürüyən, bir neçə  qat molekullardan ibarət nazik pərdə

şəklində təsəvvür etmək lazımdır.

Torpaq   hissəciklərinin   səthində   su   pərdəsi   bu

hissəciyə toxunduğu təbəqədə 10 min atmosfer və daha

çox təzyiqə çatan, çox böyük qüvvə ilə saxlanılır. Buna

görə də hiqroskopik suyu torpaqdan, yalnız torpağı uzun

müddət 105˚C temperaturda qızdırmaqla ayırmaq olar.

Hiqroskopik   su   bütünlükdə   ayrı–ayrı   torpaq

hissəciklərinin molekulyar cazibə qüvvələri altında olduğu

üçün   ağırlıq   qüvvəsinə   tabe   deyil   və   buna   görə   də

torpaqda   sərbəst   hərəkət   edə   bilmir.   O,   yalnız   buxar

halına   keçdikdən   sonra   torpaqda   hərəkət   edə   bilmir.

Hiqroskopik   su   torpaq   hissəciklərinin   səthində   böyük

qüvvə   ilə   saxlandığı   üçün   bitkilər   ondan   istifadə   edə

bilmir.

Torpaqda   mənimsənilə   bilən   su   miqdarı



çatışmadığı   üçün   bitkilərin   soxulmağa   başladığı   zaman

torpaqda   olan   su   miqdarına  soluxma   əmsalı  deyilir.

Bitkilərin  soluxmağa   başladığı   zaman   torpaqda  olan  su

miqdarına çox vaxt soluxma rütubəti, kritik rütubət və ya

bu   sudan   bitkilərin   qətiyyən   istifadə   edə   bilməməsini

71



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə